Təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilir

 

Şəbəkəyə qoşulmuş məktəblərVebsensproqramı vasitəsilə internetdə olan zərərli informasiyalardan qorunur

 

Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması istiqamətində aşağıdakı işlər görülmüşdür:

 

Məlumat Resurs Mərkəzi

 

İstifadəçiləri Proqramları bir mərkəzdən idarə etmək üçün Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi nəzdində MRM yaradıldı. Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) İnternetəgiriş çıxış nöqtəsiolmaqla yanaşı, MRM, həmçinin təhsilə aid informasiya resurslarının toplandığı yerdir. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulmuş, bütün avadanlıqların 24 saat rezervli çalışması üçün hər cür texniki imkan yaradılmışdır.

Xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı mərkəzə qoşulmuş məktəblərdəki kompüterləri avtomatik olaraq yeniləşdirir. Mərkəzə qoşulmuş məktəblərdəki kompüterlər birbaşa mərkəzdən idarə olunur ki, bu da kompüterlərin texniki xidmətinin səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda xüsusi filtrasiya sistemi məktəblərə verilən İnternetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni həyata keçirir.

 

Avadanlıq təchizatı

 

“2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində həyata keçirilmişdir.

Dövlət proqramı çərçivəsində təhsil müəssisələrinə 5565 ədəd stolüstü kompüter, 1640 ədəd noutbuk 1576 ədəd proyektor paylanmışdır. Hal hazırda ölkə üzrə ümumtəhsil məktəblərində 5-11 siniflərin sayına görə şagird kompüter nisbəti 1:16-ya çatdırılmışdır. Eyni zamanda Məlumat Resurs Mərkəzi , o cümlədən 1700 təhsil müəssisənin təxminən 17 000 sinif otağı şəbəkə avadanlıqları ilə təchiz olunmuşdur. Təhsil müəssisələriMimio”, “Promethean” “Smart” şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv lövhələr ilə təchiz edilmişdir.

“2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində təhsil müəssisələri şəbəkə avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda dövlət proqramı çərçivəsində Bakı, Sumqayıt, Gəncə Mingəçevir şəhərlərində, habelə 60-a yaxın rayonda yerləşən təhsil müəssisələrində kompüterlərə texniki dəstək xidməti göstərilmişdir.

Təhsil müəssisələrində yerləşən kompüter avadanlıqları 32 000 lisenziyalı proqram (MS Windows, MS Word) 15 000 ədəd kompüter lisenziyalı antivirus paketi ilə təmin olunmuşdur.

Hazırda 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) internetə qoşulmuşdur. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblərVebsensproqramı vasitəsilə internetdə olan zərərli informasiyalardan qorunur.

Pedaqoji heyət hazırlayan ali təhsil müəssisələrinin pedaqoji ixtisasartırma institutlarının informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması, təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun intranet xidmətlərinin işlənilməsi İnternet şəbəkəsinə çıxışının təmin olunması məqsədilə Azərbaycan Pedaqoji Universitetində kompüterlər quraşdırılaraq İnternetə çıxışla təmin edilmişdir. Eyni zamanda Təhsil Problemləri İnstitutunda, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunda kompüter şəbəkəsi qurulmuş, İnternetə çıxış ilə təmin olunmuş şəbəkə avadanlıqları ilə təchiz olunmuşdur. Gəncə Dövlət Universiteti fiber-optik kanal vasitəsilə Təhsil Sisteminin İnternet intranet şəbəkəsinə qoşulmuş, Azərbaycan Dillər Universitetində isə videokonfranslar keçirilməsi məqsədi ilə Tandberqlə təmin olunmuşdur.

 

Elektron Məktəblayihəsi

 

2009-cu ildən reallaşdırılmasına başlanmışElektron Məktəblayihəsinə hazırda 50 təhsil müəssisəsi cəlb edilib. Bunlardan 43-ü ümumtəhsil müəssisəsidir. Bu layihənin məqsədi informasiya- kommunikasiya texnologiyalarının tədris sistemində geniş hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər tədris müəssisələrində tətbiqidir. Layihə çərçivəsində pilot məktəblərin müəllimləri İKT biliklərinin tədrisdə istifadə üzrə təlimlərdən keçmişdir. Həmin məktəblərdə elektron tədris resursları dərslərdə geniş tətbiq olunmaqdadır. HəmçininElektron Məktəblayihəsinə qoşulan məktəblərdə elektron jurnallardan valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə ya SMS-lər vasitəsilə izləyə bilir.

Pilot təhsil müəssisələri Cisco şəbəkə avadanlığı ilə təmin olunmuş Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik xətt vasitəsilə qoşulmuşdur. Eyni zamanda layihədə iştirak edən bütün məktəblərin hər bir sinif otağı İnternet, bir noutbuk bir proyektorla təmin olunur.

 

“1 şagird : 1 kompüterlayihəsi

 

“2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində “1 şagird : 1 kompüterlayihəsinin pilot tətbiqi başlamışdır. İlkin sınaq üçün layihəyə 15 pilot məktəb (Bakıdan 12 məktəb, Sumqayıtdan 2 məktəb Xaçmazdan 1 məktəb) cəlb edilmişdir. Bu məktəblərə toplam olaraq 2277 təhsil üçün nəzərdə tutulmuş netbuklar paylanmış məktəblərdə simsiz İnternet şəbəkəsi qurulmuşdur. Layihə çərçivəsində şagirdlərə verilən netbuklar genişzolaqlı simsiz İnternetə çıxış əldə etmək üçün təmənnasız olaraq 2277 ədəd USB tipli modem ilə təmin olunmuşdur.

Distant təhsilin inkişaf etdirilməsi sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını artırmaq məqsədi iləElektron Təlimləndirən Sistemləradlı layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində 60 şagird 10 müəllim heyətinə ən yeni texnologiya proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə İnternet xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə 20 nömrəli məktəbdə Distant Təhsil Mərkəzi yaradılmış, Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik İnternet intranet bağlantıları quraşdırılmışdır. Həmçinin müəllim, şagird valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılmışdır.

Yeni layihəyə cəlb olunanlar kompüter, tədris üçün zəruri aksesuarlar, o cümlədən qrafik planşeteyni zamanda qüsuru olanlar, əli ilə kompüterdən istifadə edə bilməyənlər “Traxus Roller Plus Joystick” avadanlıqları ilə təchiz olunur.

 

Üç nöqtə.- 2013.- 4 iyul.- S. 9.