“Muğam aləmi” Muğam Festivalı davam edir
Mənsum İbrahimov: “Azərbaycan
dünyada muğamın
mərkəzinə çevrilib”
Martın 9-dan etibarən ölkəmiz “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalına ev
sahibliyi edir. Artıq dünyanın 24-dən çox
ölkəsindən olan
musiqiçilər şəhərimizin
qonağıdır. Xarici ölkələrdn
gələn sənətçilərlə
yanaşı, festivalda
Azərbaycanlı musiqilər
də çıxış
edir. Festivla çərçivəsində
bir neçə dəfə çıxış
edən xalq artisti Mənsum İbrahimov festival təəssüratlarını
“Üç nöqtə”
ilə bölüşdü.
Bildirdi ki, bu il keçirilən festival bir
çox özəlliklərinə
görə, əvvəlki
illərdə keçirilənlərdən
fərqlənir: “Paytaxt
Bakımızla yanaşı,
bölgələrimizdə də konsertlər keçirilməsi vacib amillərdəndi. Belə ki,
martın 10-da Lənkəran
şəhərində Üzeyir
Hacıbəylinin “Leyli
və Məcnun” operası nümayiş edildi. Aygün Bayramova ilə
birlikdə çıxış
etdik. Bizi bu operada əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov
müşayiət etdi.
Fərqliliklərdən biri də, Beynəlxalq Muğam Mərkəzində ustad və şagirdin birgə keçirilən konsertidir. Bu sıradan mən martın 13-də “Qarabağ”
Muğam qrupumla birlikdə, tələbəm
Təyyar Bayramovla çıxış edəcəm.
“Leyli və Məcnun”un ilk dəfə audio CD şəklində
albomu işıq üzü gördü və açılışda
festivala gələn musiqiçilərinə verildi.
Eyni zamanda “Leyli və Məcnun” haqda “Film opera” adlı film
də çəkilib.
Bu film Nizami Kino Mərkəzində martın
17-də tamaşaçıların ixtiyarına veriləcək.
Bu filmə Aygün
Bayramova ilə mən çəkilmişəm.
19-da isə festivalın
təntənəli bağlanış
mərasimi keçiriləcək.
Bağlanışda da iştirakım
gözlənilir. Həqiqətən də bu festival üçün böyük
təşkilati işlər
aparılıb. Beynəlxalq səviyyəli
festivalın təşkil
olunması böyük
məsuliyyət tələb
edir”.
Mənsum
İbrahimov martın
15-dən isə festival çərçivəsində
beynəlxalq müsabiqəyə
start veriləcəyini də
bildirdi: “Üç gün davam edəcək müsabiqədə
bu il xanəndələrlə
yanaşı, instrumental ifaçıların
da müsabiqəsi keçiriləcək”.
“Gələn qonaqların
hər birinin ölkəmiz haqda təəssüratları çox
gözəl olur. Onlar Azərbaycanla tanış
olurlar, Bakımızın,
bölgələrimizin gözəlliyini
görürlər, milli
mətbəximizin müxtəlif
çeşiddə olan
təamlarından dadırlar,
dünyaya səs salan muğamlarımızı
canlı şəkildə,
sənətkarlarımızın ifalarında, öz ölkəmizdə dinləyirlər.
Ümumilikdə, bu cür festivalların əhəmiyyəti ölkələrin
bir-birinin musiqisi, mədəniyyəti ilə
tanış olmasına şərait yaradır. Azərbaycan demək olar
ki, dünyada muğamın mərkəzinə
çevrilib” – deyə
xalq artisti sonda bildirdi.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının
birgə təşkilatçılığı
ilə festival martın
19-a qədər davam edəcək.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-13 mart.-S.13.