Azərbaycanda internet azaddır

 

  Əli Abbasov: «Hər kəs öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edir»

 

 Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Bu fikirləri dünən jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dedi. Onun sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir: «Hazırda ölkə əhalisinin təxminən 70 faizi internet istifadəçiləridir. Ölkə rəhbəri internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd edib. Məhz Prezidentin təşəbbüsü ilə 2013-cü il «İnformasiya Kommunikasiya Texnologiyaları ili» elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə "Evlərə optika" layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilir.

Nazirin sözlərinə görə, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır: «İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur».

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmirbuna heç kimin şübhəsi olmasın: «Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxiliya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilmişdir. Ayrı-ayrı şəxslərin hər-hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir».

Nazir bildirir ki, Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir.

"Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.

 Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir", deyə nazir bildirib.

Qeyd edək ki, bir müddət öncə, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bu gün ölkədə azad internet olduğunu deyir. O yazdıqlarına görə ölkədə bloqqerlərə heç bir təzyiq edilmədiyini və Azərbaycanın dünyada heç bir bloqqerin həbs olunmadığı yeganə ölkə olduğunu deyir.

Ə.Həsənov qeyd edir ki, Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır və hazırda əhalinin 60 faizindən çoxu internetdən istifadə edir.

O qeyd edir ki, Azərbaycanın öz milli peykini orbitə çıxarması bu sahədə imkanları daha da artıracaq.

Dövlət başçısı da dəfələrlə bəyan edib ki, internet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikirsöz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən 65-70 faizi internet istifadəçisidir, ölkəmizdə ən yeni texnologiya – 4G artıq tətbiq edilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radiointernet-televiziya proqramları, elektron qəzet və jurnallar, xaricidaxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

İnternetin insanlarxalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyət hökumət tərəfindən dəstəklənir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet azadlığı sahəsindəki reallıqlardan danışır.

Onun fikrincə, Freedom House internet azadlığını daha geniş anlamda qiymətləndirir: “Bizim anlamda internetə giriş azadlığı, senzuranın olmaması təmin edilibsə internet azaddır. Amma, Feedom House həm də internetə giriş imkanları, tənzimləmə mexanizmləri, istifadəçilərin hüquqları anlayışlarını qiymətləndirir. Doğrudan da bu anlayışlardan yanaşanda təşkilatın hesabatı müəyyən qədər reallığı əks etdirir”.

 O hesab edir ki, Azərbaycan internet bazarında hər şeyi bazarın həll etməsi barədə düşünmək tezdir: “Birincisi, müstəqil tənzimləyici qurum yoxdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi hələ də dövlət idarəetməsini, tənzimləməni əlində saxlayır. Nazirlik həm də kommersiya ilə məşğuldur. Bazarda satışla məşğul olan 3 dövlət provayderi var: Bakinternet, Aztelekom və Az.com”.

 Ekspert domenlərlə bağlı azadlıq olmadığını deyir: “Bəlkə də internet sahəsində ən ciddi problemlərdən biri budur. Bu sahədə həm beynəlxalq normalar, həm də Azərbaycan qanunvericiliyinin normaları pozulur. Qanunda nəzərdə tutulmuş müstəqil qurum hələ də yoxdur. Hazırda bu sahədə tənzimləməni, qiyməti bir qurum həyata keçirir. Bu qurum isə nazirliyin qanunsuz olaraq internet ictimaiyyəti adından verdiyi bir məktub əsasında fəaliyyət göstərir. Bunun nəticəsində hələ də Azərbaycanda on-layn qeydiyyat sistemi yoxdur”.

 O.Gündüz internetin birbaşa dövlətin nəzarətində olması fikri ilə razılaşmır.

 İnternet tam dövlətin nəzarətində deyil. 30 provayder fəaliyyət göstərir. Amma, bazarda xüsusi çəki dövlət provayderlərinin əlindədir”.

Ekspert internet istifadəçilri ilə bağlı hökuməti tənqiddən sonra bəzi problemlərin yarandığını deyib.

 Bloqçulara təzyiqlər kütləvi deyil hökumət tərəfindən məqsədli edilmir. Ayrı-ayrı  hallarda təzyiqlər olur. Məsələn, Quba icra hakimiyyəti başçısının çıxışını internetdə yayan bloqçu həbs edilib”, o qeyd edir.

Eksper bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi daha məqsədəuyğundur. Elə tədbirlər görmək olar ki xarici təşkilstlsr tənqid üçün yer saxlanılmaz.

 

 

Üç nöqtə.-2013.-2 mart.-S.9.