Artıq yeni dövrün tələbi
üçün münbit
şərait yaranır
Dövlət strukturlarında elektron sənədlərin, müəllif
hüquqlarının qorunmasının hüquqi
əsasları müstəsna əhəmiyyət kəsb edir
Azərbaycanda informasiya cəmiyyətinə keçid
və onun qurulması, elektron
hökumətin formalaşdırılması və intelektual potensialın inkişafı sayəsində
neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya-kommunikasiya
texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi
həyatına son illər daha
ciddi nüfuz edib. Müasir
dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön
plana keçir. Müasir informasiya-kommunikasiya
texnologiyaları, ölkənin hərtərəfli
inkişafı, əhalinin intellektinin
yüksəlməsi, həmçinin dünyada
baş verən inteqrasiya
proseslərinə daha aktiv
cəlb olunması istiqamətində respublikamızın
qarşısında yeni imkanlar
açır. "“Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012-ci illər)”
gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin
formalaşdırılması üçün
müvafiq hüquqi baza yaradıb.
Azərbaycanda
ən yeni texnologiya –
4G-nin tətbiqi, milli irsimiz
və mədəniyyətimizlə bağlı materialların
virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi,
azərbaycandilli internet resurslarının
zənginləşdirilməsi, internet-radio
və internet-televiziya proqramları, elektron qəzet, elektron kitabxana və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika
əhalisinin əksər hissəsinin internet
istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya
texnologiyalarının inkişafının əyani göstəricisidir.
Elm və
texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə
təkan verəcək kosmik sənayenin
yaradılması ilə bağlı dünyanın
aparıcı xarici mütəxəssislərinin
iştirakı ilə Azərbaycanın süni
telekommunikasiya peykinin
orbitə çıxarılması üzrə işlərin
artıq həlledici mərhələyə qədəm
qoyması informasiya-kommunikasiya
texnologiyalarının potensialından daha
dolğun istifadə üçün
möhkəm zəmin yaradır
Respublikamızın
müxtəlif regionlarında İnternet mərkəzlərin
yaradılması, ali və orta ixtisas məktəblərində,
elmi müəssisələrdə, orta məktəblərdə İnternet
şəbəkələrdən geniş
istifadə və elektron kitabxanaların
yaradılması da bu
prosesin tərkib hissəsidir. Elektron kitabxana informasiya cəmiyyətinin
baza prinsiplərinə: informasiyanın əmtəyə
çevrilməsi, informasiya
bazarının formalaşması, cəmiyyət üzvlərinin
peşə və təhsil hazırlığının
yüksəlməsinə, qlobal informasiya mühitinin
yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin
kompüterləşməsinin nəticəsi olub,
yalnız bir xidmət növüdür.
O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti
göstərərək, bu xidmətin zaman və məkandan
asılılığına son qoyur. Ənənəvi kitabxanalarda
informasiya xidməti yalnız
kitabxananın iş saatı müddətində
və məhdud sayda oxuculara
göstərildiyi halda, elektron
kitabxana sutkanın iyirmi
dörd saatı müddətində fəaliyyət
göstərir və dünyanın istənilən nöqtəsində
yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.
Elektron kitabxana ümumi istifadə üçün
açıq olan lokal
və uzaq məsafədə yerləşən
paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron
kitabxanaların informasiya ehtiyatı rəqəmli
formada hazırlanmış müxtəlif
formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin
bir qismi kitabxananın
mülkiyyəti olub, mərkəzləşmiş
formada elektron
kitabxananın Web serverlərində
toplanmışdır və ənənəvi ədəbiyyatın
elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli
və ya mübadilə üsulu
ilə alınmış elektron sənəd
və nəşr toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən
seçilmiş, dəqiqliyinə və
etibarlılığına zəmanət verilən "istifadə
üçün açıq" olan İnternet
ehtiyatları aiddir. Bundan
başqa, son vaxtlar elektron hakimiyyətin
və idarəetmənin təşkilinin tələbləri,
konsepsiyaları və bu prosesin
yerinə yetirilməsi qaydaları günün
tələbinə çevrilib. Respublikamızda bu sahədə
görülən işlərin ardıcıllığına
nəzər salsaq həmin prinsiplərə
riayət olunduğunu, prosesin
sürətlə də olmasa həyat keçirildiyinin şahidi
olarıq. İqtisadçı alim Mahmud Məmmədovun sözlərinə
görə, elektron hakimiyyətin
qurulmasının ilkin şərtlərindən
biri ölkədə şəbəkə
texnologiyalarından istifadə imkanlarının, mobil telefonlardan istifadənin
səviyyəsinin yüksəkliyi nəzərdə tutulurdu. Bu gün
respublikamızda istifadə olunan
telefon şəbəkəsinin əksər
hissəsi elektron qurğularla
təmin olunub. Bu isə
şəbəkə texnologiyalarının tətbiqinə münbit şərait yaradır. Bütün bunlarla bərabər
sürətli İnternetin tətbiqi üçün geniş imkanlara malik simsiz telefonlardan istifadə
də inkişaf edir.
Yaxın zamanlara qədər İnternet istifadəçilərini
sayının aşağı olmasının səbəblərindən
biri kimi İnternet xidmətlərinin qiymətinin digər
region ölkələri ilə müqayisədə
baha olması göstərilirdi. Lakin son zamanlarda
respublikamızda İnternet xidmətlərini
qiyməti dəfələrlə aşağı salınmışdır.
Aydındır ki, bu şəbəkə texnologiyalarından istifadənin artmasına və bu
xidmətlərin cöğrafi ərazi baxımından daha geniş
yayılmasına şərait yaradır. Elektron
variantın tətbiqinin digər bir şərti
texniki vasitələrlə təmin səviyyəsinin
yüksəkliyidir. Artıq respublikada həm
xarici istehsal, həm də
ölkədaxili müəssisələrin istehsalı olan fərdi kompüterlərin sayı kifayət
qədər artıb. Müxtəlif tədqiqatların
aparılması, İKT-ları sahəsində gələcək
proqramların əhalinin istək və təklifləri əsasında
yaradılması üçün həm İnformasiya Texnologiyaları nazirliyində, həm
də Milli Elmlər Akademiyasında xüsusi kompüter mərkəzləri
fəaliyyətə başlayıb. Son
illərdə respublikamızda korporativ
şəbəkələrin tətbiqinə və yeni şəbəkə texnologiyalarına əsaslanan
xüsusi virtual əlaqələrdən
istifadəyə diqqət artırılmışdır. Elektron idarəetmə və hakimiyyətin təşkili
həm də informasiya
texnologiyalarının mahiyyətinin bütün
ölkə vətəndaşlarına
çatdırılması, onun
üstünlüklərinin təbliğini tələb edir. Hazırda respublikamızda ümumtəhsil
məktəblərini ən aşağı siniflərindən
bu texnologiyaların öyrənilməsinə
başlanılıb. Digər tərəfdən İKT sahəsi
mütəxəssislərini hazırlanması üçün
ölkə ali məktəblərində xüsusi ixtisas və
fakültələr fəaliyyət göstərir. Artıq istehsalatda olan səriştəli mütəxəssislərdən
digər işçilərin yenidən hazırlanması və
müasir informasiya
texnologiyaları ilə işləmə vərdişlərini
öyrədilməsi dövlət idarə və müəssisələrində geniş vüsət
alıb. Elektron varianta uyğun
yeni dövlət və hökumətin
qurulması konsepsiyasının müddəalarında nəzərdə
tutulduğu kimi dövlət və hökümətin yeni əsaslar üzərində fəaliyyətinin
təşkili xüsusi əhəmiyyət
kəsb edir. Dövlət
strukturlarının əlaqələndirilməsi və ümumi quruluşun dəyişikliklərə uyğun
təşkili ən başlıca məsələlərdən
biridir. Respublikamızda dövlət
qulluğun son
dövrlərdə seçmənin xüsusi
qaydada xarici
müşahidəçilərin iştirakı ilə
aparılması və korrupsiyaya
qarşı mübarizənin güclənməsi, bu sahəyə aid verilmiş fərmanlar. intellektual
səviyyəli, gənc və daha
bacarıqlıların idarələrə gəlməsinə
şərait yaradır. Belə halda artıq yeni dövrün
tələbi olan dövlət və
hakimiyyət orqanlarının təşkili üçün
münbit şərait yaranır. Elektron
hakimiyyət və idarəetmənin təşkili
və bütün pillələrdə olan dövlət strukturlarında fəaliyyətinin
təminində elektron sənədlərin,
informasiya məhsullarının və xidmətlərinin,
müəllif hüquqlarının qorunmasının hüquqi əsaslarının yaradılaraq tətbiqi
müstəsna əhəmiyyət
kəsb edir. Son illər
respublikamızın müxtəlif xarici
ölkələrin məşhur informasiya
məhsulları istehsalçıları ilə sıx əlaqələri
bu məsələnin həlli istiqamətində
atılan mühüm addımlardır. Belə əlaqələrə Microsoft
ilə olan 2008-ci ildəki əlaqələri,
eləcə də HP və NEC şirkətləri ilə qurulmuş əlaqələri misal
göstərmək olar. Ümumiyyətlə,
ölkəmizdə İKT-nın tətbiqi və elektron xidmətlərdən istifadənin diapazonu günü-gündən genişlənir.
Əhaliyə yeni, daha
müasir texnoloji
yeniliklər təklif edilir. Bu isə sübut edir ki, iqtisadi
cəhətdən sabit duruma
malik respublikamız yaxın gələcəkdə
informasiya cəmiyyətinin
yaradılmasına və ən müasir, tam demokratik, şəffaf
dövlət idarəetməsinə və hakimiyyətə malik olacaq.
Üç
nöqtə.-2013.-8 may.-S.9.