“Hər bir şey gözəl
idi”
Fərid Məmmədov:
“Gərək mahnı
və şouyla zamanın nəbzini də tuta biləsən”
Bu il ölkəmizə
“Eurovision-2013” mahnı müsabiqəsində ikincilik
qazandıran Fərid Məmmədov dünən
Heydər Əliyev Sarayının qarşısındakı
parkda Heydər Əliyevin heykəlini ziyarət etdi. Ulu öndərin heykəli önünə gül qoyduqdan sonra təmsilçimiz jurnalistlərin
suallarını cavablandırdı.
Göstərilən dəstəyə
görə dövlətimizə
bu işdə əməyi keçən
hər kəsə təşəkkürünü bildirən ifaçı vətənində olduğu
üçün sevindiyini
bildirdi: “Çox sevinirəm ki, artıq vətənimdəyəm.
Müsabiqə iştirakçıları arasında favoritlər sırasında olmağım
çox gözəl hal idi. Amma ikinci yerdə qərarlaşmaq da yaxşı nəticə idi. Çox istəyərdim ki, Azərbaycan bu il də
qalib olsun və gələn il “Eurovision” yenə Azərbaycanda keçirilsin.
Amma Allahın qisməti belə imiş. İki ay idi ki, bizim
gündəlik məşqlərimiz
gedirdi. Bu nəticə də əziyyətlərimizin bəhrəsidi.
İnşallah gələcəkdə yenə birinci olarıq. Bundan sonra da boş oturmayacam. Yeni mahnılar, konsertlər, maraqlı proyektlər olacaq”.
“Çalışdım
ki, öz çıxışımı layiqincə göstərə
bilim”
Müsabiqənin qalibi olan Danimarka
təmsilçisi Emmili
de Forestin ifası haqda fikirlərini özünə saxlamağı
üstün bilən təmsilçimiz favorit hesab etdiyi ölkənin
adını da açıqladı: “İsveçin
ifasını bəyənirdim.
Lakin, İsveç onluğa düşə bilmədi.
Müsabiqədə elə
hal baş verdi ki,
yaxşı mahnılar
onluğa düşməmişdi.
Bu müsabiqədi, hər
cür ola
bilər. Çox şükür ki,
biz belə halla qarşılaşmadıq. Çünki biz onlardan daha
yaxşı hazırlaşmışdıq”.
Fərid Məmmədov
müsabiqədə səsvermənin
şəffaf aparılması
haqda da danışdı: “Azərbaycan
hər il yaxşı nömrə ilə çıxış
edir və hər dəfə də müsabiqədə
onluğa düşə
bilir. Bu o deməkdir
ki, sağlam rəqabət gedir. Bundan əlavə gərək mahnı və şouyla zamanın nəbzini də tuta biləsən. Bu da önəmlidi.
Hər bir şey gözəl
idi. Mən ən çox
çalışdım ki,
öz çıxışımı
layiqincə göstərə
bilim”. Fərid Bakıya gələrkən
soyuq qarşılanması
haqda yayılan xəbərlərə də
münasibət bildirdi:
“Qətiyyən belə
bir şey yoxdu. Mən Bakıya gələndə
səhər saat 5 idi. O saatlarda hava da soyuq
olur. Ona görə heç
kimin narahat olmasını istəmədim”.
“Rusiya bütün məlumatlara müvafiq olaraq, ikincidir”
Müsabiqə ilə yanaşı
son günlər gündəmdə
olan məsələlərdən
biri də Azərbaycanda Rusiyaya səs verilməməsi oldu. Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
Moskvada rusiyalı həmkarı Sergey Lavrovla
birgə mətbuat konfransının gedişatında
jurnalistlərin Azərbaycanın
“Eurovision-2013”-də Rusiyaya
verdiyi “sıfır” balla əlaqəli yaranan insidentlə bağlı suallarını
cavablandırıb. Gün.Az xəbər
verir ki, E.Məmmədyarovun sözlərinə
görə, televiziya ekranlarında Azərbaycan
izləyicilərinin Rusiyaya
təqdim etdiyi ballar görünəndə
şok yaşamamaq mümkün deyildi.
“Təkcə, izləyicilər deyil, Avropa Yayım İttifaqının tərəfdaşı
olan Azərbaycan İctimai televiziyası da səsvermənin nəticələrinə təəccüblənib. Səhər bu məsələnin detalları öyrənilməyə
başlanıb. İTV-də şübhələrin
olmasına səbəb
keçirilən sorğuların
efirdə səsləndirilən
qiymətləndirməyə uyğun olmaması olub. Müvafiq sorğu əsasında
məhkəmə tərəfindən
SMS-səsverməsinin nəticələri
barədə məlumatın
əldə edilməsi
ehtiyacı barədə
qərar qəbul edilib. Ölkənin mobil operatorları,
buna dair məhkəmənin müvafiq
qərarı olduğuna
görə, məlumatları
təqdim ediblər.
Budur, həmin məlumatlar əlimizin altındadır.
Onları səsləndirmək istərdim. Ən böyük operator olan “Azercell” şirkətinin təqdim etdiyi məlumata əsasən, səslər aşağıda
göstərilən şəkildə
hesablanıb:
1. Ukrayna – 7893.
2. Rusiya – 1677.
Daha sonra siyahıda
Malta, Belarus, Gürcüstan və başqa ölkələr qərarlaşıb.
“Bakcell”-in təqdim etdiyi məlumatlar isə belədir:
1. Ukrayna – 408.
2. Rusiya – 380.
Və nəhayət, “Narmobile” şirkətinin məlumatları belədir:
1. Ukrayna – 193.
2. Rusiya – 112.
Gördüyünüz kimi, tamaşaçıların
verdiyi səslər yüksəkdir. Rusiya bütün
məlumatlara müvafiq
olaraq, ikincidir. Bəs onda bu səslər
hara yoxa çıxıb? Bu isə
artıq İctimai Televiziyaya (İTV) ünvanlanmalı
olan sualdır, onlar bu məsələni
aydınlaşdırarlar”, - deyə, E.Məmmədyarov
bildirib. Xatırladaq ki, İTV-nin direktoru Cəmil Quliyevin sözlərinə
görə, müsabiqə
iştirakçılarına yüksək bal verən peşəkar münsiflər heyəti Rusiyadan olan təmsilçi Dina Qaripovanın
da çıxışını
yüksək bal ilə
qiymətləndirib. Rusiya
Federasiyasının (RF) xarici
işlər naziri
Sergey Lavrov əlavə
edib ki, tərəflər belə
bir razılaşma əldə ediblər ki, Azərbaycan İctimai Televiziyası hüquqi yollarla məsələyə aydınlıq
gətirəndən sonra
tərəflər gələcəkdə
hansı müvafiq addımların atılmalı
olduğuna qərar verəcəklər. “Bu məsələ cavabsız
qalmamalıdır” – deyə,
S. Lavrov qeyd edib.
“Bizim bildiyimizə görə, hər şey dəqiq olub”
Azərbaycanın Eurovision mahnı müsabiqəsinin
şənbə günü
keçirilən finalında
Rusiyaya 10 xal verməsi, amma bunun nəticələrdə
özünü göstərməməsilə
bağlı yayılan
xəbərlərə Avropa
Teleradio Yayım Birliyinin rəsmisi münasibətini bildirib. "Eurovision” mahnı müsabiqəsinin finalında
səsvermənin hesablanması
zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi". "Səsvermə bizim səsvermə tərəfdaşımız
Digamo tərəfindən
aparılır və PriceWatersHouseCoopers şirkəti
tərəfindən qiymətləndirilir.
Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı".
Qafqazinfo.az-ın məlumatına görə,
bu sözləri ATYB-nin Avropa Mahnı
Müsabiqəsi üzrə
kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycancaya deyib.
"Bizim bildiyimizə
görə, hər şey dəqiq olub", o əlavə edib. O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə "siqnalın" Digamo şirkəti tərəfindən
gələcəyini bildirib.
Fəridin qələbəsinə ən çox sevinənlərdən olan
müəllimi əməkdar
artist Aybəniz Haşımova
tələbəsinin uğurlu
çıxış etməsi
münasibətilə qurban
kəsəcəyini demişdi.
Müğənni bu barədə
“Facebook” sosial şəbəkəsində məlumat
yazıb. Hazırda xaricdə
olan müğənni
bildirib ki, mayın 27-də Fəridin
qurbanları kəsiləcək.
Aygün Asimqızı
Üç
nöqtə.-2013.-22 may.-S.13.