“Geniş baxış”
ssenari müsabiqəsi başa
çatdı
Müşfiq Hətəmov: “Layihə
çərçivəsindən əlavə olaraq daha iki qısametrajlı
film nəzərdə tutulur”
Azərbaycan Prodüsserlər Gildiyasının
ssenaristlər arasında
elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsi başa çatıb. Bu münasibətlə
Nizami Kino Mərkəzində
keçirilən tədbirdə
çıxış edən
“Azərbaycanfilm” Kinostudiyasının
direktoru və Prodüsserlər Gildiyasının
sədri Müşfiq
Hətəmov nəticələrdən
razı qaldığını
bildirib: “Biz ssenari seçimi mexanizmini dəyişməyə çalışdıq.
Ssenari seçimi mexanizmi ilk dəfə olaraq prodüsserlər gildiyası
öz üzərinə
götürdü. Belə ki,
hər bir prodüsser maliyyələşməni
öz üzərinə
götürəcək. Bu dəfə ssenarinin
seçilmə prosesini
biz dəyişdik. Yenə də
dövlət tərəfindən
sifariş olunan filmlərlə yanaşı
yaradıcı insanların
cəlb edilməsi daha çox oynayır. Praktika göstərir ki,
bizim çəkdiyimiz
filmlər yaradıcı
insanların verdiyi qiymətləri kinonun nəticələri ilə
özünü doğrultmur.
Ona görə də prodüsser mərkəzləri
ssenarini özləri seçməyi təklif etdik. Müsabiqənin keçirilməsi müasir dövrümüzdə
kino sahəsində mühüm yer tutan “prodüsser kinosu” anlayışını
ölkəmizdə tətbiq
etmək və gənc prodüsserlərin
bu peşəyə dərindən yiyələnməsi
üçün şərait
yaratmaqdır”.
Qeyd edək ki, müsabiqədə
iştirak edənlərin
işləri Prodüsserlər
Gildiyasına üzv olan prodüsser mərkəzlərinin rəhbərləri
və mütəxəssisləri
tərəfindən araşdırılaraq
qiymət verilib və yekun rəyə
görə “Adari
Films” prodakşn şirkətindən
İradə Bağırzadə
“Motivlər…” layihəsi
ilə qalib olub.
““Motivlər…” layihəsi
6 (Teymur İsmayılov,
Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov,
Vüqar İslamzadə,
Elmar İmanov) rejissorun çəkəcəyi
6 qısametrajlı filmdən
ibarət kinoalmanaxdır. Layihə çərçivəsində
əlavə olaraq daha iki qısametrajlı
film nəzərdə tutulur.
Filmləri çəkmək
üçün rejissor
heyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlılardan
seçilib.
Müşfiq Hətəmov dedi
ki, şərtlərə
görə, müsabiqənin
qaliblərinə Prodüsserlər
Gildiyası tərəfindən
bütün imkanlar tanınaraq film çəkmək
şansı verilib: “Layihə çərçivəsindən
əlavə olaraq daha iki qısametrajlı
film nəzərdə tutulur.
Filmləri çəkmək
üçün rejissor
heyəti isə xaricdə yaşayan və kino təhsili
alan azərbaycanlılardan
seçilib. Bizim çəkdiyimiz filmlərin texniki bazası özəl şirkətlər tərəfindən
təmin olunur. Bu da atdığımız
ilk addımlardan biridir.
Bu layihə İradə
Bağırzadənin “Motivlər”
mövzusu əsasında
hazırlanıb. O bizim
gənc qadın prodüsserlərimizdəndir. Burada 6 gənc
rejissorun qısametrajlı
filmləri keçirildi
ki, onların bəziləri Amerikada, Avropada kino məktəblərində
təhsil alıb.
Məqsədimiz isə xaricdə
yaşayan yüksək
potensiala malik olan gənclərimizi Azərbaycan kinosuna gətirmək və onları da təkmilləşdirməkdən ibarətdir. Biz bilirik ki, rejissor
potensialımız hansı
səviyyədədir. İnanıram ki, bu
6-lıqdan çıxan rejissorlarımız
tam metrajlı filmlər
çəkəcəklər”.
Müşviq Hətəmovun sözlərinə
görə, Türklərlə
“Mahmud və Məryəm”
filminin çəkilməsi
bizə çox uğur gətirdi: “Bu filmin çəkilişləri
zamanı biz öz kadr potensialımızı
bildik. Müasir çəkiliş sistemi ilə uyğunlaşa biləcəyimizi
müəyyənləşdirdik. “Mahmud və Məryəm”
Avropada və Türkiyədə yayıldı
və xarici şirkətlər bizə
ciddi partnyor kimi baxdı. Biz istəsək xarici
heyətlə film çəkə
bilərik, ancaq əgər o Azərbaycan filmi deyilsə, bunu istəmirik. Xarici ssenaristlərlə müştərək
filmlər çəkmək
niyyətindəyik. Planlarımız çoxdur”.
Müşviq Hətəmov çıxışında
Kann kino festivalının onların
gələcək işləri
üçün uğurlu
addım ola
biləcəyini də
dedi.
Aygün Asimqızı
Üç nöqtə.- 2013.- 30
may.- S.13.