Təkmilləşən
İKT infrastrukturu və milli
“Elektron hökumət”
Elektron sistemə keçidə milli iqtisadi
inkişafın mühüm strateji amili kimi yanaşılır
Müasir zamanda
İKT sektoru mültiplikativ
effektivliyi ilə daha çox fərqlənərək, dünya ÜDM-ində mühüm
pay yüksəlişləri əldə edir. Buradakı sürət hər beş ildə iki dəfə
artan yüksəliş templəri ilə ölçülür. İKT sahəsində
Azərbaycanda da sürətli inkişaf müşahidə olunur.
Hazırda ölkədə informasiya cəmiyyətinin
bərqərar olması və bunun tərkib
hissəsi kimi İKT-nin
geniş tətbiq edilməsi istiqamətində
sistemli fəaliyyət aparılır. Bunun nəticəsidir ki, son 5 ildə İKT sektorunda
əlavə dəyər 2,1 dəfə artıb və Azərbaycan
müvafiq göstəricilərə
görə bir çox
inkişaf etmiş
ölkələri geridə qoyub. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik
ki, Azərbaycan 2008-2012-cu illər
arasında ən sürətlə inkişaf
edən 10 ölkədən biri olub. Ölkəmiz 2012-ci il
Dünya İqtisadi Forumunun hesabatına əsasən “Gələcək
üçün dövlətə İKT-nin vaciblik indeksi”
üzrə 142 ölkə arasında 14-cü, “Şəbəkə
hazırlığı indeksi”nə görə 61-ci yeri, “Qlobal rəqabət
qabiliyyətlilik indeksi”nə görə 55-ci,
“İnnovasiyaların tətbiqi üzrə reytinq”də 52-ci yeri tutur. 2020-ci ildə
respublikanın İKT sahəsindən 9,3 milyard
manat gəlir əldə edəcəyi
gözlənilir. İstehsal sahəsinin
hazırkı İKT strukturunda 9,54 faizlik payı 2020-ci ildə 25 faizə yüksələcək,
onun ÜDM-dəki 2,5 faiz
tutumu isə 2020-ci ildə 10 faizi aşacaqdır. İKT sahəsinə
yönələn investisiyaların 7,2 milyard
dollar təşkil edəcək.
Ümumiyyətlə, 2020-ci ilədək bu
sektorda artımın 5 dəfə yüksəlməsi
gözlənilir. Statistik tədqiqatlar
göstərir ki, İKT-nin
10 faiz inkişafı iqtisadiyyatın 1 faiz inkişafına təkan verir.
Azərbaycanda isə bu sahədəki inkişaf templəri daha uğurlu hesab olunur. Belə ki, ölkə
üzrə buradakı inkişaf sürəti
müqabil ümumdünya
göstəricilərini 2-3 dəfə qabaqlayır. Lakin bu nəticələrlə
kifayətlənməməli, informasiya cəmiyyətinin
artan tələblərindən irəli gələrək
dövlət informasiya sistemlərinin inkişafı, İKT məhsulları üzrə yerli istehsal və ixrac potensialının gücləndirilməsi,
ayrı-ayrı sahələr üzrə İKT-nin
tətbiqinin genişləndirilməsi, normativ
hüquqi, texniki və
texnoloji baza təkmilləşdirilməli
və sahəvi kadr
hazırlığı daim diqqət mərkəzində
saxlanılmalıdır. Azərbaycanda “elektron
hökumət” layihəsi tumluluğu və
uzaq hədəfliliyi ilə fərqlənir
və respublika üzrə bütün
dövlət qurumlarını əhatə edir.
Bu göstəricilərin 2020-ci ildə
100 faizə çatdırılması məqsəd olaraq qarşıda durur. Həmçinin,
2020-ci ildə elektron xidmətlərdən
istifadə edən vətəndaşların xüsusi
çəkisinin də indiki 20 faizdən
80 faizə qaldırılması da əsas
strateji hədəflər
sırasındadır. Elektron hökumət”in
tam reallaşdırılması ölkədə
hakimiyyət strukturlarının şəffaf fəaliyyət
göstərməsində ən mühüm
mexanizm olaraq
çıxış edəcəkdir. Buna
görə də, bu infrastrukturun
genişlənməsinə hökumət zəruri
resursları ayırmalı və təkmilləşməsi
istiqamətində davamlı məsrəflər etməlidir. Proqnozlara
görə, 2020-ci ildə dövlətin İKT xərcləri
kosmik sənayenin, yerüstü
və simsiz rabitə şəbəkəsinin
inkişafı və elektron hökumət
və kiber cinayətkarlıqla mübarizə
xərcləri hər bir sahə üzrə
bərabər olmaqla 3 milyard
dollar təşkil edəcəkdir. Bu xərclər perspektivi
nəzərdə tutulan regional
iqtisadi zonaların yaradılması
üzrə isə 500 milyon dolları, rəqəmsal
televiziyanın inkişafı üzrə isə 100 milyon dolları ötəcəkdi. Nəticədə, dövlət və vətəndaşların
iqtisadi və hakimiyyət münasibətlərinin
inkişafı yeni templərlə irəliləyərək,
biznes mühitinin
yaxşılaşdırılmasında da
təsirli olacaq və bu
proseslər öz növbəsində makroiqtisadi effektivliyin
yüksəlməsi ilə müşayiət
olunacaqdır. İnformasiya cəmiyyətində
isə yalnız istehsal dəyişmir. Burada, bütün həyat ukladı,dəyərlər
sistemi təbəlüddatlara
uğrayır, mədəni asudəliyin əhəmiyyəti
artır. İndustrial cəmiyyətdən
fərqli olaraq, informasiya
cəmiyyətində hər bir şey əmtəələrin istehsalı və
istehlakına deyil, intellektin
istehsal və istehlakına yönəlir
ki, bu da
özü özlüyündə əqli
əməyin həcm artımı ilə müşayiət edilir. Ona görə də
informasiya cəmiyyətində insandan daha çox
yaradıcılıq, kreativlik
bacarığı istənilir və burda
biliyə olan tələbat daim artır. Aparılan tədqiqatlar bir daha əsaslandırır
ki, informasiya cəmiyyətində
komyuterləşmə, internetin genişlənməsi
prosesi insanların fiziki
işlərini optimallaşdıraraq onların informasiya
mənbələrinə daha etibarlı girişini təmin edir. Prosesin informasiya cəmiyyəti
texnologiyalarının inkişafı və elektron
hökumət konsepsiyasının artan əhəmiyyət
ilə daha geniş sosial-iqtisadi məzmun alır. Bu
isə onu göstərir ki,
cəmiyyətin inkişafının hərəkətverici gücü daha çox material deyil, informasiya məhsulunun
emalı ilə bağlı olacaqdır. Həmçinin, bu çevrədə material-məhsul özü də daha çox informasiya biçimli olaraq, onun innovasiyalığını
artırılmasına xidmət edəcəkdir. Dövlət
cəmiyyətin informasiya erasına
keçidində ən başlıca liderdir.
Onun sıradakı imkanları bənzərsizdir.
Bu
baxımdan da “Elektron
hökumət” dövlətin və-zifələrini icra etmək üçün
yaradılmış çox unikal bir infastrukturdur.
İnformasiya cəmiyyəti
texnologiyalarının inkişafında elektron
hökumət konsepsiyasının rolu və
əhəmiyyəti ictimai portallar
arasına texniki inteqrasiya
və onun mükəmməlliyindən
keçir. Bu şəbəkədəki
müxtəlif iştirakçılar öz
aralarında eksklyuziv müqavilələr
bağlamırlar. Burada, hər bir hərəkət açıq, texniki tələblər tandartlarına uyğun biznes qaydalara müvafiq qurulur. Yeni
texnologiyaların sürətli təkamülü rəqəmsal
qeyri-bərabərsizliyi mülayimləşdirir,
renovasiyanı qaynaqlandırır və eyniliklə də hüquqi müstəvidə də “rəqəmsal
dünyaya” adaptasiyaya
təkan verir. “Elektron
hökumət”ə keçid dövlət
orqanlarına islahatlar aparmağa,
iqtisadi irəliləyişləri
davamlı etməyə, rəqabətqabiliyyətliyi
artırmağa geniş imkanlar
açır. Belə ki,
dövlət idarəçiliyində müasir
texnologiyaların tətbiqini genişləndirməklə həyata
keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi
və onlardan istifadə imkanları sadələşir,
dövlət qurumlarının və yerli
özünüidarəetmə orqanlarının işinin səmərəliyi artır və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəlir.
İstifadəçilərə dövlət qurumları tərəfindən
təqdim olunan elektron
xidmətlərin optimallaşdırılması və yerinə
yetrilmə prosedurlarının sadələşdirilməsi həyata
keçirilir. Bundan başqa,
elektron xidmətlər vasitəsilə
istifadəçilərə təqdim olunan
məlumatların həqiqiliyinin, tamlığının,
etibarlılığının və sərbəst əldə
olunmasının təmin edilir ki, bu da
istifadəçinin sorğusuna əsasən
məlumatların axtarılması və əldə edilməsinə
sərf olunan vaxtın maksimum azaldılır, ondan
istifadəçinin yerləşdiyi coğrafi
məkandan asılı olmayaraq ölkənin
bütün ərazisində istifadə mümkündür. Beləliklə,
“Elektron hökumət” virtual
məkanın, müasir texnologiyaların
imkanlarından, dövlət orqanlarında
informasiyalaşdırmanın yüksək səviyyəsindən
istifadə edərək ölkə vətəndaşlarına
göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə
xidmət edir. Azərbaycanda da elektron sistemə
keçidə milli iqtisadi
inkişafın mühüm strateji amili kimi yanaşılır. Burada, hərtərəfli dəstək
qazanan İKT sisteminin
və qurulmaqda olan “elektron hökumət” infrastrukturunun
dövlət və vətəndaşların iqtisadi
və hakimiyyət münasibətlərinin
inkişafının yeni
paradiqmasının formalaşmasındakı, milli
sahibkarlığın və biznesin
inkişafındakı rolu və əhəmiyyəti
daim güclənir.
Üç nöqtə.- 2013.- 29
iyun.- S. 9.