İnternet məhsulun satış dairəsinin
sürətlə genişlənməsinə imkan
açdı
İnformasiya
texnologiyalarının marketinqdə istifadəsi iqtisadi qaydaların yaranmasına səbəb oldu
Son dövrlərdə
informasiya texnologiyalarının marketinqdə
istifadəsi daha çox
imkanlar açıb. Unutmaq
olmaz ki, müasir dövrün
iqtisadiyyatı illər boyu mövcud olan iqtisadiyyat və onun xarakterik xüsusiyyətlərindən ciddi fərqlənir. Günü-gündən
yeni inkişaf
xüsusiyyətlərini və imkanlarını özündə
cəmləşdirən həm əhatə dairəsini, həm
də istifadəçilərinin diapazonunu
genişləndirən informasiya
texnologiyaları və informasiya məhsulları
yeni əsaslar üzərində qurulan iqtisadiyyatın hökmranlığı
üçün zəmin yaradır. İnkişaf etmiş dünya ölkələrində gedən proseslər
informasiyanın iqtisadi inkişafdakı rolunun və əhəmiyyətinin hansı dərəcədə
olduğunu sübut edir. İnformasiya
iqtisadiyyatın inkişafı, onun
iqtisadiyyatın müxtəlif sahələrində əmələ
gələn alt sahələri informasiya texnologiyalarına əsaslanan
iqtisadiyyatın aparıcı rolunu
gücləndirir. Hazırda təkcə məhsul
istehsalında deyil, məhsulun həm kəmiyyət,
həm də keyfiyyətcə
yaxşılaşdırılmasında, müəssisələrin
idarə edilməsi və digər müəssisələrlə
əlaqələrin qurulmasında, eləcə də inkişaf planlarının hazırlanması, istehsal fəaliyyətinin nəticələrinin
müasir üsullarla
təhlili, təhlilin nəticələri və mövcud imkanların nəzərə
alınması ilə proqnozların verilməsi, taktiki və uzunmüddətli strateji
planların hazırlanmasında informasiya
texnologiyalarının, daha doğrusu informasiya və
kompüterləşmənin tətbiqinin rolu
xüsusi çəkiyə malikdir. Müasir iqtisadiyyatın əsas fəaliyyət sahəsi olan marketinq və məhsulların
reklamının təşkilində də informasiya
texnologiya və sistemlərinin, əsasən
də İnternet və şəbəkə
texnologiyalarının tətbiqi inkişaf
etmiş ölkələri xarakterizə
edən əsas göstəricilərdir. XX
əsrin 80-ci illərindən başlayaraq,
başqa sözlə internetin
fəaliyyətinin ilk anlarından iri həcmli şirkət və müəssisələr
öz məhsullarının
satışının təşkili məqsədilə onun imkanlarından qismən istifadə etməyə
başladılar. Lakin nəticələr
gözlənildiyindən də yüksək oldu.
Belə ki, məlum oldu ki, internet
məhsul satışının təşkili deyil,
eləcə də onun satış dairəsinin
çox sürətlə genişlənməsinə,
yeni sifarişçilərin cəlb
olunmasına, məhsulun istehsal həcminin
əvvəlcədən müəyyənləşdirilməsinə,
istehsal olunan məhsulun
çeşidlərinin düzgün
seçilməsinə, məhsulun bazar rəqabətinə
davam gətirməsi üçün
hansı keyfiyyətə malik olmasına aid mühüm xüsusiyyətlərin
dəqiq, operativ
və çox kiçik
xətalarla müəyyənləşdirilməsi üçün geniş imkanlar açdı. İnformasiya
texnologiyalarının marketinqdə istifadəsi qısa
müddətdə özünə məxsus
xüsusiyyətlərin və iqtisadi
qaydaların yaranmasına səbəb oldu.
Ənənəvi məhsullarla yanaşı informasiya
məhsulları bazarının da
genişlənməsi və bu sahənin geniş perspektivlərə malik
olması elektron marketinqin
təşəkkülünə zəmin yaratdı. Qeyd etdiyimiz kimi şəbəkə texnologiyası və
İnternetdən istifadə müxtəlif coğrafi
mövqeyə malik istehsalçı və
istehlakçılar arasında əlaqələrin
yaranması və genişlənməsinə və beləliklə
də beynəlxalq marketinqin yaranmasına
səbəb olmuşdur. Hazırda internetdən
istifadə etməklə marketinqin təşkili
“sınaq məhsulu” qaydası ilə elektron
marketinqin aparılmasına xüsusi yer ayırır.
Belə ki, müəssisə
istehsal etdiyi məhsulların,
fiziki və ya intellektual olmasından asılı olmayaraq, ilkin nüsxələrini
alıcıya və ya istehlakçıya
təklif edir. Əslində məhsulun özü deyil onun haqqında təfsilatı ilə məlumat,
əsas xüsusiyyətləri, imkanları, mümkün
istehsal həcmi, qiyməti,
çatdırılma və istifadə qaydaları haqqında
məlumatlar toplusundan ibarət informasiya təqdim olunur. Başqa sözlə marketçilər
istehlakçıya internet vasitəsilə
məhsulun nümunələrini-“semplləri” göndərir. Bu işin təşkilində,
yəni nümunələrə baxılmasında “brauzunq”lər
istehlakçıların köməyinə şatır.
Yuxarıda qeyd olunan
xidmətlərlə, yəni sınaq məhsullarının
istehlakçıya çatdırılması ilə demək
olar ki., müasir İnternet-axtarış sistemlərinin
hamısı (Yahoo, Google, Rambler, Randex və s.) məşğul olur. Qeyd edək ki, istehlakçıya bu yolla həm sənaye, həm kənd təsərrüfatı
məhsulları və xidmətləri, eləcə də
biliklər mənbəyi olan kitablar, məqalələr, müxtəlif elmi toplantıların və tədqiqatların
nəticələri, yeni ixtiralar
çatdırılır. Lakin bu çatdırmanın sonrakı mərhələlərində
fiziki məhsullarla. İnformasiya məhsullarının hərəkətində
fərqlər mövcuddur. Belə ki, sınaq məhsulunu bəyənmiş
istehlakçı həmin andaca informasiya məhsulunu sifariş
verərək ödəməni aparmaqla onu əldə edə bilər. Lakin
fiziki məhsulların “sınaq məhsuluna
görə” bəyənilmiş növ və
çeşidinin çatdırılması
müxtəlif variantlarda həyata
keçirilə bilər. Bu proseslə elektron ticarətin həyata keçirilməsi
qaydalarında şərh edilmişdir.
Qısaca olaraq onu qeyd etmək olar ki, fiziki məhsulların
çatdırılması adətən distrübütorlar
və çox zaman isə
on-line mağazalar vasitəsilə
həyata keçirilir. Lakin
qeyd etmək lazımdır ki, son illərdə internet vasitəsilə marketinq
və reklam məlumatlarının
miqdarının artması digər bir problemi yaratmışdır. Əslində bu problem reklamçı və
marketinqçilər deyil,
istehlakçıların rastlaşdığı problemdir. Belə ki, bu sahələrlə əlaqədar
informasiyanın çoxluğu informasiya kanallarının lazımsız
yüklənməsinə və məlumatın əldə
olunmasında problemlərin meydana gəlməsinə
səbəb olmuşdur. Digər tərəfdən
məhz bu problem məhsul
nümunələri və onlar haqqında
məlumatların lazımi müştəriyə vaxtında
çatdırılmasına maneələr yaradır. Hazırda mövcud olan belə bir problemin aradan
qaldırılması məqsədilə inkişaf
etmiş ölkələrin böyük şirkət və müəssisələri
ayrı-ayrı şəbəkə kampaniyaları ilə
sazişlər bağlayır və yaranmış vəziyyətdən çıxmaxı bu cür həll etməyə
çalışırlar. Misal olaraq Amerikanın Amazon.com elektron
kitab mağazası bu
məqsədlə American Online
şəbəkə kompaniyası ilə 8 milyon
müştəri ilə əlaqə yaradılması
haqqında müqavilə bağlayıb. Marketinqin
düzgün təşkili məqsədilə,
daha doğrusu potensial müştərilərin cəlb edilməsi
məqsədilə ünvanlaşdırılmış
göndərmələrdən daha geniş istifadə edilməyə
başlanılıb. Bu işlə məşğul
olan marketoloqların köməyinə müasir informasiya sistemləri
gəlir. Bu sistemlərin köməyi ilə alıcıların
satış bazarında fəaliyyət və özlərini
aparmaları izlənilir, son nəticədə
əldə olunan informasiyalara
əsasən potensial müştərilər
müəyyənləşdirilir. Çox
vaxt marketinqin bu cür aparılması
müştəri tələbinə uyğun
olaraq satışa
çıxarılan məhsulun bəzi göstəricilərinin
dəyişdirilməsinə və mövcud
tələbata uyğunlaşdırılmasına səbəb
olur. İnternet- geniş yayımlama ilə fərdi ünsiyyətin
hibrididir. Bu iki xüsusiyyətin birgə fəaliyyətindən
ən çox və ilk
olaraq marketçilər və reklamla məşğul olanlar
bəhrələnmişlər. Çünki
web-server milionlarla
istifadəçilərin internet-satış bazarında fəaliyyətini
izləməyə, onlara reklam
görüntülərini təqdim etməyə, həmin
istifadəçilər içərisindən potensial müştəri seçməyə və
əlaqə qurmağa imkan
yaradır. Digər tərəfdən satış və reklam əhatəsinin
genişləndirilməsi üçün
mövcud olan
istehlakçıların verilənlər bazasından da İnternet vasitəsilə
istifadə etmək mümkündür. Müasir internet bazalarının köməyi ilə
marketinqçilər istehlakçıların demoqrafik,
iqtisadi və digər parametrlərinin
öyrənilməsini və onların öz
məhsul satışı bazarlarına cəlb edilərək
“özününküləşdirilmə”sini həyata
keçirə bilirlər. Potensial
müştərinin əldə edilməsi məqsədilə
müxtəlif həvəsləndirici və ya
bəzi pulsuz xidmətlərin göstərilməsindən geniş istifadə edilir. Məsələn, hər bir
müştəriyə elektron poçt xidmətinin göstərilməsi, yeni məhsulların ilk, eksklüziv nümunələrinin məhz ilk növbədə onlara
təklif olunması, məhsuldan istifadədə yaranacaq xırda problemlərin
istehsalçı hesabına aradan
qaldırılması və ya məhsulun
istehlakçı tələbinə uyğun
modernləşdirilməsi və s. Qeyd edək ki, bu cür təşkil olunmuş online-marketinq son nəticədə həm
istehsalçını, həm də istehlakçını
razı salır.
Üç
nöqtə.-2013.-3 may.-S.11.