İKT sahəsində kadr problemi tam aradan qaldırılacaq

 

İnformasiya Texnologiyaları Universiteti bu məqsədlə yaradılıb

 

Dünyada olduğu kimi ölkəmizdə ənənəvi kommunikasiya növlərindən biri poçtdur. Sürətli texnoloji inkişaf nəticəsində bu gün poçt operatorları adət etmədiyimiz xidmətlər göstərməyə qadirdir. Maliyyə xidmətlərinin inkişafılayihəsi çərçivəsində ölkəmizdəAzərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaradılıb. Artıq kənd yerlərində kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilmiş, habelə poçt şöbələri vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif edilir. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanmışdır Dünya Bankı, RİTN İsveçrənin SECO təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilib. Azərbaycanla Beynəlxalq İnkişaf Assosiasiyası arasındaİnkişaf krediti haqqındaSaziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) 24 may 2005-ci il tarixində imzalanıb. Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, 16 aprel 2010-cu il tarixində AMB tərəfindən Azərpoçt MMC- maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verilib. Sazişə uyğun olaraq layihənin icrası 30 iyun 2010-cu il tarixində sona çatıb artıq Azərpoçt MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulmuş poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanıb. Son 10 ildə poçt sektoru 4 dəfə böyümüş 2012-ci ildə sektor üzrə gəlirlərin həcmi 28.9 milyon manat olub.

2003-2012-ci illər ərzində ölkə ərazisində fəaliyyət göstərən 1095 ədəd PŞ-i, PA-i Poçtamtların binaları əsaslı təmir edilmiş ya yeni tikilmiş binalarla təchiz edilib ki, bu da istifadə olunan bina sahələrin ümumi sayının təqribən 75 faizi deməkdir. UPX göstərilməsi üzrə şəbəkəsinin genişləndirilməsi məqsədilə 246 yeni PŞ-i ya PA-i açılaraq istifadəyə verilmiş, əhali sayı 250 nəfərdən yuxarı olan bütün yaşayış məntəqələrində poçt qutularının quraşdırılması təmin edilib.

Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemiyaradılmış poçt şöbələrinin bu sistemə qoşulması yerlərinin 70 faiz-nin kompüterləşməsini təmin edib. Poçt filialı poçt şöbələri sürətli beynəlxalq elektron pul köçürmələri sistemlərinə (ÜPİ-nin IFS/STEFI, “Western Union”, “Contact”, “Migom”, “Coinstar sair) qoşulmuşdur. Bank infrastrukturunun beynəlxalq maliyyə ödəniş sistemlərinə inteqrasiyası prosesini tamamlamaq üçünAzərpoçt” MMC-nin Mərkəzi Bankın AZİPS XÖHKS daxili sistemlərinə, eləcə SWIFT beynəlxalq sisteminə qoşulması tam başa çatdırılıb.

Azərbaycan Poçt Administrasiyasının həyata keçirdiyi ardıcıl effektiv tədbirlərin nəticəsi olaraq ölkəmiz ÜPİ-nin keyfiyyətin idarə edilməsi üzrə A (Qızıl) səviyyəli sertifikata ÜPİ-nin EMS xidməti üzrə ardıcıl 7 dəfə qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb.

Beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prioritetlər sırasındadır. Bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Poçt İttifaqının (ÜPİ) bərabərhüquqlu üzvüdür. 1991-ci ildə MDB ölkələri çərçivəsində yaradılmış Regional Rabitə Birliyinin (RRB) təmsilçilərindən biri seçilmişdir. Bundan əlavə, Azərbaycan beynəlxalq peyk kosmik rabitə təşkilatları, Avropa Komissiyasının Poçt Rabitə Administrasiyası, Telekommunikasiya üzrə Avropa Standartlar İnstitutu, Avropa Birliyi, NATO-nun Elmi Komissiyası Avrasiya Poçt Birliyi ilə uğurlu əməkdaşlıq edir. Son 10 il ərzində dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə 85-ə yaxın əməkdaşlıq memorandumu, müqavilə müxtəlif sazişlər imzalanıb.

Artıq 18 ildir ki, “BakuTelsərgi-konfransı davamlı olaraq Azərbaycanda keçirilir ölkədə İKT-nin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bakutelsərgi-konfransı həcm nüfuz dairəsinə görə Qafqaz Xəzəryanı regionda ən yüksək səviyyəli tədbirdir, qlobal miqyasda respublikamızın geosiyasi iqtisadi maraqlarının təmin olunması üçün platforma kimi formalaşmışdır.

Son 10 il ərzində İKT sektoru üzrə keçirilən ən qlobal tədbirlərdən biri Azərbaycan Respublikası Hökuməti Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Sazişə əsasən, 6-9 noyabr 2012-ci il tarixlərində Bakıda BMT RİTN-in birgə təşkilatçılığı ilə keçirilən “VII İnternet İdarəçilik Forumu-2012″ olmuşdur. Tədbirdə 128-dək ölkəni təmsil edən 1600-dan çox xarici 1200 Azərbaycanı təmsil edən nümayəndə, eləcə 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə Forumun işində onlayn iştirak edib.

Bütün sektoruların inkişafı savadlı kadr potensialının mövcudluğu ilə ölçülür. Bunun üçün İKT sektorunda da intellektual kadrların hazırlanmasına xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq Nazirliyin təklifi əsasında 17 tələbə xarici universitetlərdə təhsil alırlar. Bundan başqa, Azərbaycan universitetlərində hər il İKT ixtisası üzrə 2000 mütəxəssis hazırlanır.

Xarici ölkələrin universitetlərində İKT üzrə milli kadrların hazırlanması məqsədilə 2007-ci ildə RİTN- ölkənin aparıcı İT şirkətlərinin iştirakı iləİnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları Fonduyaradılmışdır. Fondun “İKT üzrə kadr hazırlığı proqramıçərçivəsində 200-dən artıq tələbə hazırlanmış, 42 nəfər hazırda təhsilini davam etdirməkdədir.

İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın 5 tanınmış informasiya texnologiyaları universiteti ilə anlaşma memorandumları imzalanıb.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Universitetdə 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılması nəzərdə tutulur. Artıq 60 plan yeri dolub. Minimum 610 bal toplayan abituriyentlər bu təhsil ocağının tələbəsi olmaq hüququ əldə edib.

Ölkədə məhdud fiziki imkanlı insanların cəmiyyətdə rolunun artırılması, İKT-dən istifadə imkanlığının yaradılması da bu 10 il ərzində diqqətdən kənarda qalmayıb. Belə ki, Heydər Əliyev Fondu RİTN tərəfindən Naxçıvan, Gəncə Yevlax şəhərində məhdud imkanlı şəxslər üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.

Gözdən əlil görmə qabiliyyəti zəif olan insanlara İKT-dən bərabərhüquqlu istifadəni təmin etmək məqsədilə AzərbaycanınNeyroTexşirkəti dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompüterlər hazırlayıb.

Ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyiAzərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” İKT sahəsində yeni bir mərhələnin əsasını qoydu. Sözügedən strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi.

Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fəaliyyətinin ilk günlərindən etibarən İKT nailiyyətlərinin ölkəmizdə geniş tətbiqi bu sahənin daha sürətli tərəqqisinə xüsusi qayğı ilə yanaşır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir bizim gələcəyimizi təmin edəcəkdir. Azərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının Sərəncamı ilə 2013-cü ilin ölkəmizdəİnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

 

 

Üç nöqtə.-2013.- 8 noyabr.- S. 9.