Laçının işğalından 21 il ötür
İşğal
zamanı 200-dən çox tarixi abidə talan edilərək
dağıdılıb
Laçın rayonunun ermənilər tərəfindən
işğalından 21 il ötür.
21 ildir ki, 63 mindən artıq laçınlı
respublikanın 59 şəhər və rayonunda
müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı
yaşayır. Rayonun bütün
icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində
fəaliyyət göstərir. Laçının
ətrafında yerləşən rayon və
yaşayış məntəqələrini işğal
edən erməni silahlı qüvvələri intensiv
olaraq ağır artilleriya
silahlarından rayon mərkəzini atəşə
tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən
gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və
Ermənistanın Gorus rayonu
istiqamətindən hücuma keçən
erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran
düşmən qüvvələrinin böyük
hissəsi Laçın dəhlizi vastəsi ilə əraziyə
daxil olub. Rayonun
işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə,
125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 101 məktəb, 5 məktəbdənkənar,
2 məktəbəqədər müəssisə, 1 peşə
məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif,
460 ticarət obyekti, 30 rabitə
qovşağı, xalq teatrı,
tarix-diyarşünaslıq muzeyi, 200-dən
çox tarixi abidə
talan edilərək
dağıdılıb. Qeyd edək ki, 1835 kvadrat
kilometr ərazisi olan
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb. İşğal
zamanı 63 min
nəfərdən artıq əhalisi olan rayonun 121 kəndi var idi. İşğal
zamanı 300-dən artıq hərbi və mülki
şəxs həlak olub və itkin düşüb. 8
950 bina, o cümlədən
7 sənaye və tikinti müəssisəsi,
471 xidmət idarəsi, yüzlərlə tarix-mədəniyyət
abidəsi işğal altında qalıb.
Erməni silahlı qüvvələrinin işğalı nəticəsində
burada 30-dan artıq mədəniyyət və
tarixi abidə dağıdılıb. Bundan başqa, rayonun yüngül sənaye
mərkəzləri, kənd təsərrüfatı sahələri
yararsız hala salınıb. Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin rayonun işğalı ilə bağlı
yaydığı məlumatda bildirilib ki, təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus,
Xırmanlar, Tiqiq, Turş-tiqiq,
Nurəddin, Nağdalı, Hacıxanlı kimi
müalicəvi əhəmiyyətli bulaqlar
mövcuddur. Laçın rayonu ərazisində ümumi
ehtiyatları 1124 ton olan
3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq),
ehtiyatları 4457 min ton
olan və əhəng istehsalına
yararlı Laçın əhəngdaşı var idi. Bundan başqa
ehtiyatları 2533 min kubmetr
olan və istismara cəlb
edilən üzlük daşı
istehsalına yararlı Qoçaz mərmərləşmiş
əhəngdaşı, mişar
daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək
daşı, vulkan külü
mövcud idi. Laçın rayonundakı Qaragöl
Dövlət Təbiət Qoruğu və
Dövlət Təbiət Yasaqlığı da
hal-hazırda işğal
altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda
işğal dövründə 68 növdən
və 27 ailədən ibarət bitki örtüyü var idi. Rayonda Həkəri
çayının sağ sahilində və
Zabux kəndində 400 yaşlı 2 ədəd
Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar
sahəni əhatə edən ardıc, şabalıd və
qaraçöhrə ağacları mühafizə edilirdi.
Xalid
Üç
nöqtə.-2013.-18 may.-S.10.