“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir

 

Rəşad Əhmədzadə: “Festivalın məqsədi Azərbaycan kukla sənətini dünyaya tanıtdırmaqdır

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə Bakıda “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir. Dövlət Kukla Teatrının ev sahibliyi etdiyi festival çərçivəsində tamaşaçılar eyni zamanda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində də bir-birindən maraqlı yerlixarici ölkələrin tamaşalarını izləmək imkanı qazanıblar. Festival haqdaÜç nöqtə”yə danışan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bildirdi ki, festival ilk dəfə 2 il bundan öncə keçirilib: “İlk dəfə keçirilməsinə baxmayaraq, bir çox ölkələrdən dəvət olunmuş teatrlar bu festivalda iştirak etmişdi. Həmin il həm də Azərbaycanda UNİMA-nın nümayəndəliyi də yaradıldı. Birinci festivaldan sonra artıq qərara gəlindi ki, hər 2 ildən bir bu festival ənənəvi olaraq keçirilsin. Bu il isə Bakı ikinci dəfə bu festivala ev sahibliyi edir. Builki festivala UNİMA-nın nümayəndəliyi yerləşdiyi ölkələrdən həmin assosasiyanın sədrləri dəvət olunublar. Festivala Bolqarıstan, İtaliya, Hindistan, Macarıstan, Xorvatiya, Rusiya, Yaponiya s. ölkələrin teatrları qatılıb. Festivalın məqsədi Azərbaycan Kukla sənətini dünyaya tanıtdırmaqdır. Keçən festivalda iştirak edənlərlə yanaşı, bu il başqa bir neçə ölkədən festivala qatılıblar”.

Teatr direktoru deyir ki, tamaşalarımızı izləyənə qədər Azərbaycan teatr aləmi qonaqlar üçün müəyyən mənada sirli idi: “Bizim tamaşalar onlar tərəfindən maraqla qarşılandı. Onlar bəlkə Azərbaycanda teatr sənətini bu qədər inkişaf etdiyini düşünmürdülər. Azərbaycan teatrı onlar üçün bir az sirli idi. Onlar tamaşaçılarımızın teatra marağını gördükdə təəccübləndilər. Tamaşaçı marağı o qədər yüksək səviyyədədir ki, bilet çatdıra bilmirik. Demək olar ki, zalda boş yer qalmır. Bizim öz teatrımıza hazırlanan tamaşaçlara maraq xarici tamaşaçlardan heç az deyil”.

Rəşad Əhmədzadə onu da bildirdi ki, festival çərçivəsində həm Bakıda UNİMA-nın icra komitəsinin toplantısı da keçirilib: “Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri, o cümlədən UNİMA-nın baş katibi Jak Trüdeu iştirak edirdi. Bu iclaslarda biz kukla teatrlarının ümumi problemlərindən danışdıq, həlli yollarını müzakirə etdik. Bu sahənin inkişafı üçün müxtəlif fikirlərin bir yerə cəmləşməsi önəmlidir”.

Qeyd edək ki, festival noyabrın 16-dək davam edəcək.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 13 noyabr.- S. 13.