“İstanbul Şoppinq festivalı - 2013” yenə ilk olaraq Bakını seçdi
Vahab Küçük:
“İstanbulun gözəlliklərini Azərbaycanda
siz dəyərli dostlarımızla
bölüşməkdən çox
xoşbəxtik”
Bu il üçüncü dəfə
keçirilməsi planlaşdırılan
“İstanbul Şoppinq
festivalı 2013” ölkə xaricində ilk
tanıtım olaraq Azərbaycanı seçdi. Bu münasibətlə
keçirilən mətbuat konfransında
çıxış edən festivalın təşkilatçısı
Vahab Küçük
dedi ki, “İstanbul Şoppinq
festivalı” alış-veriş, dəb, əyləncə və
mədəniyyət dünyasını bir
arada təqdim edən bir
festivaldı:
“Bu il 8-30 iyun tarixlərində keçirilməsini
planlaşdırdığımız festivalın ilk tanıtımını ötən il olduğu kimi Azərbaycanın paytaxtı Bakıdan
başladıq. Azərbaycanın uğuruna
hər zaman inanırıq. Qitələrin
birləşmə nöqtəsi, dünyanın göz bəbəyi hesab olunan İstanbulun gözəlliklərini,
dəyərini, mədəniyyətini bir daha dost və qardaş ölkəmiz Azərbaycanda siz dəyərli dostlarımızla
bölüşməkdən çox
xoşbəxtik. Bilirik ki, Azərbaycanlı dostlarımız İstanbulu çox sevirlər.
Və inanırıq ki, ötən illərdə
olduğu kimi bizi bu dəfə də
yalnız qoymayacaqlar. Bu
tədbirlərdə Azərbaycanlı dostlarımızı
görmək bizim ən böyük
arzumuzdu. Festivalda tək
alış-verişdən əlavə müxtəlif səpkili
konsertlər, dəfilələr, partilər, çəkilişlər
də olacaq. Yəni bu
tək alış-veriş deyil, bir mədəniyyət bayramıdı”. V.Küçük dedi ki, ötən il festivalda iştirak edən
azərbaycanlı vətəndaşların sayı 2011-ci ilə
nisbətən 35 faiz artmışdı: “Bu il bu
faizin daha çox olmasını istəyərdik”. Tədbirdə
çıxış edən əməkdar
artist Tünzalə Ağayeva
İstanbula heyran olduğunu dedi: “Dəfələrlə
getməyimə baxmayaraq hər dəfə
bu şəhərdə olanda
İstanbula bir daha aşiq oluram. Biz xanımlar
alış-verişi çox sevərik. Buna görə də bu il də festivalda iştirak edəcəm”. Artıq bir ildir Azərbaycanda yaşayan türkiyəli sənətçi Oya Ergün Azərbaycanı
çox bəyəndiyini dedi:
“İstanbulu çox
sevirəm. Amma Bakı da
mənə öz vətənim qədər
doğmadı. Bir ildir
ki, burda
yaşayıram insanlarının nə qədər mehriban olduqlarını görürəm”. Tədbirdə
o da bildirildi
ki, festivalda iştirak edən alış-veriş məntəqələri nəzərdə tutulan
23 gün ərzində daha
gec saatlaradək fəaliyyət göstərəcək.
Tədbirin sonunda o da bildirildi ki,
bu il festival
ərəfəsində azərbaycanlı jurnalistlərin İstanbula səfəri də təşkil oluna bilər.
Aygün
Asimqızı
Üç nöqtə.-2013.-2
may.-S.13.