Azərbaycanda bütün
yaşayış məntəqələri
telefonlaşdırılıb
Ölkə üzrə vahid nömrələmə sistemi
tətbiq olunub
Ölkənin sosial-iqtisadi
həyatın bütün sahələri kimi, informasiya-kommunikasiya
texnologiyalarının (İKT) inkişafı daim
diqqət mərkəzindədir. Son illər
Azərbaycanın İKT sektoru hər 3
ildə 2 dəfə genişlənib və son
8-10 il ərzində sahə üzrə orta illik artım tempi 25-30 faiz təşkil
edib. Beynəlxalq Telekommunikasiya
İttifaqının qiymətləndirməsinə əsasən,
Azərbaycan son 10 ildə İKT üzrə
ən sürətlə inkişaf edən
ölkələr arasındadır. Bu gün qlobal iqtisadi inkişafın gələcəyini
müəyyənləşdirən texnologiyalar
dünyanın ən aparıcı dövlətlərinin həyata
keçirdikləri siyasətlərdə əsas xətti təşkil
edir. Sürətlə yayılmaqda olan informasiya və kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti
qazanan qloballaşma
prosesləri ölkələrin sosial-iqtisadi
həyatına birbaşa təsir göstərməkdədir.
Təsadüfi deyil ki,
artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə
gücünə əsaslanır. Bir
sözlə, iqtisadi qüdrəti müəyyən
edən meyarların, qazanılan makro və
mikro iqtisadi göstəricilərin
önündə bu gün
məhz həmin ölkələrdə informasiya-kommunikasiya
texnologiyalarının tutduğu yer və onun
inkişafı dayanır. Texnoloji proseslərin,
innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq,
yenilik baxımından müasir
dünyamızın əsas tələbinə çevrildiyi
belə bir mühitdə ölkəmiz də
qlobal çağırışlardan kənarda
qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika Prezidenti İlham Əliyev
2013-cü ili Azərbaycan Respublikasında
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bildirib
ki, informasiya-kommunikasiya
texnologiyaları sahəsi böyük potensiala malikdir: “Bizim bu sahəyə dəstək
göstərilməsi ilə bağlı dövlət siyasətimiz
vardır. Eyni zamanda,
özəl sektor da bu sahədə çox fəal
iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafına görə bölgədə artıq
aparıcı ölkəyə çevrilmişik
və gələcəkdə də bu mövqeyimizi saxlamaq və
İKT bazarında qlobal oyunçulardan
birinə çevrilmək əzmindəyik”. 2011-ci ildə
İKT sektorunda artım 13 faiz
olub və onun həcmi
təqribən 1,4 milyard manata çatıb. 2012-ci ilin
9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə
edilib, artım tempi isə
18,2 faiz təşkil edib.
Gəlirlərin 80 faizi özəl sektorun payına düşüb.
MDB regionunda ilk
dəfə Azərbaycanda bütün
yaşayış məntəqələri
telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam
elektronlaşdırılıb və ölkə üzrə vahid nömrələmə sistemi
tətbiq olunub. Ölkənin demək olar ki, bütün
ərazisini əhatə edən bir dövlət və iki özəl fiber-optik magistral şəbəkəsi
qurulub, beynəlxalq internet
kanallarının ümumi tutumu
bir neçə dəfə artaraq 200 GB/S-yə çatdırılıb və
ölkəmizdə bir çox
regional informasiya
serverləri yerləşdirilib ki, nəticədə
Azərbaycan regionda internet
xidmətlərinin ixracatçısına çevrilib.
Hazırda Azərbaycanda insanların 70 faizi
internetdən, 50 faizi isə
genişzolaqlı internetdən istifadə edir.
Bu iki göstərici
üzrə Azərbaycan dünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil
rabitə sahəsində də göstəricilər ürəkaçandır.
Hazırda respublikada hər 100 nəfərə
110 mobil telefon düşür, ən yeni
texnologiya olan 4G
texnologiyasının tətbiqinə başlanılıb.
İKT sektoru həm iqtisadiyyat sahəsi, həm də ölkənin
ümumi sosial-iqtisadi
inkişafına xidmət edən sahə kimi
dinamik inkişaf etməkdədir
və sektor üzrə əldə olunan gəlirlərin ÜDM-də payı təqribən
3,5 faiz, qeyri-neft
ÜDM-də isə 7,2 faiz təşkil edir. Azərbaycanın dövlət
müəssisələrinin elektron
hazırlığı səviyyəsi də yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin
“Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” 23 may
2011-ci il tarixli 429
nömrəli Fərmanına uyğun olaraq, mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən elektron
xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər iqtisadi-sosial, elm, mədəniyyət
və ictimai həyatın digər sahələrini
əhatə edir. Dövlət
orqanlarının elektron xidmətlərindən
“bir pəncərə” prinsipi
ilə istifadənin təşkili məqsədilə
RİTN-də yaradılmış “elektron
hökumət” portalına 36 qurum qoşulub və onlar tərəfindən
portal vasitəsilə 168 elektron
xidmət göstərilməkdədir. 2012-ci ildən nazirlikdə
fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzindən
28 dövlət orqanı tərəfindən 2800-ə
yaxın elektron imza əldə
edilib. Elektron
imzanın tətbiqi elektron xidmətlərdən
istifadənin genişləndirilməsinə, daha
keyfiyyətli və təhlükəsiz xidmətlərin
göstərilməsinə şərait yaradıb. Hazırda
dövlət orqanları tərəfindən əhali ilə
bilavasitə təmasda göstərilən bir
çox xidmətlər və onlara görə nəzərdə tutulan ödənişlər elektron
formada həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral
2011-ci il tarixli qərarı
ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli
televiziya yayımı sisteminin
tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq ölkədə
rəqəmli TV yayımına keçidlə əlaqədar
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən
görülmüş tədbirlər nəticəsində
ölkə əhalisinin 87 faizi rəqəmli
TV yayımı ilə əhatə edilib. Qeyd olunan proqrama
əsasən, 2013-cü ildə analoq TV
yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi nəzərdə tutulur. Genişzolaqlı internet xidmətlərinin inkişafı, Trans Avrasiya Super İnformasiya
Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi,
avtomatlaşdırılmış radiomonitorinq
sisteminin yaradılması,
aşağı orbitli optik
peykin hazırlanması və orbitə
çıxarılması, yüksək texnologiyaların tətbiqi,
3G və 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi,
poçt maliyyə xidmətləri
genişləndirilməsi ən yaxın perspektivdə
qarşıya qoyulmuş prioritet
məsələlərdir. Azərbaycanın hazırda yeni inkişaf mərhələsindədir.
“Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası
çərçivəsində informasiya
texnologiyalarını daha da
inkişaf etdirməsi, biliklərə əsaslanan
iqtisadiyyatın formalaşdırılması,
qarşıdakı 8-10 il ərzində qeyri-neft sektorunun
inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcminin iki dəfə
artırılması məqsədi qarşıya qoyulub. İqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya
texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz
artımını təmin etmək, beləliklə, 2020-ci ilə
qədər İKT sektorunun həcminin təxminən
4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail
olunması istiqamətində müəyyənləşən
strategiyaya uyğun olaraq, ilk növbədə,
ölkədə internetin hərtərəfli
inkişafını təmin etmək - genişzolaqlı,
sürətli internetin istifadəsini, həcmini
gələcək 3 ildə 85 faizə, minimum
sürətini 10 meqabit saniyəyə
çatdırmaq planlaşdırılır. Azərbaycanda kosmik sənayenin inkişaf
etdirilməsi məqsədlə Yerüstü
İdarətemə Mərkəzinin tikilməsi, bu ilin fevral
ayında orbitə ilk süni
peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi
perspektivdə olan layihələrdəndir.
Hesablamalara görə, 2020-ci ildə Azərbaycanda təxminən
əhalinin 80 faizi elektron
xidmətlərdən istifadə edəcək. İxracyönümlü,
yeni və yüksək texnologiyalara
əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə
investisiyaların həcmini artırmağı da
planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən
3,6 milyard dollar xərclənməsi
nəzərdə tutulur. Həmçinin,
biz sektorun
inkişafına birbaşa xarici
investisiyalar və özəl sektordan təxminən eyni
miqdarda investisiyanın
yatırılması gözlənilir.
Üç
nöqtə.- 2013.- 11 may.- S. 10.