Azərbaycan İKT sahəsində böyük uğurlar əldə edib

 

Bir çox beynəlxalq təşkilatlar bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib

 

 Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı. Bu siyasətin tərkib hissələrindən biri də rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi idi. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açdı. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldümühüm addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkildi, İnformasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılması, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.

Son 10 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən dedi ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiyakommunikasiya texnologiyaları olmalıdır. O, “Qara qızılın insan qızılına” çevrilməsinin vaxtının çatdığını bildirdi: “...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir”. Bundan başqa, respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiyapoçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafına diqqət artırıldı. 2004-cü ildə «Elektron imzaelektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildio ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı. 2005-ci ildə qəbul edilmiş «Telekommunikasiya haqqında» Qanun isə ölkədə telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirdi və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsini təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına münbit zəmin yaradıb. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaratdı. Bir çox beynəlxalq təşkilatlar bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasında müasir informasiyakommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Ümumiyyətlə, Milli Strategiyanın həyata keçirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq sahə üzrə normativ-hüquqi baza inkişaf etdirildi, telekommunikasiya infrastrukturu yeni texnologiyaların tətbiqi ilə yenidən qurulub və genişləndirildi, sahəyə cəlb olunan investisiyaların həcmi artdı və yeni yerləri açıldı. Görülən işlər korrupsiyaya qarşı mübarizə sahəsində də önəmli oldu. Çünki elektron xidmətlər dövlət qurumlarının vətəndaşlarla təmasını azaltmaqla onların fəaliyyətində şəffaflığın artmasına yardım etdi. «Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “Asan xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik», Azərbaycan Prezidenti İlham Əliyev deyib. Bakıda «Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması» layihəsi üzrə Koreya Xarici İşlər Nazirliyi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında 3,5 milyon dollar dəyərində qrant razılaşması imzalanıb. Nazirlikdən verilən məlumata görə,layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla 15 bölgədə təlim mərkəzi yaradılacaq. İmzalanma mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq: «Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək».

 

 

Üç nöqtə.- 2013.- 15 may.- S. 9.