Elektron kitabxana sutka ərzində fəaliyyət göstərir

 

Bu kitabxana dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxucuya eyni zamanda xidmət edir

 

Azərbaycanda informasiya cəmiyyətinə keçidonun qurulması, elektron hökumətin formalaşdırılması və intelektual potensialın inkişfı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya-kommunikasiya texnologiyaları sahəsi ölkıənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz edib. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir informasiy-kommunikasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəlməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaradıb. Azərbaycanda ən yeni texnologiya – 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radiointernet-televiziya proqramları, elektron qəzet, elektron kitabxana və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlərin artıq həlledici mərhələyə qədəm qoyması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır

Respublikamızın müxtəlif regionlarında internet mərkəzlərin yaradılması, aliorta ixtisas məktəblərində, elmi müəssisələrdə, orta məktəblərdə İnternet şəbəkələrdən geniş istifadə və elektron kitabxanaların yaradılması da bu prosesin tərkib hissəsidir. Elektron kitabxana informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.

Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokaluzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən “istifadə üçün açıq” olan İnternet ehtiyatları aiddir.

Bundan başqa, son vaxtlar elektron hakimiyyətin və idarəetmənin təşkilinin tələbləri, konsepsiyaları və bu prosesin yerinə yetirilməsi qaydaları günün tələbinə çevrilib. Respublikamızda bu sahədə görülən işlərin ardıcıllığına nəzər salsaq həmin prinsiplərə riayət olunduğunu, prosesin sürətlə də olmasa həyat keçirildiyinin şahidi olarıq.

İqtisadçı alim Mahmud Məmmədovun sözlərinə görə, elektron hakimiyyətin qurulmasının ilkin şərtlərindən biri ölkədə şəbəkə texnologiyalarından istifadə imkanlarının, mobil telefonlardan istifadənin səviyyəsinin yüksəkliyi nəzərdə tutulurdu. Bu gün respublikaməzda istifadə olunan telefon şəbəkəsinin əksər hissəsi elektron qurğularla təmin olunub. Bu isə şəbəkə texnologiyalarının tətbiqinə münbit şərait yaradır. Bütün bunlarla bərabər sürətli İnternetin tətbiqi üçün geniş imkanlara malik simsiz telefonlardan istifadə də inkişaf edir. Yaxın zamanlara qədər İnternet istifadəçilərini sayının aşağı olmasının səbəblərindən biri kimi İnternet xidmətlərinin qiymətinin digər region ölkələri ilə müqayisədə baha olması göstərilirdi. Lakin son zamanlarda respublikamızda İnternet xidmətlərini qiyməti dəfələrlə aşağı salınmışdır. Aydındır ki, bu şəbəkə texnologiyalrından istifadənin artmasına və bu xidmətlərin göğrafi ərazi baxımından daha geniş yayılmasına şərait yaradır.

Elektron variantın tətbiqinin digər bir şərti texniki vasitələrlə təmin səviyyəsinin yüksəkliyidir. Artıq respublikada həm xarici istehsal, həm də ölkədaxili müəssisələrin istehsalı olan fərdi kompüterlərin sayı kifayət qədər artıb. Müxtəlif tədqiqatların aparılması, İKT-ları sahəsində gələcək proqramların əhalinin istək və təklifləri əsasında yaradılması üçün həm İnformasiya Texnologiyaları nazirliyində, həm də Milli Elmlər Akademiyasında xüsusi kompüter mərkəzləri fəaliyyətə başlayıb. Son illərdə respublikamızda korporativ şəbəkələrin tətbiqinə və yeni şəbəkə texnologiyalarına əsaslanan xüsusi virtual əlaqələrdən istifadəyə diqqət artırılmışdır.

Elektron idarəetmə və hakimiyyətin təşkili həm də informasiya texnologiyalarının mahiyyətinin bütün ölkə vətəndaşlarına çatdırılması, onun üstünlüklərinin təbliğini tələb edir. Hazırda respublikamızda ümumtəhsil məktəblərini ən aşağı siniflərindən bu texnologiyaların öyrənilməsinə başlanılıb. Digər tərəfdən İKT sahəsi mütəxəssislərini hazırlanması üçün ölkə ali məktəblərində xüsusi ixtisas və fakültələr fəaliyyət göstərir. Artıq istehsalatda olan səriştəli mütəxəssislərdən digər işçilərin yenidən hazırlanması və müasir informasiya texnologiyaları ilə işləmə vərdişlərini öyrədilməsi dövlət idarə və müəssiusələrində geniş vüsət alıb.

Elektron varianta uyğun yeni dövlət və hökumətin qurulması konsepsiyasının müddəalarında nəzərdə tutlduğu kimi dövlət və hökümətin yeni əsaslar üzərində fəaliyyətini təşkili xüsusi əhəmiyyət kəsb edir. Dövlət strukturlarının əlaqələndirilməsi və ümumi quruluşun dəyişikləklərə uyğun təşkili ən başlıca məsələlərdən biridir. Respublikamızda dövlət qulluğun son dövrlərdə seçmənin xüsusi qaydada xarici müşahidəçilərin iştirakı ilə aparılması və korrupsiyaya qarşı mübarizənin güclənməsi, bu sahəyə aid verilmiş fərmanlar. Intellektual səviyyəli, gənc və daha bacarıqlıların idarələrə gəlməsinə şərait yaradır. Belə halda artlq yeni dövrün tələbi olan dövlət və hakimiyyət orqanlarının təşkili üçün münbit şərait yaranır.

Elektron hakimiyyət və iadrəetmənin təşkili və bütün pillələrdə olan dövlət strukturlarında fəaliyyətinin təminində elektron sənədlərin, informasiya məhsullarının və xidmətlərinin, müəllif hüquqlarının qorunmasının hüquqi əsaslarının yaradılaraq tətbiqi müstəsna əhəmiyyət kəsb edir. Son illər respublikamızın müxtəlif xarici ölkələrin məşhur informasiya məhsulları istehsalçıları ilə sıx əlaqələri bu məsələnin həlli istiqamətində atılan mühüm addımlardır. Belə əlaqələrə Microsoft ilə olan 2008-ci ildəki əlaqələri, eləcə də HP və NEC şirkətləri ilə qurulmuş əlaqələri misal göstərmək olar.

Ümumiyyətlə, ölkəmizdə İKT-nın tətbiqi və elektron xidmətlərdən istifadənin diapazonu günü-gündən genişlənir. Əhaliyə yeni, daha müasir texnoloji yeniliklər təklif edilir. Bu isə sübut edir ki, iqtisadi cəhətdən sabit duruma malik respublikamız yaxın gələcəkdə informasiya cəmiyyətinin yaradılmasına və ən müasir, tam demokratik, şəffaf dövlət idarəetməsinə və hakimiyyətə malik olacaq.    

 

 

  

Üç nöqtə.-2013.- 30 iyul.- S. 9.