Ölkəmizdə insanların yarısı genişzolaqlı internetdən istifadə edir

 

Bu göstərici üzrə azərbaycan dünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır

 

 AZƏRBAYCANIN sosial-iqtisadi həyatın bütün sahələri kimi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı daim diqqət mərkəzindədir. Son illər Azərbaycanın İKT sektoru hər 3 ildə 2 dəfə genişlənib və son 8-10 il ərzində sahə üzrə orta illik artım tempi 25-30 faiz təşkil edib. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr arasındadır. Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiyakommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makromikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yeronun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir: “Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik”. 2011-ci ildə İKT sektorunda artım 13 faiz olubonun həcmi təqribən 1,4 milyard manata çatıb. 2012-ci ilin 9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə edilib, artım tempi isə 18,2 faiz təşkil edib. Gəlirlərin 80 faizi özəl sektorun payına düşüb. MDB regionunda ilk dəfə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb və ölkə üzrə vahid nömrələmə sistemi tətbiq olunub. Ölkənin demək olar ki, bütün ərazisini əhatə edən bir dövlət və iki özəl fiber-optik magistral şəbəkəsi qurulub, beynəlxalq internet kanallarının ümumi tutumu bir neçə dəfə artaraq 200 GB/S-yə çatdırılıb və ölkəmizdə bir çox regional informasiya serverləri yerləşdirilib ki, nəticədə Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilib. Hazırda Azərbaycanda insanların 70 faizi internetdən, 50 faizi isə genişzolaqlı internetdən istifadə edir. Bu iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil rabitə sahəsində də göstəricilər ürəkaçandır. Hazırda respublikada hər 100 nəfərə 110 mobil telefon düşür, ən yeni texnologiya olan 4G texnologiyasının tətbiqinə başlanılıb. İKT sektoru həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir və sektor üzrə əldə olunan gəlirlərin ÜDM-də payı təqribən 3,5 faiz, qeyri-neft ÜDM-də isə 7,2 faiz təşkil edir. Azərbaycanın dövlət müəssisələrinin elektron hazırlığı səviyyəsi də yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər iqtisadi-sosial, elm, mədəniyyət və ictimai həyatın digər sahələrini əhatə edir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi ilə istifadənin təşkili məqsədilə RİTN-də yaradılmış “elektron hökumət” portalına 36 qurum qoşulubonlar tərəfindən portal vasitəsilə 168 elektron xidmət göstərilməkdədir. 2012-ci ildən nazirlikdə fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzindən 28 dövlət orqanı tərəfindən 2800-ə yaxın elektron imza əldə edilib. Elektron imzanın tətbiqi elektron xidmətlərdən istifadənin genişləndirilməsinə, daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə şərait yaradıb. Hazırda dövlət orqanları tərəfindən əhali ilə bilavasitə təmasda göstərilən bir çox xidmətlər və onlara görə nəzərdə tutulan ödənişlər elektron formada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq ölkədə rəqəmli TV yayımına keçidlə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin 87 faizi rəqəmli TV yayımı ilə əhatə edilib. Qeyd olunan proqrama əsasən, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi nəzərdə tutulur. Genişzolaqlı internet xidmətlərinin inkişafı, Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi, avtomatlaşdırılmış radiomonitorinq sisteminin yaradılması, aşağı orbitli optik peykin hazırlanması və orbitə çıxarılması, yüksək texnologiyaların tətbiqi, 3G və 4G xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt maliyyə xidmətləri genişləndirilməsi ən yaxın perspektivdə qarşıya qoyulmuş prioritet məsələlərdir. Azərbaycanın hazırda yeni inkişaf mərhələsindədir. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində informasiya texnologiyalarını daha da inkişaf etdirməsi, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, qarşıdakı 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcminin iki dəfə artırılması məqsədi qarşıya qoyulub. İqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə, ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır. Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi məqsədlə Yerüstü İdarəetmə Mərkəzinin tikilməsi, bu ilin fevral ayında orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi perspektivdə olan layihələrdəndir. Hesablamalara görə, 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcək. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin, biz sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılması gözlənilir.

 

 

Üç nöqtə.-2013.-18 may.-S.9.