Bakıda Avropa Film Festivalı keçirilir

 

Toralf Pilz: “Bu festival ancaq Azərbaycanda keçirilir Avropa filmlərini tanıtmaq məqsədi daşıyır

 

Bakıda artıq xeyli vaxtdır gözlənilən IV Avropa Film Festivalına start verildi. “Üç nöqtə”nin məlumatına görə, noyabrın 6-na kimi davam edəcək festival Avropa İttifaqı Nümayəndəliyinin (Aİ) Park Cinema şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalın açılışı ilə əlaqədar keçirilən əlaqədar keçirilən mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətdə olan rəhbəri Toralf Pilz çıxış etdi. Bildirdi ki, Azərbaycanda belə bir festivalın keçirilməsi Azərbaycanla Avropa İttifaqına üzv dövlətlər arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir: “120 ildir ki, Avropa ölkələrində kino mədəniyyəti inkişaf etməkdədir. bu gün Avropada kinematoqrafiya çox geniş yayılıb. Builki festivalın proqramına 17 Avropa bir Azərbaycan filmini daxil etmişik. Estoniya, Finlandiya Xorvatiya festivalda ilk dəfə iştirak edəcək. Bu festival ancaq Azərbaycanda keçirilir Avropa filmlərini tanıtmaq məqsədi daşıyır. Festivalda iştirak edən dövlətlər üçün bu, böyük şansdır. Onlar bununla Azərbaycanın geniş kütlələrinə öz mədəniyyətləri, cəmiyyətləri, tarix adət-ənənələri haqqında məlumat verirlər. Nümayiş olunacaq filmlər əsasən sevgi, ölüm mövzularındadır. Amma ümumilikdə festivalda hər növ filmlərə rast gələ bilərsiniz. Bu da Avropada filmlərin çox çeşidli olmasından xəbər verir”.

T.Pilz Azərbaycan kinosunun maraqlı tarixinin olduğunu bildirdi: “Avropa tamaşaçıları Azərbaycan filmlərini bəyənərsə bu, artıq filmin standarta yaxın olduğundan xəbər verir. Azərbaycan istehsalı olan bəzi filmlər haqda eşitmişik. Onlar Avropada nümayiş olunan keyfiyyətli filmlərdir. Biz bilirik ki, Azərbaycan kinosunun sovet dövründən maraqlı tarixi olub”.

Festival “Antibə bir tərəfə biletİsveç filminin nümayişi ilə açıldı. Nümayişdən öncə təəssüratlarını bölüşən filmin rejissoru bildirdi ki, Bakıda olmaqdan məmnundur: “Şəhərinizi bəyəndim. Amma deməliyəm ki, Bakı mənim üçün bir qədər böyük şəhərdir. Mən daha çox kiçik şəhərləri sevirəm. Məsələn, Antib kimi- dənizi, istiqanlı insanları, gözəl mədəniyyəti olan balaca şəhər. 24 saatdır ki, Azərbaycandayam. Burada çox gözəl abu-hava var. Təəssüf ki, sizin kinematoqrafiya ilə çox da yaxşı tanış deyiləm. Bilirəm ki, yaxşı rejissorlarınız var. Əlbəttə ki, Azərbaycana gəlib, burada daha çox vaxt keçirib, yaxından tanımaq istərdim”.

Park Cinema-nın direktoru Namiq Quliyevin sözlərinə görə, builki festivalda filmlər üç kinoteatrda nümayiş olunacaq: “Bu da festivalda nümayiş olunan filmləri izləyən tamaşaçıların sayına da təsir göstərəcək. Birinci festivalda iki mindən yuxarı, üçüncü festivalda dörd minə yaxın tamaşaçı toplamışdıq. Builki festival filmləri həm Park Bulvar, Metro Parkdakı “Park Cinema”da, həm Nizami Kino Mərkəzində nümayiş olunacaq. Ona görə bu il 5-6 minə yaxın tamaşa gözləyirik”.

Qeyd edək ki, festival filmləri hər bir ölkənin orijinal dilində , ingilis subtirtlərlə təqdim olunacaq. Hər film 2 sessiya ilə nümayiş etdirilir.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 1 noyabr.- S. 13.