İKT-nin gəlirləri neft sektorunun gəlirlərini üstələyəcək

 

Etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq

 

 Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin diqqətindən yayınmayıb.Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012” ("The Global Information Technology Report 2012") hesabatında AzərbaycanŞəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB- birinci yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2012-2013” hesabatındaQlobal rəqabətqabiliyyətlilik indeksiüzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub beləliklə, yenə MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi “Measuring the Information Society - 2012” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 “Ən dinamik inkişaf edən ölkələrqrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət optimist fikirlər səsləndirirlər.

Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq daha sonra bu gəlirləri üstələyəcək. Qazanılan uğurlarla kifayətlənməyən Azərbaycan bu gün ulu öndər Heydər Əliyevinİqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirprinsipi əsasında artıq gələcəyini müəyyən edərək məqsədyönlü şəkildə irəliyə doğru hərəkət etməkdədir.

Heç təsadüfi deyil ki, ölkə başçısı bu yaxınlarda Davosda Dünya İqtisadi Forumu (DİF) çərçivəsində keçirilən Mərkəzi Asiya üçün yeni üfüqlərmövzusuna həsr olunmuş sessiyada çıxışında İKT-nin ölkəmizdə prioritet sahə elan edildiyini, dövlətin bu sahənin inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə dəstəyi verəcəyini, eləcə bu ilin “İKT ilielan edildiyini bir daha beynəlxalq birliyə bəyan edib.

Həmçinin Prezident İlham Əliyev DavosdaBooz&Co”, “McKinsey”, “Microsoft” ThalesAleniaşirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə İKT, internet, peyk sənayesi əlaqədar sahələrin ölkəmizdə vüsətlə inkişafını təmin etmək üçün kompleks işlərin görüləcəyini potensial investorların diqqətinə çatdırıb.

Bildirək ki, cari ilin 7-8 aprel tarixlərində DİF Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə “WEF Baku Summit” beynəlxalq tədbiri keçiriləcək burada İKT müzakirə olunacaq 3 əsas mövzudan biri seçilib.

Tədbir çərçivəsində keçiriləcək sessiyalarda İKT-nin qlobal inkişafı perspektivləri Azərbaycan təcrübəsi müzakirə ediləcək.

İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf, əldə edilən uğurlu göstəricilər hazırda ölkəmizin öz qarşısına daha yüksək məqsədlər qoymasına onlardan irəli gələn vəzifələrin istiqamətləndirilməsinə kifayət qədər imkan verir. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənənAzərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyasında öz əksini tapıb.

Qeyd etdiyim kimi, konsepsiya artıq bazar iqtisadiyyatına keçidi adlayan, bu keçidi geridə qoyan hazırda strateji kursun uğurla həyata keçirilməsinin təzahüru kimi ortaya çıxaraq, yeni iqtisadi inkişaf mərhələsinin astanasında olan bir ölkə üçün olduqca mühümdür.

Bu gün ölkəmiz təhsil-innovasiya-elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşmasına doğru inamla irəliləməkdədir. Növbəti illərdə prioritet sayılan sahələrin daha da inkişaf etdirilməsi üçün bu üçlükdən ibarət sütun iqtisadi inkişafın əsas meyarı kimi götürülür.

Təsadüfi deyil ki, sözügedən konsepsiyada da texnologiyaların, innovasiyaların inkişafı, onların digər sahələrdə geniş tətbiqindən əldə olunacaq uğurlu gözləntilərə ümidlər böyükdür.

Elə bu səbəbdən konsepsiyanın ən əsas hədəfi 2020-ci ilə Azərbaycanda ümumdaxili məhsulun həcminin 2 dəfə artırılması, bu artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi, iqtisadiyyatda böyük çəkiyə malik neft amilindən asılılığın aradan qaldırılması ilə iqtisadiyyatın diversifikasiyasına nail olunması Azərbaycanda biliklər iqtisadiyyatının qurulması hesabına həyata keçirilməsidir. Bu, çox böyük, məsuliyyətli ambisiyalı hədəfdir. Digər tərəfdən, innovativ yeniliklərin sürətlə irəliləməsi, onların istehsal sahəsində daha geniş tətbiqi dünya iqtisadiyyatında artımın məhz texnologiyalar hesabına baş verməsini şərtləndirir ki, bu da hazırda bütün beynəlxalq proqnozlarda öz əksini tapmaqdadır.

Getdikcə artan qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması bu xətt üzrə genişlənməsi müasir dövrün çağırışlarında mühüm istiqamətlərdən birini tutur ki, Azərbaycan da bu qlobal mühitdə digər ölkələrdən kənarda qala bilməz. Dünya iqtisadiyyatına inteqrasiya yolunda bu inkişafdan geri qalmamaq üçün ölkəmiz ənənəvi iqtisadiyyatı arxada buraxaraq, inkişaf tempini məhz texnologiyaların inkişaf etdirilməsi hesabına artırmağı hədəfləyir. Beləliklə, konsepsiyanın icrası nəticəsində Azərbaycanın rəqabətqabiliyyətini artıraraq, iqtisadi siyasi cəhətdən daha çox inkişaf etmiş bir ölkəyə çevriləcəyi gözlənilir.

Bunun üçün artıq qeyd etdiyim kimi, İKT- böyük ümidlər bəslənilir İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı informasiya cəmiyyətinə keçidin təmin edilməsikonsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq.

 

 

Üç nöqtə.-2013.-8 mart.-S.9.