Ölkənin inkişafın ən vacib göstərisi İKT-nin tətbiqi ilə təyin edilir

 

Hər bir dövlət orqanı özünün elektron xidmətlərinin sayını günü-gündən artırır

 

 Müasir dövrdə İKT-nin tətbiqi hər bir müəssisə rəhbərinin qarşısında vəsaitlərin istehsalın artırılmasına və ya informasiya sistemlərinin yaradılmasına qoyulması problemini meydana çıxarır. Çünki bu gün istənilən müəssisə bazarda öz yerini saxlamaq üçün effektiv işləyən informasiya sisteminə malik olmalıdır.

Bütün sahələrdə İKT-nin geniş tətbiq edilməsinə və informasiya xidmətlərinin müasir tələblərə uyğun qurulmasına diqqət artırılır. İnkişaf etmiş dünya ölkələrinin təcrübələrindən yararlanaraq informasiya cəmiyyətinin tələbatlarının yerinə yetirilməsi, elektron dövlət və hökumət, elektron idarəetmə, elektron ticarət, təhsil və digər sahələrin ən müasir tələblərə uyğunlaşdırılması üçün qərarlar qəbul edilir, yeni sistem və fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

Məhz İKT-nin tətbiqi ilə yaradılmış effektiv informasiya sistemləri müəssisə daxilində avtomatlaşdırılmış sistemlərlə idarəetmə və istehsalı təşkil etməklə, həm də xarici informasiya resurslarına yol açır. Hazırda hər bir müəssisə üçün məhsul bazarı, rəqiblərinin maliyyə vəziyyəti, dünya bazarı göstəricilərinin dinamikası haqqında məlumatlara malik olmadan mövcud təsərrüfat məsələlərini həll etmək mümkün deyil.

Azərbaycanda da bu  istiqamətdə olduqca əhəmiyyətli işlər görülüb və görülməkdədir. Ölkədə "elektron hökumət" quruculuğu sürətlə inkişaf etdirilir. Hər bir dövlət orqanı özünün elektron xidmətlərinin sayını və növlərini günü-gündən artırmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən imzalanan sərəncamla Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb. Agentlikbu işləri mərkəzləşdirilmiş qaydada həyata keçirəcək və onların səmərəliliyini daha da artıracaq.

Ölkədə innovasiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatda İKT-nin rolunun artırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir. İKT sahəsi prioritet sahə kimi irəli sürülərək onun daha da inkişaf etdirilməsi qarşıya ən ümdə məqsəd kimi qoyulub.

Elə bu səbəbdəndir ki, dövlət başçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması üçün sərəncam imzalayıb. Fond ölkədə İKT məhsullarının istehsalını stimullaşdıracaq, ortakiçik sahibkarlara uzunmüddətli və azfaizli kreditlər verəcək.

Eləcə də fond vasitəsi ilə İKT sahəsində dövlət siyasəti həyata keçiriləcək, sahibkarlıq fəaliyyəti dəstəklənəcək, innovasiya və elmi-tədqiqat layihələri stimullaşdırılacaq, müasir infrastrukturun inkişafına təkan veriləcək, kiçikorta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstəriləcək, bu sahəyə yerlixarici investisiyalar cəlb olunacaq. Bununla da İKT məhsullarının istehsalı və idxalı sürətləndiriləcək.

Təhsil Nazirliyi sistemində informasiya kommunikasiya texnologiyalarının səmərəli istifadəsinə, tətbiqinə böyük diqqət yetirilir. Nazirlik xarici təcrübənin öyrənilməsinə daim cəhdlər edir. Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə kecirilən görüşbu qəbildəndir.

Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub. Təhsil naziri Misir Mərdanov qonaqlara bildirib ki, “Korea Digital Technology”, “Samsung Advanced Institute of Technology”, “CF Construction Company” və “Business Consultant & Invectors Company” şirkətlərinin nümayəndələrini məmuniyyətlə dinləyəcək, onların məqbul təcrübəsindən yararlanmağa çalışacağıq.

 Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramına əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin “Elektron məktəb” layihəsi istiqamətində ötən tədris ilində aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov mövcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulması, internetə sürətli çıxışın təmin edilməsi və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb.

Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri Bin Eok Li öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin təhsildə tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb.

Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar Koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar.

Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələ ilə üzrə layihə sənədinin hazırlanması ilə bağlı tapşırıq verib. Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Taek Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib.

Təhsil Nazirliyi, “İntel təhsil” və “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi “Təhsildə İKT: müəllimlər və texnologiyalarmövzusunda seminar keçirib. Bu tədbirdə də nazir son zamanlar İKT-nin tətbiqi sahəsi üzrə tədbirlərin tez-tez təşkil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək seminarın mövcud istiqamətdə aparılan işlərin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bildirib ki, müasir dövrdə hər bir ölkənin intellektualelmi potensialı, sosial-iqtisadi inkişafın ən vacib göstəriciləri məhz İKT-nin tətbiqi səviyyəsi ilə təyin edilir. Misir Mərdanov son 3 ildə Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışaraq bu sahədə qarşıda duran vacib məsələləri diqqətə çatdırıb. Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edən və mövcud istiqamətdə öz peşəkarlığı ilə seçilən informatika, eləcə də fənn müəllimlərinin adlarını qeyd edən nazir onların sayının daha çox olması məqsədilə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçiriləcəyini xüsusi vurğulayıb. “Ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı” idarəetmə qrupunun rəhbəri Samir Məmmədov seminarın gündəliyi haqqında məlumat verdikdən sonra iştirakçılar “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”, “İntel-gələcək üçün təhsil”, “Köməkçi heyətin hazırlığı” üzrə təqdimat məruzələri dinləyiblər.

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, müasir texnologiyaların tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə güclü zəmin yaradır. Məhz buna görə də beynəlxalq aləmə sürətlə inteqrasiya olunan müstəqil Azərbaycanın təhsil sahəsində informasiya texnologiyaları sisteminə fəal qoşulması çox vacibdir.

 

 

Üç nöqtə.-2013.-13 mart.-S.9.