Azərbaycan “Qran-pri”
ilə mükafatlandırıldı
Yasin Həsənov: “Mən uğurumu vətənimizin adına yazıram”
Vokalist Yasin Həsənov İtaliyada
keçirilən “Sanrema Junior”
müsabiqəsində ölkəmizi təmsil edib.
Bu münasibətlə keçirilən mətbuat
konfransında bildirildi ki,
ölkəmiz bu müsabiqədə ilk dəfədir iştirak
edir. Lakin buna baxmayaraq 13
yaşlı təmsilçimiz vətənə “Qran-pri” ilə dönüb.
Tədbirdə Yasinin valideynləri də
çıxış edirdi. Müsabiqə
barədə məlumat verən Yasinin
anası Rəna Həsənova bildirdi ki, müsabiqə əslində 4 turdan ibarət idi: “Amma münsiflər Yasini birbaşa finala
keçirdilər. Çünki onun ifasını çox
bəyəndiklərini söylədilər. Festivalın prezidenti Paulo Albetro dedi ki,
bu yaşda səsi və
səhnə mədəniyyəti olan başqa uşaq
tanımır. Müsabiqənin qaydarına görə, biz hələ ki, bu müsabiqədən olan
videoları internetdə yerləşdirə bilmirik.
Amma inşallah
yaxın zamanlarda görüntüləri
də tamaşaçılara təqdim edəcəyik”. Mətbuat
konfransından sonra Yasin
“Üç nöqtə”nin
suallarını cavablandırdı.
- Yaşının az
olmasına baxmayaraq 11 beynəlxaq
müsabiqədə iştirak etmisən.
Bəlkə ilk olaraq özünü təqdim edəsən?
- Mən Həsənov Yasin Etibar oğlu. Bu il 13 yaşım
tamam olacaq. Bu günə qədər
bir çox ölkədə Azərbaycanımızı
təmsil etmişəm.
Bunlar arasında 1,2,3-cü yerlər də olub. Amma 5-6 yarışdan
“Qram-pri” ilə ölkəmizə qayıtmışam.
Bu yaxınlarda İtaliyada iştirak etdiyim müsabiqəni qeyd etmək istəyirəm. Bu müsabiqədə uğurla
iştirak etdiyimi deyə bilərəm.
Estrada-vokal ifaçılığı
üzrə həmin yarışda təmsil olunurdum.
- İştirak etdiyiniz müsabiqənin videosunu izlədik. Çox sərbəst
görünürdün...
- Bu kameralarda elə görünür. Amma içimdə doğrudan da çox həyəcanlı
idim. Çünki mən tək
öz adımdan deyil, Azərbaycan adından orda çıxış edirdim.
Və ölkəmiz həmin müsabiqədə ilk dəfə
idi ki, təmsil
olunurdu. Bunun üçün
mənim üzərimə
böyük məsuliyyət
düşürdü.
- “Müslüm Maqomayevin davamçısı
olacağam” - deyə fikir söyləmişdin. Hələ də bu fikrində qalırsan?
- Bəli. Bu yolda da irəliləyirəm. Müslüm Maqomayevin davamçısı
olmaq mənim üçün böyük
şərəf olardı.
Müslüm Maqomayevin davamçısı
olmağı özümə
arzu edirəm.
- Sənə
ifaçı olaraq nə lazımdır ki, dünyaşöhrətli
sənətçimizin davamçısı
olasan?
- İlk öncə səsimi qorumalıyam. Səsdəyişmə dövründə səsimin
qeydinə qalmalıyam
ki, gələcəkdə
səsim daha uca səhnələrdən
gələ bilsin.
Çalışdığım qədər fikirləşə-fikirləşə
oxumalıyam.
- Müsabiqədə
bir çox peşəkar vokal ifaçılarının oxumağa
risk etdikləri ispan musiqisi ifa etmisən.
Mahnını kim seçmişdi?
- Bəli bu “Qranada” adlı
ispan musiqisi idi. Bu seçimi
mənə əvvəlki
müəllimim Rauf Babayev etmişdi. Bu mahnı ilə
çox uğurlar qazanmışam. Mən Azərbaycanın
ən gənc Koroğlusu Ramil Qasımova təşəkkürümü
bildirirəm. 9-10 yaşlarımdan o müəllimin
yanında olmuşam.
Rauf Babayevə və hazırki müəllimim Solmaz xanıma da təşəkkürümü
bildirirəm.
- Rəqiblərin
barədə nə deyə bilərsən? Güclü iştirakçılar var
idi?
- Düzdü, yaxşı iştirakçılar
var idi. Amma digər ölkərlərdə
iştirak etdiyim müsabiqələrdəki kimi
güclü iştirakçılar
yox idi. Təbii ki bütün iştirakçılar mənə
rəqib idi. Amma Maltanı özümə
hardasa daha çox rəqib görürdüm. Malta müsabiqədə birinci
yeri qazandı. Amma Azərbaycan daha öndə oldu. Mən uğurumu özümün deyil, vətənimizin adına
yazıram.
- Oxucularımıza
nə demək istəyərdin?
- İnşallah yeni işlərimlə onları sevindirərəm
və məncə uğurlarımın ardı
olacaq.
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-1 may.-S.13.