Vikipedia Təhsil Azərbaycan” layihəsi həyata keçiriləcək

 

Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resursları yaradılacaq

 

“İKT potensialının gücləndirilməsi” üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində yaradılmış yeni qurumların fəaliyyətlərinin təşkili ilə bağlı işlər də davam etdirilir. İlin əlamətdar hadisələrindən biri də İT kadrlarına olan ehtiyacın aradan qaldırılması zərurətindən yaradılan yeni ali təhsil müəssisəsidir. İnformasiya Texnologiyaları Universiteti (İTU) adlanan bu təhsil müəssisəsi üzrə 2013/2014-cü tədris ili üçün qəbul planı 4 ixtisas üzrə 60 tələbə olmaqla təsdiqlənib, hazırda İTU-ya qəbul prosesi davam edir. Yeri gəlmişkən, İT Universitetini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan üstünlüklərə də malik olacaqlar. İTU-nu seçənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı da qazanacaq, məzunlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni zamanda universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək veriləcək. Universitetdə tədris ediləcək ixtisaslaraİnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” daxildir.

“İKT ilinin ilk yarımilində “E-hökumət”in inkişaf etdirilməsi də diqqət mərkəzində olub. Bu istiqamət üzrə görülən işlər çərçivəsində “E-hökumət” portalının yeni versiyası istifadəyə verilib, e-imzanın tətbiqi genişləndirilib (dövlət qulluqçularına, hüquqifiziki şəxslərə verilən e-imzaların sayı 12000-ə çatdırılıb), “ASAN imza”nın (mobil imza) istifadəsinə başlanılıb. Dövlət orqanlarının “E-hökumət” portalına qoşulması prosesi davam etdirilir, portal vasitəsilə təqdim olunan e-xidmətlərin sayı 238-ə çatdırılıb və son 6 ayda portala müraciət edənlərin sayı 260000-i keçib. “Elektron hökumət” portalının “Facebook”, “Tvittersosial şəbəkələrdə səhifələri açılıb və bu səhifələrə maraq, istifadəçilərin sayı günbəgün artmaqdadır.

İnformasiya texnologiyalarından istifadə sahəsində dövlət qulluqçularının hazırlıq səviyyələrinin artırılması üzrə tədbirlərin görülməsi üçün RİTN tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılmış “Elektron hökumət” tədris sinfində onlara qısamüddətli ixtisasartırma kursları keçirilib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin genişləndirilməsi məqsədi ilə cari ilin 18 aprel tarixində RİTN və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında Azərbaycanda “Elektron Hökumət” üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması” imzalanıb. Bu razılaşmaya əsasən, hazırda respublikanın paytaxtı və 15 bölgəsində yaradılacaq təlim mərkəzilərinin fəaliyyətinin təşkili üzrə işlər görülməkdədir.

Seçki dairələrinin optik kanallar vasitəsilə Mərkəzi Seçki Komissiyasına qoşulması və veb-kameraların quraşdırılması davam etdirilir

“Tədbirlər Planı”nda yer alan əsas istiqamətlərdən biri də ölkədə keçiriləcək seçki prosesi ilə bağlıdır. Bu sahədə İKT-nin tətbiqinin genişləndirilməsi işləri çərçivəsində seçki dairələrinin optik kanallar vasitəsilə Mərkəzi Seçki Komissiyasına qoşulması və veb-kameraların quraşdırılması davam etdirilir.

Qarşıdakı məqsədlərdən biriregionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlərin görülməsidir. Bu məqsədlə pilot layihənin həyata keçirilməsi çərçivəsində “Milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanıb. Pilot layihənin Göyçay rayonunda həyata keçirilməsi təklif olunub.

İnternetin keyfiyyətinin artırılması çərçivəsində İSP və istifadəçilər arasında münasibətləri tənzimləyən yeni müqavilə forması hazırlanıb. Həmçinin “Telekommunikasiya xidmətləri üzrə abunəçi və ya ərizəçi tərəfindən operatorun, provayderin sərbəst seçimitelekommunikasiya operatorlarının, provayderlərinin vasitə və qurğularının qarşılıqlı yerləşdirilməsi (quraşdırılması və ya tikintisi) və istifadəsi Qaydaları”nın layihəsi müzakirə mərhələsindədir.

Bundan başqa, respublikanın telefon şəbəkəsində vahid 7 rəqəmli yığım qaydasına keçid başa çatdırılıb və 01.01.2013-cü il tarixindən köhnə yığım qaydası dayandırılıb. 01.05.2013-cü il tarixindən etibarən mobil cihazların qeydiyyat sisteminin tətbiqinə başlanılıb. Telekommunikasiya vasitələri və qurğularına 907 ədəd “Uyğunluq sertifikatı”, mülki dövriyyəsinə xüsusi tələb olunan müxtəlif tipli avadanlıqların istismarı üçün 172 ədəd xüsusi icazə verilib.

Rouminq tariflərinin endirilməsi ilə bağlı işlər davam etdirilibbir sıra istiqamətlər üzrə tariflər orta hesabla 35-40 faiz endirilib.

Bundan başqa, Azərbaycana dair kontentin və “Vikipediakimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə BƏŞ tərəfindən QHT ilə birlikdə “Vikipedia Təhsil Azərbaycan” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin İKT-nin Azərbaycanda inkişafı üzrə təşviqat materialları, məlumatlarla təminatının təşkili, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin ölkədə İKT-nin inkişafı barədə məlumatlandırılması istiqamətində müvafiq işlər aparılır.

Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Tex¬no¬lo¬gi¬yaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Aka¬de¬miyası əsas icraçılar olmaqla, qeyri-hökumət təşkilatlarını cəlb edərək “Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi” də nəzərdə tutulur. Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi istiqamətində sentyabr-noyabr aylarında QHT ilə birlikdə “İnformasiya cəmiyyəti jurnalisti” layihəsi çərçivəsində onlayn medianın inkişafı üzrə təlimlərin keçirilməsi planlaşdırılır.

Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi də “İKT ilinin əsas tədbirlərindəndir. Bu istiqamətdə Balakəndə icra və bələdiyyə nümayəndələrinin kompüter biliklərinin artırılması, Quba-Xaçmaz zonasında isə “E-hökumət”lə bağlı təlimlər keçirilir.

“İKT ili”ndə həyata keçirilən genişmiqyaslı layihələrdən biri də “Mən azərbaycanlıyam” onlayn bilik yarışmasıdır. “Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi” üzrə müvafiq bəndə uyğun icra edilən layihənin coğrafi əhatə dairəsi gündən-günə artır. Hal-hazırda onlayn bilik yarışmasına qatılanların sayı 44 mini keçib. Bu istiqamət üzrə təşkil olunan digər layihə “Mənim Azərbaycanım” internet fotomüsabiqəsidir. İyunun 1-dən başlayan müsabiqə hazırda 3 nominasiya üzrə – Təbiət, Tarix və “Ən orijinal foto” üzrə davam edir.

Eyni zamanda ötən müddətdə İKT üzrə müsabiqə, viktorina, olimpiadaların, həmçinin onlayn keçirilməsi istiqamətində ali məktəb tələbələri arasında informatika üzrə olimpiada da təşkil edilib. İKT üzrə beynəlxalq və ümumrespublika konfranslarının, forumların, seminarların, “dəyirmi masa”ların, sərgilərin keçirilməsi istiqamətində “E-hökumət: gömrükdə innovasiyalar”, “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda beynəlxalq konfranslar da keçirilib. Hazırda isə “E-hökumət” üzrə yazı müsabiqəsi keçirilir, həmçinin ilin sonunda “Ən yaxşı elmi məqalə”, “Ən yaxşı kitab” və s. üzrə müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.

Cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi ilə əlaqədar “Azərbaycanda informasiya cəmiyyəti 2013″ məcmuəsi də çap olunub, “Rabitə dünyası”, “www.mincom.gov.az”, “www.iktili.az” və “www.ictnews.az” saytlarında mütəmadi olaraq məlumatlar yerləşdirilir və müxtəlif sorğular keçirilir. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan “Elektron hökumət bülletenielektronçap formasında yayılır.

             

 

Üç nöqtə.-2013.- 14 noyabr.- S. 9.