İKT sahəsində qeyri-ənənvi layihələr reallaşır

 

Bu sektorun özünün inkişafını ənənəvi və qeyri-ənənəvi xidmətlər müəyyən edir

 

“Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrası haqqında çox şey yazmaq və danışmaq olar. Çünki bu gün hökumətin hədəflərindən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi 2012-ci ildə ölkə Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanmışdır.

Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optikaprinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.

Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Qeyd edim ki, bu layihəyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə AzDataCom şəbəkəsinin yaradılması layihəsini həyata keçirən “Milli E-İdarəcilik Təşəbbüsü” uğurla icra edilmişdir.AzDataCom” layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.

2004-cü ildən icrasına başlanılmış layihədə “AzDataCom” şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub.

nazirlik tərəfindən rabitə və İKT sahəsində qlobal layihələrlə yanaşı başqa layihələr həyata keçirilir. Reallaşdırılan lokal layihələr həm sayı həm də keyfiyyəti yetərincədir. Ümumilikdə sektorun inkişafına hesablanan lokal layihələr də var. Bu qəbildən olan layihələrdən biri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələrinə cavab verən, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verən, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilən və avtomatik idarə olunan Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi üzrə işlər aparılır. Hazırda “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin tərkib hissəsi olan radiomonitorinq məntəqələrinin yerinin seçilməsi, müvafiq yerlərin alınması, mövcud məntəqələrin müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin tikintisis. üzrə tədbirlər davam etdirilir.

Artıq bir neçə ildir ki, uğurla icra olunanXalq kompüteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətləri olanMicrosoft” və “HP”-nin iştirakı ilə həyata keçirilirbu layihə ölkədə kompüterlərin kütləvi yayımının təmin edilməsinə xidmət edir. Layihənin hədəf qrupları kimi ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri seçilmişlər. Layihə çərçivəsində artıq 20 200 ədəddən çox lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüter əldə edilmişdir. Layihə iştirakçılarının mövcud bazar qiymətlərindən 25-40 faiz aşağı, bir illik faizsiz kreditlə kompüterlər əldə etməsinə imkan yaradılmışdır. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Son illər azərbaycanlı mütəxəssislərin ən uğurlu işlərindən biriDilmanc” layihəsidir. Layihə çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. İndiyədək Azərbaycan-Rus və Rus-Azərbaycan istiqaməti üzrə tərcümə sistemi və eləcə də, Azərbaycan dili üçün verilmiş mətni səslə oxuyan mətnin səsləndirilməsi sistemi yaradılmış və istifadəyə verilmişdir. Hazırda Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə sistemi istifadəyə verilmişdir və keyfiyyətin artırılması üzərində işlər gedir. Bundan başqa, Azərbaycan dili üçün nitqin tanınması sistemi yaradılmış və keyfiyyətin artırılması, telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin keyfiyyəti yüksəldilir. Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə uğurla təqdim olunmuşdur.

Azərbaycanda nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində həyata keçirilən işlər son illər daha intensiv xarakter alıb. Bu istiqamətdə işlərin mərkəzləşdirilmiş qaydada aparılması üçün Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə RİTN-in nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.

Ötən illər ərzində bütövlükdə Azərbaycan poçt rabitəsinin inkişafında müəyyən uğurlar qazanılıb. Əvvəldə də qeyd edilən kimi İKT sektorunun inkişafını ənənəvi və qeyri ənənəvi xidmətlər müəyyən edir. Dünyada olduğu kimi ölkəmizdə də ənənəvi kommunikasiya növlərindən biripoçtdur. Sürətli texnoloji inkişaf nəticəsində bu gün poçt operatorları adət etmədiyimiz xidmətlər göstərməyə qadirdir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ölkəmizdə “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaradılıb. Artıq kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilmiş, habelə poçt şöbələri vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif edilir. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanmışdır və Dünya Bankı, RİTN və İsveçrənin SECO təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilib.

 

 

Üç nöqtə.-2013.- 7 noyabr.- S. 9.