"Qızıl Kəlmə" qaliblərinə təqdim olundu

 

Əbülfəs Qarayev: “Laureatlarımızın gələcəkdə yeni kitabların nəşr olunması üçün əvəzsiz rolu olacaq

 

 Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirildi. Mərasimində millət vəkilləri, ictimai xadimlər, yazıçı, şairoxucular iştirak edirdilər. Tədbirdə giriş sözü ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi ki, "Qızıl Kəlmə" mükafatı ulu öndərin yubileyi ilə əlaqədar iki ildən bir keçirilir: “Azərbaycan mədəniyyətinin bu səviyyəyə yüksəlməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Heydər Əliyev mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Heydər Əliyev yazıçılarımıza hər zaman böyük hörmətlə yanaşıb, onların əsərlərinin xalqa tanıdılması üçün çalışıb. Bu mükafatlandırmanın əsas mahiyyəti yazıçılar, şairlər tərəfindən yaratdığı əsərlər dünya ədəbiyyatına yaxın olan və Azərbaycanda baş verən problemləri oxuculara çatdıra bilmələri üçündür. Bu nominasiyaların sırasında təqdim olunanŞans” adlı layihə ilə gənclərə yeni bir şans veririk. Qoy gənclərimiz görsün yaratdıqları əsərlər qiymətləndirilir. Ötən ilŞans” nominasiyasına layiq görülən gənc bu il Azərbaycanda ən çox oxunan və əsərləri diqqət cəlb edən gənc yazarlar sırasındadır. Bu mükafatlandırma yazıçıların həm yaradıcılığına, həm tərcümə əsərlərinə, həm də ədəbi tənqidin inkişafına yönəlib. İnanıram ki, bizim laureatlarımızın gələcəkdə yeni kitabların nəşr olunması üçün əvəzsiz rolu olacaqöz əsərləri ilə Azərbaycan tarixinin mədəniyyəti, tarixi və gələcəyi haqqında böyük əsərlər yazacaqlar”. Nazir onu da bildirdi ki, bu il Azərbaycanda üçüncü böyük beynəlxalq kitab sərgisinin keçirilməsini planlaşdırılır: “İldən-ilə Azərbaycan yazarlarının kitablarının sayı çoxalır. Ötən il qeyd etdiyim kitab sərgisində 30-a yaxın ölkə iştirak edirdi. Bu il bu siyahıda da artımın olması gözlənilir. Azərbaycanda bu cür tədbirlərin və sərgilərin keçirilməsi insanlarda kitaba marağı artırır. Dünyada və Azərbaycanda söyləyirlər ki, kitab oxuyanların sayı azalıb və hər kəs əsərləri internetdə oxumağa üstünlük verir. Əgər kitabxana yeni formata uyğunlaşarsa, gənclərin maraq göstərdiyi yeni kitabları alırsa, o zaman nə oxucuların sayı azalar, nə də yazıçılar həvəsdən düşər”. Sonra qaliblərə "Qızıl Kəlmə" Ədəbi Mükafatının diplomu, döş nişanı və pul mükafatları təqdim olundu. Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq", poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində", ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım", Əsəd Cahangirin "Kim yatmış kim oyaq?", bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin "Kuman nəğməsi" kitabları qalib elan olundu. "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülüb. Daha sonra mükafata layiq görülənlər də çıxış edərək müsabiqə ilə bağlı fikirlərini söylədilər və Nazirliyə və bu işdə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirdilər. Sonda çıxış edən Əbülfəs Qarayev belə layihələrin gələcəkdə daha da çox olması üçün çalışdıqlarını dedi: “Təkcə “Qızıl kəlmə” mükafatı deyil, gənc dramaturqlar, ssenaristlər və bu kimi yaradıcılıq nümunələrinin inkişafı üçün də layihələr həyata keçirmək lazımdır”.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-8 may.-S.13.