Dünya bazarında elektron ticarətin rolu artır

 

Ölkələrin iqtisadi rəqabət qabiliyyəti onların İKT-dən səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır

 

 Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsi dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələr İKT yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin elmi potensialının, iqtisadi potensialının, dövlət idarəçiliyinin inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dan səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Son 15 ildə bu sahənin inkişaf etdirilməsi üçün respublikamızda ardıcıl addımlar atılmış, bu istiqamət dövlət siyasətinin bir hissəsinə çevrilmişdir. Prezidentimizin təşəbbüsü nəticəsində İKT sahəsində uğurlu addımlar atılmışdır.. Dövlət orqanları təşkilatlarının fəaliyyətinin yeni şəraitə daha asan uyqunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil, s. kimi layihələrin həyata keçirilməsi daxil olmaqla informasiya cəmiyyətinə keçidin formalaşdırılması inkişafını təmin etməkdədir. Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-cü ilin sentyabrındaƏsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə informasiya texnologiyalarının sürətlə tətbiqində böyük canlanma yaratmışdır. Neft sektoruna iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesində yaxından iştirak etməyə başlamış, bu məqsədlə Azərbaycana ən yeni zəngin resurslara malik texnologiyalar gətirilmişdir. Bu mərhələdən etibarən ulu öndər Heydər Əliyevin rabitə informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial intellektual potensialının möhkəmləndirilməsi, informasiya biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər daxildir. Həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o cümlədən internet dinamik inkişaf etməyə başlamış, rəqəmsal sistemin tətbiqi böyük vüsət almış, yeni texnologiyaların geniş yayılması üçün böyük investisiya sərf olunmuşdur. Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığıAzərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2013-ci illər) Milli Strategiya” 10 illik müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində vəzifələr müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik təkmil idarəetməni təmin edəcəkelektron hökumət”in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” isə rabitə informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir. Azərbaycan Prezidenti İlham ƏliyevinXüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına şərait yaradır. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə innovasiya mərkəzlərinin yaradılmasına, alim mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaradır. ABŞ-ın “CİSCO”, “İntel”, Microsoft, İsveçin Ericsson, Almaniyanın Siemens, Çinin Huawei şirkəti Azərbaycanda yaradılacaq innovasiyaların formalaşmasında fəal surətdə iştirak etmək istədiklərini bəyan etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ili İKT ili elan etdi.Bu təşəbbüsün nəticəsində gənclərin bu sektora marağı dahada artmaqdadır. Digər mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Belə ki bir neçə ay öncə orbitə Azərbaycanın ilk peyki buraxıldı. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında iqtisadi regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayır. Dünya iqtisadiyyatında islahatların aparılması zamanı texnologiyalar, qloballaşma bazarın dövlətsizləşdirilməsi kimi bir çox amillər mühüm rol oynayırlar. Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları şirkətləri birləşdirən şəbəkələr vasitəsilə təşkil edilir. Qısa haşiyəyə çıxaraq qeyd edək ki, insanları bir kompaniya daxilində bir-biri baş kompyuterlə əlaqələndirən şəbəkəyə intranet; kompaniyanı onun malgöndərənləri distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən şəbəkəyə isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən kompaniya malgöndərənlər müştərilərlə qarşılıqlı əlaqədə olur. Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata biləcəkləri məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-etik məsələlərində qarşılıqlı etimadın təmin edilməsi sahəsində özünü göstərir. Şirkətlər müştərilərlə qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının yaradılmasına imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli yüngülləşdirə bilər. Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları razı salmaq üçün kompaniyaların əksəriyyəti həm ənənəvi, həm onlayn bazarda mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər yeni şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər. İstənilən müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet ənənəvi biznesdə analoqu olmayan elə forma sxemlər yaratmışdır ki, artıq ənənəvi biznes metodologiyası əsasında "yetişmiş" biznes-analitiklər, şirkət rəhbərləri marketoloqlar narahatlıq keçirməyə başlamışdır. İndi bir çox şirkətlər internet bizneslə məşğul olmağa, elektron- kommersiya ya biznesin elektron idarə olunması metodlarını mənimsəməyə çalışırlar. Lakin onların heç hamısı özlərinə hansı e-biznes formasının uyğun olduğunu müəyyənləşdirə bilmirlər.

 

Üç nöqtə.-2013.-23 may.-S.9.