İKT sferasının
inkişafı Azərbaycanı fərqləndirir
Əli Abbasov: “Cənubi Qafqazda
informasiya cəmiyyətinə keçid strategiyası qəbul
etmiş birinci və yeganə dövlətik”
Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunda böyük inkişaf müşahidə olunmaqdadır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, ölkəmizdə son 10 il ərzində dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatımızın inkişafına öz töhfəsini verməsini təmin edib: “Azərbaycanda İKT sektorunun 10 illik inkişaf yolundan danışarkən ilk öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Sektorun davamlı inkişafının bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkə başçısının Sərəncam və Fərmanları müəyyən etmişdir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiq edilməsi, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları İKT sektorunun inkişafına əvəzsiz töhfə olub”.
Onun fikrincə, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamları isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasını bərqərar edib: “”Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırlması üzrə Fəaliyyət Proqramı”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları bu gün ölkəmizdə əhalinin istifadəsinə verilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması ilə müşayiət olunur. “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haq¬qında”, “Poçt haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulmaq barədə, “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları ölkədə sektor üzrə təkmil qanunvericilik bazasının mövcudluğunun bariz nümunəsidir”.
Nazir hesab edir ki, ötən 10 il ərzində
qeydə alınan inkişaf tempini statistik rəqəmlər
daha əyani xarakterizə edir: “Qeyd olunan müddətdə
sektorda orta illik artım tempi 20-25 faiz təşkil etmiş,
sektor hər 3 ildə 2 dəfə genişlənmış və
sektorun həcmi təqribən 6 dəfədən çox
artaraq təxminən 2.0 milyard dolları ötüb. Bundan
başqa, sahə üzrə gəlirlərdə özəl
sektorun payı 67,4 faiz-dən 80,0 faizə yüksəlib. Qeyd edim ki, son 10 il ərzində
sektora təqribən 2,5 milyard dollar investisiya
yatırılıb”.
Hökumət
rəsmisi deyir ki, ötən müddət ərzində həyata
keçirilən səmərəli işlərin məntiqi nəticələrindən
biri də, 2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda
bütün ölkə ərazisinin tam
telefonlaşdırılması təmin edilib. Eyni zamanda,
2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə
telefon şəbəkəsi tam
elektronlaşdırılıb. Bununla yanaşı, telefon
şəbəkəsinin təqribən 40 faizi NGN
texnologiyası əsasında yenidən qurulub, 01.08.2011-ci il
tarixdən MDB regionunda ilk dəfə ölkə ərazisində
vahid nömrələmə sisteminin və yeni zona
kodlarının tətbiqinə
başlanılmışdır. Həyata keçirilən
infrastruktur işləri təbii olaraq istifadəçilərin
sayına da təsir göstərmişdir. Belə ki, son 10 ildə
hər 100 nəfərə düşən sabit şəbəkə
abunəçilərinin sayı 11,5 ədəddən 18,6 ədədə
yüksəlib.
İKT
sektorunun son 10 ilini 2005-ci ildə 3-cü mobil operator “Azerfon”
MMC-nin fəaliyyətə başlaması, 2009-cu ildən
etibarən mobil şəbəkədə 3G
texnologiyasının tətbiqi, 2012-ci ildən ölkədə
4G xidmətinin istifadəyə verilməsi kimi hadisələr
təşkil edir.
Onun dediklərindən
məlum olur ki, son 10 il mobil abunəçilərin
sayının 7,0 dəfə artaraq 10,1 milyonu ötməsi kimi
faktlarla da xarakterizə edilir. Bundan başqa, 2008-ci ildə
yerli “Silverkey” şirkəti tərəfindən Azərbaycanda
ilk onlayn ödəmə sistemi -”GoldenPay” yaradılaraq istifadəyə
verilmiş və bu, ölkədə elektron ticarətin təşkili
istiqamətində mühüm addım olub.
Artıq,
ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn
qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri
təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin,
müxtəlif fəaliyyət növlərinə
lisenziyaların, icazələrin verilməsi, pensiya və
ünvanlı sosial yardımların təyinatı, telefon
çəkilişi və internetə qoşulmaq
üçün müraciətlərin və tələb
olunan sənədlərin qəbulu elektron formada həyata
keçirilir və bu say sürətlə artır.
Ölkədə
elektron imzanın istifadəsi üzrə Açıq
Açar İnfrastrukturu qurulmuş və Milli Sertifikat Xidmətləri
Mərkəzi yaradılaraq 2011-ci ilin sentyabrından işə
salınmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya) verilməsi, nömrə
resurslarının ayrılması, radiorabitə vasitələrinin
qeydiyyatı, elektron imzanın verilməsi, internetə
qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi
və digər xidmətlərin elektron formada həyata
keçirilməsi təmin edilmişdir.
Dövlət
informasiya ehtiyatlarının və fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestrləri
yaradılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr 708 nömrəli Fərmanı
ilə Kibertəhlükəsizlik sahəsində informasiya
infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası,
əhalinin və qurumların kibertəhlükəsizlik sahəsində
maarifləndirilməsi məqsədi ilə RİTN-in
yanında Elektron Təhlükəsizlik Mərkəzi
yaradılmışdır.
2012-ci ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və “ASAN xidmət” mərkəzləri
yaradılmışdır. “ASAN xidmət” mərkəzləri
şəffaflığın artırılmasına, korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların
əlavə xərclərinin və vaxt itkisinin
azaldılmasına və elektron xidmətlərdən daha
geniş istifadə olunmasına xidmət edir.
2012-ci ildə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu
yaradılmışdır. Fondun yaradılmasının əsas
məqsədi ölkədə İKT sahəsində
sahibkarlığın inkişafı və maliyyə dəstəyi
ilə təmin edilməsi, yerli və xarici investisiyaların cəlb
edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata
inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda
innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə
layihələri dəstəkləməkdən ibarətdir.
Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli
Fərmanı ilə “Yüksək Texnologiyalar Parkı”nın
(YTP) yaradılması qərara alınmışdır.
“YTP”nın fəaliyyətinin təşkili və idarə
olunması məqsədi ilə RİTN-in tabeliyində
“Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC
yaradılmışdır.
Ötən
illər ərzində diqqət mərkəzində olan əsas
amillərdən biri də, internetin keyfiyyətinin və sürətinin
yüksəldilməsi olmuşdur. Bu kontekstdə hər 100 nəfərə
düşən internet istifadəçiləri 14 dəfə
artmış, beynəlxalq internet kanallarının ümumi
tutumu isə dəfələrlə çoxaldılaraq 200
Gb/s-ə çatdırılmışdır. Sevindirici
haldır ki, həyata keçirilən tədbirlər fonunda
Azərbaycan artıq trafikin ötürülməsi üzrə
tranzit funksiyasını yerinə yetirir.
Qeyd edim ki, bu gün ölkə əhalisinin 70
faiz-i internet istifadəçisi, 50 faiz-i isə
genişzolaqlı xidmət istifadəçisidir.
Üç nöqtə.-2013.- 5
noyabr.- S. 9.