“Arşın mal alan”ın Asyasının doğum günüdür

 

 Nicat Kazımov: “Nə vaxtsa dünyaya Xuraman xanım kimi aktrisanın gələcəyinə inanmıram”

 

 Aktyorlar nə qədər rol ifa etsələr də yaradıcılıqlarındakı bir rol ilə tamaşaçının yadında daha çox qalırlar. Bu gün doğum günü olan xalq artisti Xuraman Hacıyevanı tamaşaçılar “Arşın mal alan” filmindəki Asya obrazı ilə daha çox yadda saxlayıblar. Baxmayaraq ki, aktrisanın teatrda yaratdığı Ceyran ("Yolda"), Qızılgül ("Aycan"), Rəna ("Təzə şagird"), Eyzəngül ("Şirinbala bal yığır"), Gülsüm ("Yadındamı?"), Gülzar ("Tamahkar"), Firəngiz ("Məhəbbət novellası"), Yetər ("Hacı Qəmbər"), Sona xanım ("Qonşu qonşu olsa...") kimi səhnə obrazları onun yaradıcılıq nailiyyətləri sayılır. Aktrisanı doğum günündə “Üç nöqtə” ilə birlikdə xatırlayan Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımov bildirdi ki, aktrisanın ömrünün son illərində bir yerdə çalışıblar: “Bir neçə tamaşada Xuraman xanımla tərəf müqabili olmuşam. Eyni zamanda da, o vaxtı biz serial dublyaj edirdik və serialı bir yerdə səsləndirirdik. Hər gün o dublyajda biz birlikdə olurduq. Çox aktyorlarla bir yerdə işləmişəm. Dünyasını dəyişənlər də çox olublar. Allah hər birinə rəhmət eləsin. Amma Xuraman xanımın adı gələndə çox kövrəlirəm. Nə vaxtsa dünyaya Xuraman xanım kimi aktrisanın gələcəyinə inanmıram. Bu adam sənətinin peşəkarı idi. İnsan kimiçox gözəl xanım idi. Zahiri gözəlliyi nə qədər idisə, daxili gözəlliyi ondan qat-qat artıq idi. Mən uşaq olanda Xuraman xanımı ekranlardan tanıyırdım. Mənim ilk məhəbbətim Xuraman xanım olub. Bir yerdə işləməyə başlayandan sonra bir insan kimi ona vuruldum. Kiminsə bir az əhvalı yaxşı olmayanda Xuraman xanımın gözündən yayınmırdı. Yaxınlaşıb təskinlik verirdi, bacardığı qədər kömək etməyə çalışırdı. Təəssüflər olsun ki, aktrisanın həyatının son illəri ağır keçdi. Ömür boyu maddi sıxıntı görməyən, həmişə bütün aktyor yoldaşlarına hətta maddi tərəfdən dəstək olan bir adam ömrünün son illərində böyük ehtiyac içində yaşamağa başladı. Bu ehtiyaca da onun ürəyi dözmədi. 2005-ci il 15 fevral tarixində dünyasını dəyişdi”.

Teatrda yaratdığı bir çox rollara rəğmən aktrisanın daha çoxArşın mal alanfilmi ilə tanınmasına gəlincə isə, aktyor bildirdi ki, “Arşın mal alanfilmi böyük bir sənət əsəri olduğuna daha çox yayımlandığına görə, tamaşaçı kütləsi Xuraman xanımı bu filmlə tanıyıb: “Arşın mal alanhaqda Xuraman xanımın özünün danışdıqlarını sizə deyəcəm. Əslində Xuraman xanımı bu filmdə rolda çəkilmək üçün dəvət etməyiblər. Sadəcə olaraq, sonradan elə gətirib ki, Xuraman xanım bu rolu ifa etməli olub. Öz gözəlliyi səmimiyyəti ilə bu filmdə ən yaddaqalan obrazı mən deyərdim Xuraman xanım yaradıb. Teatrda Xuraman xanımın çox gözəl rolları olub. Təəssüflər olsun ki, onların hamısı lent yazısında qalmayıb. Xuraman xanım baxmayaraq ki, xalq artisti adına layiq görülmüşdü, biz onu uşaq tamaşalarında da görə bilirdik. Büllur saraydatamaşaçınsa Xuraman xanımla eyni səhnəni paylaşmışam. Xuraman xanım elə aktyor idi ki, tamaşaçılar üçün bir oynayırdı, eyni zamanda tamaşa vaxtı səhnədə aktyorlarla başqa tamaşa oynayırdı. İki oyunu elə aparırdı ki, tamaşaçı hiss etmirdi ki, Xuraman xanım burda kiminləsə zarafat elədi. Yaxşı aktyorlarımlız var, amma 100 faiz deyə bilmərik ki, onlarda hər şey yedindədir. Amma Xuraman xanım elə aktrisa idi ki, aktyor üçün lazım olan bütün keyfiyyətlər onda var idi”.

Qeyd edək ki, Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda dünyaya gəlib. Aktrisa hələ orta məktəbdə oxuyarkən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Bir müddət Gəncə Naxçıvan teatrlarında fəaliyyət göstərən aktrisanın əsas yaradıcılığı Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 7 mart.- S.13.