Azərbaycan İKT-nın tətbiqinə
görə ən öndə olan ölkədir
ABŞ və Avropa
İttifaqı ölkələri ilə artan
əlaqələrimiz bu sahənin hərtərəfli
genişləndirilməsini tələb edir
Azərbaycanın sosial-iqtisadi
inkişafında informasiya-kommunikasiya
texnologiyaları sahəsindəki inkişafın səviyyəsi
digər sahələrin inkişafı ilə müqayisədə
daha yüksəkdir. Mövcud informasiya-kommunikasiya
texnologiyaları sahəsinin intensiv və
yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o
cümlədən mobil telofon
rabitəsinin, internetin ölkəmizdə
təşəkkül tapması və genişləndirilməsi
ilə səciyələndirmək olar.
Bu gün Azərbaycan
Respublikasında informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi strateji xətt
üzrə uğurla davam
etdirilir. Onun
2003-cü ildə təsdiq etdiyi “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu
istiqamətin ölkəmiz üçün
vacibliyini və
əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub.
Bununla
yanaşı, həyata keçirilən dövlət
proqramları və zəruri islahatlar nəticəsində
ölkəmizin ümumdünya elektron məkanına daha
sürətli inteqrasiyası təmin edilmiş,
elektron hökumətin yaradılması,
biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü,
informasiya təhlükəsizliyi və digər
məsələlərin həlli istiqamətində
mühüm addımlar atılıb. Əhalinin
rifah halının yüksəldilməsi
məqsədilə müasir
texnologiyaların və mütərəqqi üsulların tətbiqinə
xüsusi diqqət yetirilməyi başlanıb. İqtisadiyyatın müxtəlif
sahələrində aparılan islahatlar,
istehsalın, məhsul
satışının, əldə olunan
gəlirlərdən istifadənin dünyanın inkişaf etmiş ölkələrinin
təcrübələrindən istifadə etməklə məqsədəuyğun
şəkildə istifadəsi müvəffəqiyyətlərin
əldə olunmasına səbəb olub.
Aydındır ki, uğurlar
birdən həll olunmayıb. Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra həyata keçirilən
islahatlar bu
uğurların əsasını təşkil edib. İqtisadçı alim Mahmud Məmmədov ölkənin iqtisadi uğurlarında Heydər Əliyevin neft strategiyasının önəmli rol oynadığını bildirib.
Onun
sözlərinə görə, respublikamızda mövcud karbohidrat
ehtiyatlarından düzgün istifadə
proqramlarının hazırlanması beynəlxalq əhəmiyyətli
neft və qaz
müqavilələrinin bağlanaraq həyata
keçirilməsi iqtisadi inkişafın
yüksək tempinin əsası oldu. Respublika rəhbərliyinin
apardığı düzgün iqtisadi siyasət keçən əsrin 95-ci
ilindən sonra ölkəmizdə
iqtisadiyyatın demək olar ki, bütün sahələrində
gəlirlərin artmasını təmin etdi.
Neft və
qaz sahələrindən əldə olunan gəlirlərin düzgün
istifadəsi və iqtisadiyyatın digər sahələrinin
inkişafı həmin dövrdəki ölkə prezidenti Heydər Əliyev tərəfindən
texnologiyaların istehsalı və tətbiqi, aqrar
sahənin yeni əsaslar üzərində
inkişafını özündə əks etdirən mühüm əhəmiyyətli qərarların
qəbul edilməsi və ardıcıl olaraq
həyata keçirilməsində uzaqgörənlik göstərdi.
Dünya ölkələrinin iqtisadi inkişafının təhlilindən
aydın oldu ki,
yalnız malik olduğumuz
sərvətlərin xammal kimi
xarici ölkələrə
satışı ölkənin iqtisadi
inkişafının davamlı olmasını təmin edə
bilməz. Məhz buna görə də iqtisadi sahələr içərisində
ölkə daxilində yeni
texnologiyaların təbiqi və ən müasir
texniki vasitələrin istehsal
sahələrinin yaradılması qarşıya məqsəd qoyuldu. Hal-hazırda respublikamızda müasir kompüterlərin, müxtəlif telekommunikasiya vasitələrinin istehsalı
müəssisələri fəaliyyət göstərir. Bu isə özlüyündə ölkə
daxilində İKT-nın tətbiqi və istifadəsi səviyyəsinin
yüksəlməsinə səbəb oldu.
Hazırda respublikamız İKT-nın tətbiqi səviyyəsinə
görə ən öndə olan ölkədir.
Respublikamızın xarici əlaqələrinin
genişlənməsi, ölkəmizin dünya
iqtisadi sisteminə daha
dərindən inteqrasiyası müasir texnologiyalara əsaslanan iqtisadiyyatın və
idarəetmənin də yaradılması və bərqərar
olması zərurətini doğurub. Bu sahədə irəliləyiş digər sahələrə
nisbətən elə böyük olmasa da, əvvəlki illərlə
müqayisədə müsbət nəticələr əldə
edilib. Ölkəmizin cöğrafi
mövqeyi, ABŞ və Avropa
İttifaqı ölkələri ilə artan
əlaqələri İKT-nın tətbiq sahələrinin
hərtərəfli genişləndirilməsini və bu sahədə təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edir.
İKT-nın ilk tətbiq
sahəsi bütün dünya
ölkələrində olduğu kimi Azərbaycanda da
müxtəlif tədqiqat işlərinin aparılması, bank və maliyyə sistemində ilk olaraq tətbiq edilməyə
başladı. Ölkənin müharibə şəraitində
olması, texniki təminatın zəifliyi,
maliyyə vəsaitlərinin ilk
müstəqillik illərində olmaması bu sahədə inkişaf
üçün əlverişli olmayan şəraitin formalaşmasına səbəb
oldu. Lakin 1993-cü ildən başlayaraq
respublikamızın İKT-ları sahəsində müxtəlif
aparıcı dövlətlərlə əlaqələrinin
genişlənməsi, ölkə Prezidentinin
İKT-nın və onun tətbiq sahələrini
genişlənməsinə dair düzgün, vaxtlı sərəncam və qərarları
öz müsbət nəticələrini
verdi. İKT-larının idarəetmə
və hakimiyyətdə ilk tətbiqi kimi respublikamızda tələbə qəbulunun
test üsuluna
keçilməsi, seçkilərin
keçirilməsində şəbəkə
texnologiyalarından istifadədə görmək olar. Son keçirilən
seçkilərin təşkili İKT-larından geniş istifadəyə verilən əhəmiyyət
artıq inkişaf etmiş
dünya dövlətləri tərəfindən
də yüksək qiymətləndirilib. Bu
gün respublikamızda mobil
telefon və İnternet
istifadəçilərinin sayının gündən-günə
yüksək templə artması elektron
hakimiyyət və idarəetmənin qurulması və bərqərar
olması üçün gözəl zəmin
yaradır. Mahmud Məmmədovun sözlərinə görə, son illərdə Respublika Prezidenti tərəfindən “elektron
sənəd dövriyyəsi”, “elektron
dövlət”, “elektron ticarət”
haqqında verdiyi fərmanlar ölkəmizdə
elektron idarəetmənin bərqərar
olmasına və demokratik intellektual
səviyyəsi yüksək cəmiyyətin
qurulmasında mühüm addımdır.
Bank və
kredit əməliyyatlarının aparılmasında
artıq geniş şəkildə elektron variantdan istifadə
edilir. Əmək haqqlarının, təqaüdlərin,
müxtəlif yönümlü sosial yardımların plastik
kartlarla ödənişi, müəssisə
və təşkilatlar arasında, müəssisələrlə
bank və bankların öz
aralarındakı əməliyyatlar demək olar ki, bütövlüklə
elektron variantda
aparılır. Əhalinin kommunal xərclərinin
ödənilməsində də elektron
ödəmələrdən istifadəyə
başlanılıb. Belə ki, 2009-cu ildə
artıq Bakı şəhərində kommunal
xərclərin ödənilməsində elektron
variant sınaqdan
çıxarılmış və nəticələr
gözlənildiyindən də yaxşı
alınmışdır. Deməli, əhalinin şəbəkə
texnologiyalarının və elektron ödəmələrin
tətbiqinə inamı artmışdır. Bu
isə insan şüurunun
da müasir texnologiyalara sürətlə
uyğunlaşması başlayıb. Hazırda respublikamızda
bir çox dövlət
idarələrində və dövlət strukturlarında elektron idarəetmənin tətbiqinə geniş yer verilir. Buna misal
olaraq vergi bəyyanamələrini
doldurulması, gömrük
deklarasiyalarını hazırlanması və bu
sahələrdə vahid pəncərə
sistemlərinin tətbiqi elektron idarəetmənin
irəli sürdüyü tələblərə
uyğundur. Son zamanlar ayrı-ayrı dövlət və hökumət idarələri, nazirliklərin xüsusi
portalları yaradılır, onların xüsusi
saytlarında gördükləri işlər, yeni
qanun və
qaydalar haqqında geniş
məlumat verilir. Eyni zamanda bu saytlarda
gündəlik məlumatların verilməsi də məhz
dövlət və hökumət idarələrinin işində
şəffaflığın təmin olunmasına xidmət edir. Respublikamızda İKT sahəsində xüsusi canlanma hiss olunur. Elektron
dövlətin və elektron hökumətin
qurulmasında mühüm əhəmiyyəti
olan elektron imza haqqında qəbul olunmuş
qərarlar, onun hüquqi
bazasının təşkili və respublikada
elektron imzanın tətbiqi mühüm əhəmiyyətə malikdir. Respublikamızın özünün
xüsusi rabitə peykinə sahib olması əslində elektron
idarəetmənin həyata keçirilməsinin mərhələli
şəkildə yerinə yetirilməsinin bir
hissəsidir.
Üç
nöqtə.-2013.-7 may.-S.9.