İKT hər bir sahəyə öz müsbət təsirini göstərir

 

Azərbaycanda qabaqcıl texnologiyalarının tətbiqi üçün əlverişli şərait mövcuddur

 

İKT sahəsi hazırda dünya iqtisadiyyatında ən çox inkişaf edən və gəlir gətirən sahələrindən biridir. O, davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi bu sektordan əldə olunan vəsaitlərin hesabına formalaşır.

Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda informasiyakommunikasiya texnologiyalarından istifadə sahəsində də müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Son illər Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsinə, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq olunmasına maraq göstərir. Artıq Azərbaycan özünün elektron hökumət hazırlığını inkişaf etdiribyeni texnologiyaları tətbiq etməklə çox mühüm təcrübə qazanıb.

Ölkəmizdə qeyri-neft sektorunda İKT sənayesi tikintidən sonra vergi gəlirləri gətirən ikinci ən geniş sahədir. Məşhur Arimaan Global Consulting şirkətinin apardığı tədqiqatlara görə, hal-hazırda dünya üzrə biznesin 28 faizi birbaşa, 36 faizi isə dolayı olaraq İKT-nin mobil rabitə vasitəsi ilə idarə edilir. Bütün yuxarıda sadalananlar Azərbaycanın İKT bazarının inkişaf etməkdə olan ölkələrin çoxu ilə müqayisədə daha yaxşı inkişaf etdiyini deməyə əsas verir. İqtisadçı millət vəkili Əli Məsimlinin qənaətinə görə, İKT sahəsində qısa müddətdə yüksək nəticə əldə edilməsi Azərbaycanda qabaqcıl texnologiyalarının tətbiqi üçün əlverişli şəraitin olmasından qaynaqlanır: «2008-ci ildə başlanan böhran şəraitində respublikamızda informasiya texnologiyaları sahəsinin artımının ümumi Daxili Məhuldakı payı digər sənaye, kənd təsərrüfatı və digər sahələrin payından yüksək oldu. Bu neftdən sonra ölkə üçün ikinci bir yüksək gəlir gətirən sahə olduğunu göstərdi. Demək, ölkəmizdə neft azaldığı vaxt da Azərbaycan üçün ciddi gəlir gətirən İKT sahəsi bu boşluğu doldurmaq imkanında olacaq. Rəsmi statistikaya görə, son 7 il ərzində rabitə və informasiya texnologiyaları sahəsində gəlirlərin artımının 30-35 faizini İKT sahəsi təşkil edir. Əgər gəlirlərin artımını 25 faiz səviyyəsində saxlaya bilsək, artıq 2022-ci ildə İKT-nin gəlirləri neft sahəsinin gəlirləri ilə bərabərləşəcək». İqtisadçı millət vəkili Vahid Əhmədov də hesab edir ki, İKT çox gəlirli sahədir: «Bu sahəyə qoyulan sərmayə öz gəlirini qısa zamanda göstərir. İKT nəinki öz inkişafına təkan verir, hətta iqtisadiyyatın digər sahələrin inkişafına stimul verir. İKT sayəsində ən uzaq məsafədəki işləri həll etmək olar ki, nəticədə insanlar yol pulu xərcləmədən, vaxt itirmədən, istənilən yerdə əlaqə qura bilir. Bütün bunların sayəsində İKT həyatımızın bir hisəsinə çevrilib. Demək, İKT iqtisadiyyatdan başqa sosial, mədəni sahələrə də öz müsbət təsirini göstərir. Elə təkcə onu demək kifayətdir ki, indiki şəratidə son informasiya texnologiyaları kimi mobil rabitə və internet olmasa, insanların hansı çətinliklərlə üzləşməsini düşünmək çətin deyil. Mobil rabitə və internet operativliyi artırır, işlərin vaxtında həyata keçirilməsinə təsir göstərir». Bütün bunlara rəğmən, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesini daha da sürətləndirmək üçün bir sıra obyektiv çətinliklər mövcuddur. Məsələn, ölkədə informasiyakommunikasiya texnologiyalarından istifadə ilə bağlı aparılan işlərin istiqamətlərini və onların prioritetlərini təyin edən, görülən işlərin əlaqələndirilməsini təmin edən məqsədyönlü dövlət siyasəti hələlik tam müəyyən edilməyib. Eyni zamanda informasiyakommunikasiya texnologiyalarından istifadə ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquqi-normativ baza da tam işlənilməyib. Bir tərəfdən İKT sahəsində yüksək səviyyəli mütəxəssislər çatışmır, digər tərəfdən az sayda olan savadlı kadrlar ölkəni tərk edirlər. Azərbaycan dilinin bu sahədə geniş istifadə olunmasında da ciddi problemlər yaranıb. Xüsusən, İKT sahəsində Azərbaycan dilində ədəbiyyatın azlığını əsas problem kimi qeyd edilməlidir. Buna görə, informasiyakommunikasiya texnologiyalarının imkanları və üstünlükləri barədə geniş əhali kütlələrinin az məlumatlandırılır. Onu da ehtiraf etmək lazımdır ki, təhsilin bütün səviyyələrində informasiyakommunikasiya texnologiyaları ilə əlaqədar olan fənlərin tədrisinin keyfiyyəti və səviyyəsi müasir dövrün tələblərinə cavab vermir. Əsas çatışmazlıqlardan birisözsüz ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə şəhər və rayonlar arasında kəskin fərqin mövcudluğudur. Ayrı-ayrı bölgələrdə vahid mərkəzdən idarə olunan kompüter informasiya mərkəzləri olan barmaqla sayıla bilən qədər ortaali məktəbə rast gəlmək olar. Bəzi regionlarda olan ali məktəblərdə müxtəlif şöbələr hələ də sovetdövründənqalma «çap maşını»n xidmətlərindən yararlanır. Kompüter, internet, müasir ofis proqramlarının nə olduğunu bilməyən ali məktəb müəllimləri informatika dərslərini tarixin arxivinə göndərilmiş «Norton» proqramının aşılanması üzərində qurur. Bu faktlar isə təəssüf doğurmaya bilməz.

«Multimedia» İnformasiya Sistemləri Mərkəzinin sədri Osman Gündüzün qənaətinə görə, hazırda situasiya dəyişib: «Dünyada konkret olaraq kompüter, mobil rabitə, internet istifadəçilərin sayının artması timsalında İKT-nin inkişafı qənaətbəxş sayıla bilməz. Hazırda dünyada internetya mobil rabitə istifadəçilərin say artımı inkişaf göstəriçisi sayılmır. Əsasən genişzolaqlı internet istifadəçilərin sayı, genişzolaqlı mobil internet istifadəçilərin sayı, inkişaf göstəricisi kimi qəbul olunub. Azərbaycanda təəssüf ki, genişzolaqlı mobil internet istifadəçilərin sayı azdır. Çox az adama rast gəlinər ki, mobil telefonla genişzolaqlı internet əldə edib, video danışıq etsin. Bunu təkcə mobil operatorlara şamil etmək olmaz. Əslində Azərbaycanda genişzolaqlı internet istifadəçilərin sayı da (5-10 faiz) çox azdır».

Mütəxəsislərin fikrincə, İKT sahəsində yeni yeni xidmətlər işə salınmalıdır. Tək mobil rabitə ilə danışmaqla və ya internet vasitəsi ilə informasiya mübadiləsi aparmaqla bitmir. Yüzlərlə xidməti işə salmaqla, cəmiyyətdə İKT-nin rolunu daha da artırmaq olar. Mobil operatorlarya internet provayderləri digər şirkətlərlə, dövlət qurumları ilə əlaqəyə girərək çoxlu sayda xidmətlərin son texnologiyalarla verilməsini təşkil edə bilərlər. İnkişaf etmiş ölkələrə baxanda görmək olur ki, çoxlu xidmət var ki ,onu müasir texnologiyalarla daha asan etmək olur.

Azərbaycanın informasiyakommunikasiya texnologiyalarının tətbiqinə istək və marağı, həmçinin bu istəyin reallığa çevrilmə imkanları yetərincədir. Ən əsası hökumət informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirməyə qərarlıdır, beynəlxalq təşkilatlar da bu sahədə ölkəyə texniki və maliyyə dəstəyi göstərməyə hazırdırlar.

Sonda qeyd etmək lazımdır ki, müasir dövrdə informasiyakommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu amilin təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadisosial sahələri, elm, təhsil, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edib, desək heç də yanılmarıq. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş bu yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

 

 

Üç nöqtə.-2013.- 1 noyabr.- S. 9.