Səhiyyədə də informasiya texnologiyaları əsridir

 

Dünyanın qabaqcıl klinikalarında insan həyatının mühafizəsi sahəsində hesablayıcı sistemlər geniş rol oynayır

 

informatikaDünya ölkələri ildə informasiya texnologiyalarına bir trilyon dollardan yuxarı vəsait xərcləyir. Məhz buna görə də bütün ölkələr üçün bu xərclərin hansı dərəcədə effektiv olması xüsusi əhəmiyyətə malikdir. Bu, coğrafi mövqeyiinkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. İnformasiya texnologiyalarına investisiya qoyuluşlarının effektivliyinin və onların iqtisadi inkişafda xüsusi əhəmiyyəti olan informasiya sistemlərinin inkişafında rolunun qiymətləndirilməsi məqsədilə hazırda müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalardan biri ölkənin, regionunya ayrılıqda götürülmüş müəssisənin mövcud vəziyyətinin nəzərə alınması ilə ayrı-ayrı göstəricilərə və aspektlərə görə qiymətləndirilməsi üsullarıdır. Burada adətən, informasiya texnologiyalarının tətbiqi ilə maliyyə əmsallarının hesablanması və müqayisəli qiymətləndirilməsi həyata keçirilir. Lakin qeyd edək ki, bu cür yanaşma informasiya texnologiyalarının tətbiqinin nəticələrinin tam qiymətləndirilməsinə imkan vermir. İkinci qrup yanaşmada ekspert üsullarından istifadəyə üstünlük verilir. Bu üsuldan istifadə informasiya texnologiyalarının tətbiqi ilə əldə olunacaq gəlirlərin təqribi də olsa əvvəlcədən müəyyən olunması mümkündür. İT-nin iqtisadiyyata tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi yalnız ilkin mərhələdə və prosesin müəyyən mərhələsində deyil, ümumilikdə hər bir mərhələdə aparılması daha məqsədəuyğundur. Məhz üsulların belə tətbiq forması sürətlə dəyişən, yeniləşən İT-nin düzgün istifadəsinə imkan verər. XXI əsr – həyatın hər sahəsində olduğu kimi, səhiyyədə də informasiya texnologiyaları əsridir. Dünyanın qabaqcıl klinikalarında müasir dərman preparatları ilə yanaşı, insan həyatının mühafizəsi sahəsində hesablayıcı sistemlər də geniş rol oynayır. Uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tibbi yardımın idarə olunması işində müasir informasiya texnologiyaları tətbiq olunur. Bir neçə ildir ki, Rusiya Federasiyasının səhiyyə sistemində də informasiyakommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı fəal aparılır. Ümumiyyətlə, teletəbabətin inkişafı Rusiyanın milli prioritet siyahısına daxildir. Dünya təcrübəsində teletəbabət üsulundan NASA telemetrik proqramı vasitəsi ilə hələ ötən yüzilliyin altmışıncı illərində ilk dəfə olaraq astronavtların fizioloji göstəricilərinə nəzarət etmək üçün istifadə edilmişdir. Yetmişinci illərdən ABŞ-daKanadada gündəlik həkim təcrübəsi zamanı bu üsul geniş tətbiq edilir. Teletəbabət telekommunikasiya metodlarının köməyi ilə məsafədən təsir edən, səhiyyə sisteminin təhsil, kliniki, informasiyainzibati xidmət növüdür. Teletəbabət seansının iştirakçıları təkcə ayrı-ayrı (xəstə) pasiyent və həkimlər deyil, həmçinin iri tibb müəssisələri, hətta bütövlükdə səhiyyə şəbəkələridir. Yeni sistemin əvəzsiz üstünlükləri nəzərə alınaraq şəhərimizdə Gəncə-Livermor, Gəncə-Tbilisi telekörpüləri təşkil edilmişdir. Faydası çox böyükdür. Ənənəvi olaraq teletəbabətin tətbiqində üç əsas sahə qeyd olunmalıdır: məsafədən diaqnostika və həkim “qəbulu” seansları; ekspertlərin məsləhətləri; tibb işçilərinin təhsili və ixtisaslarının artırılması. Avropada teletəbabət seanslarının yarıdan çoxu ekspertlərin məsləhətinə və səhiyyə müəssisələrinin təcrübə mübadiləsinə əsaslanır. Teletəbabətin tətbiq olunduğu perspektiv yerlər – fövqəladə hallar səhiyyəsi, yoluxucu xəstəliklərin profilaktikası, əhalinin peyvənd olunmasına nəzarət kimi spesifik sahələr aiddir. Burada teletəbabət ikimənalıdır: birinci, “postfaktum”, yəni fəlakətdən zərərçəkənlərə kömək məqsədi ilə teletəbabətdən istifadə olunurikinci, səhiyyə işçilərinə gözlənilən kataklizmlərdən xəbərdarlıq edilir və xilasetmə xidmətləri planlaşdırılaraq əlaqələndirilir. Teletəbabət bölgələrdə yaşayan əhali üçün kifayət qədər ixtisaslı və yüksək ixtisaslı həkim məsləhəti və optimal tibbi yardım əldə etməyin yeganə yoludur. Bu zaman informasiya videoaudiofayl məlumat, həmçinin qrafik təsvirlər, rentgenoqram, USM şəkli, diaqrams. vasitəsilə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”na və Nazirlər Kabinetinin 12 iyul 2006-cı il tarixli qərarına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən “tibbi müayinə kartı” və “elektron sağlamlıq kartı” layihələri reallaşdırılmaqdadır. Qeyd etmək lazımdır ki, konkret pasiyentə tibbi yardım göstərilən zaman sənədlərin tərtibinin bütün mərhələlərində fərdiləşdirmə səhiyyə resurslarının effektiv istifadəsinə nəzarət və monitorinq probleminin ən optimal həlli yoludur. Bu prosesdə tez və təhlükəsiz olaraq informasiya əldə etmək, həmçinin məlumatların ötürülməsinin və elektron imzaların istifadəsində mühafizənin təmin olunmasının rolu böyükdür. Yuxarıda sadalanan məsələlərin həllində smart-kart deyilən unviersal vasitə mövcuddur. Fransa, Almaniya, İtaliya, Yaponiya, Tayvanbaşqa ölkələrdə tibbi xidmət sahəsində milyonlarla bu cür smart-kartlardan istifadə edilir. Smart-kart xarici görünüşünə görə kredit kartına bənzəyir. Ona daxil edilmiş mikrokompüter müstəqil yaddaşa malikdir. Çipin yaddaşına istifadəçinin unikal sertifikatı və başqa şəxsi informasiyalar yazılır. İki növ kart mövcuddur: pasiyentin kartı və həkimin kartı. Pasiyentin kartında açıq və qapalı yaddaş sahəsi mövcuddur: açıq sahədə pasiyent haqda baza informasiyası saxlanılır: soyadı, adı, atasının adı, təvəllüdü, qan qrupu, sığorta kampaniyası və s. Bu məlumatlar təxirəsalınmaz tibbi yardım göstərən hər bir işçi üçün açıqdır. Lakin onlar icazəsiz dəyişikliklərdən qorunurlar. Qorunan sahələrdə elektron reseptlər və başqa şəxsi məlumatlar saxlanılır. Həmin sahə yalnız smart-kartını təqdim edən tibb işçiləri üçün açıqdır. Əsas tibbi informasiya (analizlərin nəticələri və s.) səhiyyə müəssisələrində saxlanılır və müvafiq ixtisaslı mütəxəssis üçün nəzərdə tutulur. Smart-kartın ikinci növü həkimin kartıdır. Burada ixtisasçının adı, soyadı, ixtisası, şəxsi nömrəsi, elektron imzası, işlədiyi müalicə müəssisəsinin ünvanı yazılır. Bu kart qapalı informasiyalara, həm xəstənin, həm də səhiyyə müəssisəsinin “saxlanacağına” daxilolma hüququna malikdir. Müasir klinikalarda tibbi informasiya sistemləri səhiyyə müəssisələrinin və xəstəlik tarixçələrinin avtomatlaşdırılmış sistemlərinə bölünür. Bu sistemlər sənəd dövriyyəsi və idarəetmə məsələlərinin tətbiqi prosesinə yardımçı olub müəssisə informasiya sisteminin özəyini təşkil edir. Bu cür informasiya sistemləri Moskvada A.N.Bakulev adına Ürək-Qan-Damar Cərrahiyyəsi Mərkəzində, N.Burdenko adına Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutunda tətbiq olunur. Belə sistemlər kağızsız texnologiyaya keçid mərhələsini təmin edir.

Tibbi sənədlərin kompüterləşdirilməsi sisteminin tətbiqi lazımi informasiyaların əldə edilmə vaxtını təxminən 4 dəfə, diaqnozun qoyulma müddətini isə 25 faiz azaldır. Hazırkı dövrdə dünya təcrübəsində 4 minə qədər medikamentdən fəal istifadə olunur ki, onların da arasında 2 mindən çoxunun müştərək qəbulu zamanı qarşılıqlı təsiri mövcuddur. Ona görə də bu gün həkim təyinatının kompüterləşdirilməsi, demək olar ki, 80-90 faiz səhvləri aradan qaldırır və təxminən 55 faiz əlavə mənfi reaksiyaları azaldır. Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, müasir texnologiyaların tətbiqi tibbi yardımın təhlükəsizliyinə və keyfiyyətinin yüksəldilməsinə güclü zəmin yaradır. Məhz buna görə də beynəlxalq aləmə sürətlə inteqrasiya olunan müstəqil Azərbaycanın səhiyyə sahəsində informasiya texnologiyaları sisteminə fəal qoşulması çox vacibdir.

 

Üç nöqtə.- 2013.- 11 iyul.- S. 9.