İnternet texnologiyalarının marketinqə tətbiqi real
səmərə verir
İnformasiya cəmiyyəti quruculuğunun
müasir vəziyyətində
internet-marketinqin rolu getdikcə artmaqdadır
Müasir dövrdə informasiya-kommunikasiya
texnologiyalarından iqtisadiyyatın
real sektorlarında geniş
istifadə olunması
təsərrüfatların bazar infrastrukturunu informasiya texnologiyaları əsaslarına çevirir.
Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının,
informasiya-marketinq şəbəkələrinin
yaradılmasına imkan
verir. Son zamanlar aparılan tədqiqatların
nəticələri göstərir
ki, internet texnologiyalarının
marketinqə tətbiqi
real iqtisadi səmərə
verir. Bu şirkətlərə
bir tərəfdən
öz xərclərini
azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini
artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun
müasir vəziyyətində
internet-marketinqin rolu getdikcə artmaqdadır. Məkan baryerlərinin qısaldılması hər
zaman insanlara daha az xərclərlə
öz iqtisadi fəaliyyətini koordinasiya
etməyə imkan verən yeni sosial şəbəkələrin
yaradılmasını stimullaşdırmışdır.
Belə şəbəkələrdən
biri və ən geniş yayılmış olan
internet şəbəkəsidir. İnternet şəbəkəsi
iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə
böyük dəyişikliklərə
səbəb olmaqla yeni eranın əsasını qoymuşdu.
Məlumdur ki, 1990-cı illərdə,
internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında
açdıqları imkanları
düzgün dəyərləndirə
bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət
İnternetdən öz
biznesin inkişaf istiqamətində istifadəyə
real baxmırdı. Nəticədə
"onlayn" şirkətlər
"ənənəvi" şirkətlərə ciddi
rəqib oldular və onların biznesi üçün
real təhlükəyə çevrildilər. Təcrübə
göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa ölkələri və Rusiya şirkətləri üçün mənfi nəticələnmişdir. Bu yeniliklərin
tətbiqini labüd hesab edən ölkələr "rəqəmsal
iqtisadiyyat"ı ümumi
iqtisadiyyatın lokomotivinə
çevirməyi qarşısına
məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı
daha qlobal xarakter daşıyır. Amma bu o demək
deyil ki, bütün dünya ölkələri elektron ticarət infrastrukturunu eyni dərəcədə
inkişaf etdirir və bu sahədəki
nailiyyətləri öz
milli iqtisadiyyatlarına
eyni dərəcədə
tətbiq edirlər. Müşahidələr göstərir
ki, internet-texnologiyaların
iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində
deyil, makroiqtisadi səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır.
Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikro iqtisadiyyatda deyil, bütünlükdə iqtisadi
münasibətlərin yenidən
qurulması və təkmilləşdirilməsində müşahidə olunur.
Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır. İnternet
informasiya məkanında
əməkdaşlıq vasitəsi
olmaqla biznesi yeni inkişaf mərhələsinə daşıdı.
O, bir tərəfdən
şirkətlərə maksimal
istehlakçı auditoriyası
yığmağa, digər
tərəfdən isə
istehlakçılara öz
fərdi tələbatları
haqqında məlumatları
istehsalçılara çatdırmaq
imkanı verdi. Beləliklə, yeni virtual
dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks
etdirən informasiya obrazını yaratmağa
daha maraqlı oldu. Həyata keçirilən genişmiqyaslı
tədbirlərin nəticəsidir
ki, İnternet yeni qlobal informasiya
infrastrukturunun prototipinə
çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə
əsaslı təsir
göstərir. Dünya
iqtisadiyyatında islahatların
aparılması zamanı
texnologiyalar, qloballaşma
və bazarın dövlətsizləşdirilməsi kimi bir çox
amillər mühüm
rol oynayırlar. Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları və şirkətləri birləşdirən
şəbəkələr vasitəsilə təşkil
edilir. Qısa haşiyəyə çıxaraq
qeyd edək ki, insanları bir kompaniya daxilində
bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə
intranet; kompaniyanı onun
malgöndərənləri və distribyuteri ilə əlaqələndirən
şəbəkəyə Ekstranet;
nəhayət, istifadəçiləri
"ümumdünya informasiya
anbarı" ilə əlaqələndirən şəbəkəyə
isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı
əməliyyatlarını həyata keçirən kompaniya malgöndərənlər
və müştərilərlə
qarşılıqlı əlaqədə
olur. Təcrübə
sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları
satmağa çalışdıqları
halda, indi, onlar sata biləcəkləri
məhsulların istehsalına
üstünlük verirlər.
Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-etik məsələlərində və
qarşılıqlı etimadın
təmin edilməsi sahəsində də özünü göstərir.
Şirkətlər müştərilərlə
qarşılıqlı əlaqənin
təmin olunmasına küllü miqdarda vaxt və vəsait
sərf edirlər. Müştərilərin məlumat
bazasının yaradılmasına
imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini
xeyli yüngülləşdirə
bilər. Müasir dövrdə istehlakçıların
əksəriyyəti həm
real, həm də onlayn alışlar həyata keçirirlər.
Bu tip istehlakçıları razı salmaq üçün kompaniyaların
əksəriyyəti həm
ənənəvi, həm
də onlayn bazarda mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər
yeni şəraitlərə
uyğunlaşaraq öz
satış metodlarında
düzəlişlər edirlər.
İstənilən müəssisədə
biznesin inkişaf strategiyası rəhbərliyin
həll edəcəyi
ən mühüm məsələlərdən biridir.
İnternet ənənəvi
biznesdə analoqu olmayan elə forma və sxemlər yaratmışdır ki, artıq ənənəvi
biznes metodologiyası əsasında "yetişmiş"
biznes-analitiklər, şirkət
rəhbərləri və
marketoloqlar narahatlıq
keçirməyə başlamışdır.
İndi bir çox şirkətlər
internet bizneslə məşğul
olmağa, elektron- kommersiya və ya biznesin elektron
idarə olunması metodlarını mənimsəməyə
çalışırlar. Lakin
onların heç də hamısı özlərinə hansı
e-biznes formasının
uyğun olduğunu müəyyənləşdirə bilmirlər. İnternet -biznes Azərbaycanda
2003-cü ildən sonra
əsaslı inkişafa
başlamışdır. "Ekspert" jurnalı Azərbaycandakı internet-layihələrin
siyahısını hazırlanmışdır.
Onların ekspert qiymətləndirilməsinə görə 2008-ci ildə Azərbaycandakı internet-mağazaların,
ticari internet-sistemlərinin
sayı 60-dan artıqdır.
SpyLoq Reseach şirkətinin məlumatına
görə 2004-cü ilin
dekabrında Azərbaycan
internet istifadəçilərin sayı təxminən 0.5 milyon nəfər olmuşdur. İnternet-mağazada
məhsul sifarişi istehlakçının baxış
bucağından tamamilə
fərqli görünür.
Reytinqlər, rəqəmlər,
XXI əsrin ticari texnologiyalarından istifadəyə
çağırış, istifadəçinin virtual - dükanda
məhsul seçimi və sifarişin rəsmiləşdirilməsindən tutmuş, ödəməyə
kimi olan problemlərlə üzləşməsi
səbəbini izah edə bilmir. İnternet-layihələr real servis
tələb edir. Ənənəvi mağazaların
alıcıları müxtəlif
alıcılıq qabiliyyətinə
malik insanlardır. Adətən alıcılar
şəbəkə prinsipi
(2 və daha artıq filialın mövcudluğu) əsasında
fəaliyyət göstərən,
geniş məhsul çeşidi (10-15 min vahid)
təklif edən və yüksək səviyyəli xidmət təklif etməklə istehlakçı loyallığı
qazanmağa çalışan
mağazalara üstünlük
verirlər. Şəbəkədə
"keyfiyyətli xidmət"
dedikdə, əmtəənin
sürətli axtarışı,
alıcı üçün
rahat ödəmə forması (nəğd, Azərbaycan və beynəlxalq ödəmə
sistemlərinin plastik kartları, bank köçürmələri),
qiymət güzəşti
sistemi və bir-birini müşayiət
edən məhsulların,
əlavə xidmətlərin
bir ticarət meydançasından alınması
imkanı başa düşlür. On-line alışlara
qərar verən alıcı yüksək texnologiyalı axtarış,
müqayisə, alış
və ödəmə
üsullarından istifadə
etməyə hazırdı.
Bunun əvəzində
onlar yüksək keyfiyyətli xidmət tələb edirlər. İlk dəfə on-line alış həyata keçirmiş şəxslər
məyus olurlar. Belə ki, virtual mağazalarda xidmət və məhsul çeşidi ənənəvi
dükanlardan xeyli geri qalır.
Üç nöqtə.-
2013.- 21 may.- S. 9.