Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə ikinci oldu

 

 Türkdilli ölkələrin estrada musiqisinin 3-cü beynəlxalq müsabiqəsi başa çatıb. “Üç nöqtə”nin məlumatına görə, müsabiqədə azərbaycanlı vokalçı Aqşin AbdullayevSevgili canan” kompozisiyası ilə 2-ci yeri tutub. 1-ci yeri Yakutiyadan (Rusiya Federasiyası) olan Yuliyana Krivoşalkina, 3-cü yeri isə türkiyəli ifaçı Ferit Özkan tutub. Qeyd edək ki, Azərbaycanı yarışmada gənc müğənni Ceyla Məmmədova da təmsil edib. Beynəlxalq müsabiqənin münsiflər heyətinə populyar azərbaycanlı müğənni Roza Zərgərli, qazax ifaçı Kıdırali Bolmanov, Moldovadan olan solist Pyotr Petkoviç, türkiyəli müğənni Nurdan Torun, Krımdan İsmət Zaatov, Qırğızıstanın əməkdar artisti İrıskeldi Osmonkulov və TRT Avaz-ın baş koordinatoru daxil olub. Qeyd edək ki, bu festival TÜRKSOY-unSilifke şəhər bələdiyyəsinin dəstəyi ilə “Silifkedə mədəniyyət həftəsi” çərçivəsində keçirilib. Yarışmada Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstan (Rusiya), Hakasiya (Rusiya), Tatarıstan (Rusiya), Tıva (Rusiya), Krım (Ukrayna) və başqa yerlərin təmsilçiləri iştirak ediblər.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-24 may.-S.13.