Pulun alıcıdan satıcıya
ödənişi bank vasitəsi ilə həyata
keçirilir
Plastik kartlardan
dünyanın 200-dən çox ölkəsində
istifadə olunur
Azərbaycanı müasir dövlətə çevirmək məqsədini qarşıya qoyan maliyyə, bank, vergi sisteminin davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanıb. “AtaBank” ASC Bank kartları və Elektron xidmətlər Departamentinin direktoru Teymur Axundovun şərhinə görə, bu sərəncam Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini nəzərdə tuturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” və “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları” ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların mərhələlərlə quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir.
Hökumətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər bütövlükdə vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının asanlaşdırılmasına, maarifləndirmə tədbirlərinin genişləndirilməsinə xidmət edir.
Qeyri-nağd ödəniş sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından da vacibdir. Nağdsız hesablaşmalar zamanı real pul nominalları faktiki olaraq görünmür, alqı-satqı əməliyyatları elektron formada reallaşır. Bu halda pulun alıcıdan satıcıya ödənişi bank vasitəsi ilə həyata keçirilir.
Nağdsız hesablaşmaların ödəniş kartları, bank köçürmələri, çeklər və s. kimi müxtəlif növləri mövcuddur. Ən populyar qeyri-nağd ödəniş aləti olan plastik kartlardan dünyanın 200-dən çox ölkəsində istifadə olunur. Ödəniş kartlarının digər üstünlükləri ilə yanaşı vətəndaşlar üçün üstünlüyü ondadır ki, vətəndaş külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad olur, ticarət zamanı əlavə vaxt itkisinə yol verilmir. Eləcə də günün istənilən vaxtı bankomatlar vasitəsilə şəxsi hesabından nağd pul çıxara bilir, özünü bütün zamanlarda rahat, güvənli hesab edir.
Azərbaycanın bank sektorunda liderlərdən biri olan “AtaBank” ASC respublikanın ödəniş kartları bazarında ödəniş kartlarının sayına, ekvayrinq şəbəkəsinin genişliyinə və elektron xidmət sahəsində göstərdiyi xidmət
müxtəlifliyinə görə xüsusi çəkiyə sahibdir.
Bank “İnternet-banking”,
“Mobile-banking”, “Card to card”, “PIN change”, “SMS-banking”, “3D Secure”,
“Cash by code” kimi modern xidmətləri
də həyata keçirir. Emissiya və ekvayrinq
fəaliyyətinin nəzarəti
və dələduzlu
əməliyyatlarının aparılmasına qarşı
tədbirlərin həyata
keçirilməsi üçün
“AtaBank” ASC-də
“Online Risk Monitoring” sistemi tətbiq
edilmiş və xüsusi monitoring qrupu yaradılmışdır.
1 sentyabr 2013-cü il
tarixinə bank tərəfindən
emissiya edilib dövriyyəyə buraxılan
plastik kartların sayı 26500 keçmişdir.
«AtaBank» ASC «Visa» beynəlxalq
ödəniş sisteminin
üzvü olaraq «Visa
Electron», «Visa Classic», «Visa Gold», «Visa Business» və
«Visa Platinum» kartlarını emissiya edir. 2013-ci
ildən bank, həmçinin,
«Maestro», «MasterCard Standard», «MasterCard Gold» və
«MasterCard Platinum» kartlarını dövriyyəyə buraxmışdır.
«AtaBank»ın kartları ilə mal almaq, bankomatlar və ya internet üzərindən kommunal
haqlarını ödəmək,
mehmanxanalarda bronlaşdırma
aparmaq, avtomobilləri
kirayəyə götürmək
və digər xidmətlərdən yararlanmaq
mümkündür. Bu
kartlarla bütün dünya ölkələrində
nağdsız əməliyyatları
aparmaq mümkündür.
Cari ildə Bankın bankomatlarının sayı
artaraq 80 ədəd təşkil etmişdir.
Ölkənin ən etibarlı
maliyyə strukturlarından
biri olan “AtaBank”ın uğurlu fəaliyyəti nəticəsində
ticarət, ictimai-iaşə
və xidmət obyektlərində quraşdırılmış
retail tipli POS-terminalların
sayı 1 sentyabr
2013-ci il tarixinə quraşdırılmış
POS-terminalların sayı
(“e-commerce” mağazaları daxil olmaqla) 8621 ədədə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, quraşdırılmış
POS-terminalların sayına
görə “AtaBank”
ASC ölkədə banklar
arasında 1-ci yerdədir.
Təsərrüfat subyektlərində
POS-terminallarla ödəniş
qəbul edən əməkdaşların plastik
kartlar və elektron ödənişlər
sferasında bilik səviyyəsinin artırılması
məqsədi ilə mütəmadi olaraq keçirilən treyninq və seminarların, maarifləndirmə tədbirlərinin
nəticəsidir ki, hal-hazırda POS-teminal vasitəsilə aparılan
əməliyyatların gündəlik
sayı orta hesabla 600-800 ədəd təşkil edir.
Elektron ödəniş sistemlərinin
təkmilləşdirilməsi, nağdsız ödəmələrin
stimullaşdırılması məqsədilə “AtaBank”
ASC 15 dekabr 2011-ci il tarixindən etibarən başladığı
“Nağdsız ödə,
nağd qazan” stimullaşdırıcı lotereya
kampaniyasını uğurla
davam etdirir. Kampaniya başladığı vaxtdan
bu günədək bankın POS terminalları
vasitəsi ilə aparılan əməliyyatların
həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə üç
dəfədən çox
artmışdır. Kampaniya dövründə
“AtaBank”ASC-nin plastik
kart istifadəçilərinin sayında da artım olmuşdur. Ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış
AtaBank POS-terminalları
vasitəsilə nağdsız
əməliyyatlar aparan
Azərbaycanda buraxılmış
istənilən plastik
kart sahibi bu lotereyada iştirak edə bilər. 25 manat məbləğində
əməliyyatlar aparan
kart istifadəçiləri 1 ədəd kupon əldə edirlər.
Uduşlar 1000 manata qədərdir.
2013-cü
ilin fevral, mart və aprel aylarında
“Neptun” supermarketlər
şəbəkəsində “Visa İnternational” beynəlxalq
ödəniş sistemi
ilə birgə Milli Kampaniyası keçirilmişdir. Milli Kampaniya
çərçivəsində 3 ay ərzində yalnız “Neptun” supermarketlər şəbəkəsində bank-emitentdən asılı olmayaraq Visa kartı ilə aşıl-veriş
edənlər məbləğdən
asılı olaraq müxtəlif hədiyyələr
əldə etmişdirlər.
2013-cü ildə “AtaBank”
ASC “MasterCard Europe Sprl” beynəlxalq
ödəniş sisteminin
tamhüquqlu üzvü
seçilmişdir. Bununla əlaqədar
olaraq, cari və növbəti illərdə Bank “MasterCard Europe Sprl” ödəniş sistemi ilə müxtəlif kampaniyaların
keçirilməsi planlaşdırılır.
Bir sözlə
“AtaBank” ölkədə
sahibkarlığa, o cümlədən,
bank sektoruna göstərilən
yüksək diqqətin
müqabilində üzərinə
düşən məsuliyyəti
düzgün müəyyənləşdirərək
ölkə iqtisadiyyatının
inkişafı prosesinə
öz töhfəsini
verməyə çalışır. Ölkəmizin iqtisadi inkişafı, bir sıra innovativ
islahatların aparılması
və əhalinin rifah halının yüksəlməsi nağdsız
ödəniş vasitələrinin
tədbiqini zəruri edir. Bu sahədə
həm dövlət orqanlarına, həm maliyyə-bank sektoruna, həm də ayrı-ayrı hüquqi və fiziki şəxslərə böyük
məsuliyyət düşür.Bunları
nəzərə alaraq
müəssisələr müasir
ödəniş vasitələrinindən
istifadəni genişləndirməli,
nağdsız dövriyyəyə
üstünlük verməlidirlər.
Qeyri-nağd ödənişlərin yayılması və nağdsız ödənişlərin
reqlamentinin artırılması
prosesində dövlət
qurumları, biznes strukturları ilə bərabər KİV-nin də fəallığı
təmin olunmalıdır.
Nağdsız ödəniş sistemlərinin
beynəlxalq standartlar
səviyyəsinə çatdırılması,
bu sahədə normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, ticarət və xidmət obyektlərində
plastik kartlar vasitəsilə ödəniş
səviyyəsinin artırılması
istiqamətində çoxsaylı
tədbirlər həyata
keçirmiş Azərbaycan
Respublikasının Mərkəzi
Bankı, Azərbaycan
Respublikasının Vergilər
Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti
bir daha təsdiqləyir ki, Azərbaycan dinamik inkişaf yolunda yeni-yeni nailiyyətlərə
imza atmaqda davam edir və
qarşıya qoyduğu
strateji vəzifələrin
öhdəsindən uğurla
gəlir.
Üç nöqtə.-2013.- 13 noyabr.-
S. 9.