İri həcmli şirkətlər internetin imkanlarından yararlanırlar
Belə müəssisələrdə
nəticələr gözləniildiyindən də yüksək
olub
internetSatışda müştəri ilə ünsiyyət olduqca əhəmiyyətli yer tutur. Satış şirkətlərarası və ya şəxslərarası bir sövdələşmə və anlaşma prosesindən ibarət olduğuna görə bu prosesin həyata keçirilməsi hər iki tərəf arasında ünsiyyətin qurulması və inkişafından birbaşa asılıdır. Son dövrlərdə informasiya texnologiyalarının marketinqdə istifadəsi daha çox imkanlar açıb. Unutmaq olmasz ki, müasir dövrün iqtisadiyyatı illər boyu mövcud olan iqtisadiyyat və onun xarakterik xüsusiyyətlərindən ciddi fərqlənir. Günü-gündən yeni inkişaf xüsusiyyətlərini və imkanlarını özündə cəmləşdirən həm əhatə dairəsini, həm də istifadəçilərinin diapazonunu genişləndirən informasiya texnologiyaları və informasiya məhsulları yeni əsaslar üzərində qurulan iqtisadiyyatın hökmranlığı üçün zəmin yaradır. İnkişaf etmiş dünya ölkələrində gedən proseslər informasiyanın iqtisadi inkişafdakı rolunun və əhəmiyyətinin hansı dərəcədə olduğunu sübut edir. İnformasiya iqtisadiyyatın inkişafı, onun iqtisadiyyatın müxtəlif sahələrində əmələ gələn alt sahələri informasiya texnologiyalarına əsaslanan iqtisadiyyatın aparıcı rolunu gücləndirir. Hazırda təkcə məhsul istehsalında deyil, məhsulun həm kəmiyyət, həm də keyfiyyətcə yaxşılaşdırılmasında, müəssisələrin idarə edilməsi və digər müəssisələrlə əlaqələrin qurulmasında, eləcə də inkişaf planlarının hazırlanması, istehsal fəaliyyətinin nəticələrinin müasir üsullarıa təhlili, təhlilin nəticələri və mövcud imkanların nəzərə alınması ilə proqnozların verilməsi, taktiki və uzunmüddətli strateji planların hazırlanmasında informasiya texnologiyalarının, daha doğrusu informasiya və kompüterləşmənin tətbiqinin rolu xüsusi çəkiyə malikdir. Müasir iqtisadiyyatın əsas fəaliyyət sahəsi olan marketinq və məhsulların reklamının təşkilində də informasiya texnologiya və sistemlərinin, əsasən də İnternet və şəbəkə texnologiyalarının tətbiqi inkişaf etmiş ölkələri xarakterizə edən əsas göstəricilərdir.
XX əsrin 80-ci illərindən başlayaraq, başqa sözlə internetin fəaliyyətinin ilk anlarından iri həcmli şirkət və müəssisələr öz məhsullarının satışının təşkili məqsədilə onun imkanlarından qismən istifadə etməyə başladılar. Lakin nəticələr gözlənildiyindən də yüksək oldu. Belə ki, internet məhsul satışının təşkili deyil, eləcə də onun satış dairəsinin çox sürətlə genişlənməsinə, yeni sifarişçilərin cəlb olunmasına, məhsulun istehsal həcminin əvvəlcədən müəyyənləşdirilməsinə, istehsal olunan məhsulun çeşidlərinin düzgün seçilməsinə, məhsulun bazar rəqabətinə davam gətirməsi üçün hansı keyfiyyətə malik olmasına aid mühüm xüsusiyyətlərin dəqiq, operairv və çox kiçik xətalarla müəyyənləşdirilməsi üçün geniş imkanlar açdı. İnformasiya texnologiyalarının marketinqdə istifadəsi qısa müddətdə özünə məxsus xüsusiyyətlərin və iqtisadi qaydaların yaranmasına səbəb oldu. Ənənəvi məhsullarla yanaşı informasiya məhsulları bazarının da genişlənməsi və bu sahənin geniş perspektivlərə malik olması elektron marketinqin təşəkkülünə zəmin yaratdı. Qeyd etdiyimiz kimi şəbəkə texnologiyası və internetdən istifadə müxtəlif coğrafi mövqeyə malik istehsalçı və istehlakçılar arasında əlaqələrin yaranması və genişlənməsinə və beləliklə də beynəlxalq marketinqin yaranmasına səbəb olmuşdur.
Hal-hazırda internetdən istifadə etməklə marketinqin təşkili “sınaq məhsulu” qaydası ilə elektron marketinqin aparılmasına xüsusi yer ayırır. Belə ki, müəssisə istehsal etdiyi məhsulların, fiziki və ya intellektual olmasından asılı olmayaraq, ilkin nüsxələrini alıcıya və ya istehlakçıya təklif edir. Əslində məhsulun özü deyil onun haqqında təfsilatı ilə məlumat, əsas xüsusiyyətləri, imkanları, mümkün istehsal həcmi, qiyməti, çatdırılma və istifadə qaydaları haqqında məlumatlar toplusundan ibarət informasiya təqdim olunur. Başqa sözlə marketçilər istehlakçıya internet vasitəsilə məhsulun nümunələrini-“semplləri” göndərir. Bu işin təşkilində, yəni nümunələrə baxılmasında “brauzunq”lər istehlakçıların köməyinə şatır.
Yuxarıda qeyd olunan xidmətlərlə, yəni sınaq məhsullarının istehlakçıya çatdırılması ilə demək olar ki., müasir İnternet-axtarış sistemlərinin hamısı (Yahoo, Google, Rambler, Randex və s.) məşğul olur. Qeyd edək ki, istehlakçıya bu yolla həm sənaye, həm kənd təsərrüfatı məhsulları və xidmətləri, eləcə də biliklər mənbəyi olan kitablar, məqalələr, müxtəlif elmi toplantıların və tədqiqatların nəticələri, yeni ixtiralar çatdırılır. Lakin bu çatdırmanın sonrakı mərhələlərində fiziki məhsullarla. Informasiya məhsullarının hərəkətində fərqlər mövcuddur. Belə ki, sınaq məhsulunu bəyənmiş istehlakçı həmin andaca informasiya məhsulunu sifariş verərək ödəməni aparmaqla onu əldə edə bilər. Lakin fiziki məhsulların “sınaq məhsuluna görə” bəyənilmiş növ və çeşidinin çatdırılması müxtəlif variantlarda həyata keçirilə bilər. Bu proseslə elektron ticarətin həyata keçirilməsi qaydalarında şərh edilmişdir. Qısaca olaraq onu qeyd etmək olar ki, fiziki məhsulların çatdırılması adətən distrübütorlar və çox zaman isə on-line mağazalar vasitəsilə həyata keçirilir.
Lakin qeyd etmək lazımdır ki, son illərdə internet vasitəsilə marketinq və reklam məlumatlarının miqdarının artması digər bir problemi yaratmışdır. Əslində bu problem reklamçı və marketinqçilər deyil, istehlakçıların rastlaşdığı problemdir. Belə ki, bu sahələrlə əlaqədar informasiyanın çoxluğu informasiya kanallarının lazımsız yüklənməsinə və məlumatın əldə olunmasında problemin meydana gəlməsinə səbəb olmuşdur. Digər tərəfdən, məhz bu problem məhsul nümunələri və onlar haqqında məlumatların lazımi müştəriyə vaxtında çatdırılmasına maneələr yaradır.
Hazırda mövcud olan belə bir problemin aradan qaldırılması məqsədilə inkişaf etmiş ölkələrin böyük şirkət və müəssisələri ayrı-ayrı şəbəkə kompaniyaları ilə sazişlər bağlayır və yaranmış vəziyyətdən çıxmani bu cür həll etməyə çalışırlar. Misal olaraq Amerikanın Amazon.com elektron kitab mağazası bu məqsədlə American Online Şəbəkə Kompaniyası ilə 8 milyon müştəri ilə əlaqə yaradılması haqqında müqavilə bağlayıb. Marketinqin düzgün təşkili məqsədilə, daha doğrusu potensial müştərilərin cəlb edilməsi məqsədilə ünvanlaşdırılmış göndərmələrdən daha geniş istifadə edilməyə başlanılıb. Bu işlə məşğul olan marketoloqların köməyinə müasir informasiya sistemləri gəlir. Bu sistemlərin köməyi ilə alıcıların satış bazarında fəaliyyət və özlərini aparmaları izlənilir, son nəticədə əldə olunan informasiyalara əsasən potensial müştərilər müəyyənləşdirilir. Çox vaxt marketinqin bu cür aparılması müştəri tələbinə uyğun olaraq satışa çıxarılan məhsulun bəzi göstəricilərinin dəyişdirilməsinə və mövcud tələbata uyğunlaşdırılmasına səbəb olur.
İnternet- geniş yayımlama ilə fərdi ünsiyyətin hibrididir. Bu iki xüsusiyyətin birgə fəaliyyətindən
ən çox və ilk olaraq marketçilər və reklamla məşğul olanlar bəhrələnmişlər.
Çünki veb-server millionlarla
istifadəçilərin internet-satış bazarında fəaliyyətini izləməyə,
onlara reklam görüntülərini təqdim
etməyə, həmin
istifadəçilər içərisindən
potensial müştəri
seçməyə və
əlaqə qurmağa
imkan yaradır. Digər tərəfdən satış
və reklam əhatəsinin genişləndirilməsi
üçün mövcud
olan istehlakçıların
verilənlər bazasından
da internet vasitəsilə
istifadə etmək mümkündür. Müasir internet bazalarının köməyi
ilə marketinqçilər
istehlakçıların demoqrafik,
iqtisadi və digər parametrlərinin öyrənilməsini və
onların öz məhsul satışı
bazarlarına cəlb edilərək “özününküləşdirilmə”sini
həyata keçirə
bilirlər. Potensial müştərinin
əldə edilməsi
məqsədilə müxtəlif
həvəsləndirici və
ya bəzi pulsuz xidmətlərin göstərilməsindən geniş
istifadə edilir.
Məsələn, hər
bir müştəriyə
elektron poçt xidmətinin göstərilməsi,
yeni məhsulların
ilk, eksklüziv nümunələrinin
məhz ilk növbədə
onlara təklif olunması, məhsuldan istifadədə yaranacaq xırda problemlərin istehsalçı hesabına
aradan qaldırılması
və ya məhsulun istehlakçı
tələbinə uyğun
modernləşdirilməsi və
s. Qeyd edək ki, bu cür
təşkil olunmuş
online-marketinq son nəticədə
həm istehsalçını,
həm də istehlakçını razı
salır.
Üç nöqtə.-
2013.- 5 iyul.- S. 9.