Bakı Uşaq
Teatrı Türkiyədə festivalda iştirak edəcək
İntiqam Soltan: “Bu festivala teatr iki tamaşa ilə qatılacaq”
Fəaliyyət göstərdiyi
12 il ərzində
bir neçə dəfə yerini dəyişən Bakı Uşaq Teatrı bu yaxınlarda yenə başqa bir binaya köçürüldü.
Əvvəllər Zabitlər Evində
yerləşən teatr,
sonralar Səbayeldə,
Milli Parkın yaxınlığında məskən
salmağa hazırlaşdı
və burada hər şeyi yenidən quraraq teatr binası hazırladı. Ancaq teatrın
burada da fəaliyyəti çox sürmədi. Bu məkandan
sonra teatrın təyinatı Hüseynqulu
Sarabski adına
mədəniyyət evinə
verildi. Burada şəraitsiz şəkildə
5 il fəaliyyətini
davam etdirən Bakı Uşaq Teatrı tamaşalar hazırlayıb, xarici festivallara qatıldı. Teatr hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsi
Q.Abbasov adına
mədəniyyət evinin
binasında fəaliyyətini
davam etdirir. Teatr bu yaxınlara Türkiyədə festivalda
iştirak edib.
Bu barədə “Üç
nöqtə”yə məlumat
verən teatrın direktoru İntiqam Soltan onu da
dedi ki, yaxın günlərdə Türkiyəyə
daha bir qastrol səfərinə gedəcəklər: “Aprelin
23-də Türkiyədə uşaq bayramı ilə bağlı keçirilən festivalda iştirak etdik. Bu səfər zamanı
bir neçə təklif də aldıq. Belə ki, yaxın
günlərdə yenidən
Türkiyəyə gedəcəyik.
Bu səfərimizin məqsədi
isə 14-15 may tarixlərində
keçiriləcək V Uluslarası
Ərzurum festivalında
iştirak etməkdi. Bu festivala teatr
iki tamaşa ilə qatılacaq. Bir tamaşa yeni quruluş verilən Abdulla
Şaiqin “Əşğas”
(Şəxslər) əsəridi.
Bu keçən əsrin əvvəllərində
Türkiyədə kimsəsiz
uşaqlara yardım məqsədi ilə yazılmış kitabda çap olunmuş bir əsərdi. Azərbaycanda bu kitab demək olar ki, yox idi.
Bu Azərbaycan oxucusuna
tanış olmayan bir əsərdi.
Amma onu deyə bilərəm
ki, çox maraqlı əsərdi.
Tamaşada insanlıqdan, cəmiyyətin
saflığından söhbət
gedir. Digər tamaşa isə
mənim quruluş verdiyim bir tamaşadı
ki, burda Azərbaycan və türk aktyorları bir sahədə çıxış edəcəklər.
Mayın
16-sı Bakıya dönməliyik.
Çünki 18-19 may tarixlərində
Bakıda keçiriləcək
beynəlxalq festivalda iştirak edəcəyik. Bu 20-dən artıq ölkənin qatıldığı
bir festival olacaq.
Mayın 20-dən sonra
isə 10 ali
təhsil müəssisəsində
tamaşalarımız planlaşdırılır.
O tamaşalardan sonra
biz yenidən Türkiyəyə
gedəcəyik. Mənim quruluş
verdiyim tamaşanı
Ankara, İstanbul da daxil olmaqla bir
neçə şəhərdə
oynamışıq. Həmin tamaşanı
biz daha 30 şəhərdə
də nümayiş etdirəcəyik”. Teatrın
məkan olaraq harda yerləşməsinin
fərqi olmadığını
deyən teatrın direktor öz işini yerinə yetirməyə çalışdığını
da söylədi: “Teatr dövlətə məxsusdu. Məkanın harda olmasından
asılı olmayarq mən öz işimi görməliyəm.
Mən sizə söz verirəm ki, Qaraçuxur yaxın gələcəkdə teatr
mərkəzlərindən birinə çevriləcək.
Qaraçuxur uşaqlar üçün
ən gözəl teatr məkanı olacaq. O biri uşaq teatrlarının əziyyətini qətiyyən
yerə vurmaq haqda düşünmürəm.
Amma teatrın qaydalarını
və uşaqlarla işləmək prinsiplərini
bildiyimə görə
bunu deyirəm. Bu yaxınlarda biz bir tamaşa oynadıq. Həmin tamaşada 34 bilet
satılmışdı. Bu birinci dəfə
üçün çox
böyük rəqəmdi”.
İntiqam Soltan teatrın şəhərdən
uzaq yerləşməsinin
daha çox aktyorlar üçün çətinlik törətdiyini
deyir: “Badamdar, Lökbatan, Masazır kimi uzaq yerlədən
gələn aktyorlarımız
üçün teatrın
Qaraçuxurda yerləşməsi
bir az problem olacaq. Amma mənə elə
gəlir ki, bu da zamanla
həll olunacaq bir məsələdi.
Biz yəqin ki
buna da öyrəşəcəyik.
Qızıl hər yerdə
parıldayır. Məncə məkanın
harda olmasının fərqi yoxdu. Bakı Uşaq teatrı indiki yerində də öz tamaşaçılarını
sevindirməyi bacaracaq”
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-3 may.-S.13.