Rabitə tarifləri maya dəyərinə uyğunlaşdırılacaq

 

         Təkliflər paketi hazırlanıb tarif şurasına təqdim olunub

 

İnformasiya-kommunikasiya texnologiyaları ilikimi élan olunan 2013-cü ilin artıq 9 ayı geridə qalıb. Bu müddətdə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin, müvafiq layihələrin icrasına başlanılıb. “Azərbaycan Respublikasında 2013-cü ilinİnformasiya-kommunikasiya Texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda mühüm vəzifələr müəyyənləşdirilib.

Bu vəzifələrə rəqəmli yayımın ölkənin əhali yaşayan ərazisində təşkilinə nail olmaq, Yerin məsafədən zondlaması üçün aşağıorbitli peykin hazırlanması və orbitə çıxarılması, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin I mərhələsinin qurulması daxildir. Eyni zamandaElektron hökumət” infrastrukturunun təkmilləşdirilməsi, dövlət qurumlarının bu infrastruktura inteqrasiyasının artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnolojielmtutumlu məhsulların hazırlanması üzrə “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili, respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı xidmətlərin tətbiqi üzrə layihənin icrasına başlanılması üçün hazırlıq işlərinin görülməsi, telekommunikasiyapoçt infrastrukturunun modernləşdirilməsi, nanotexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq olunması bu qəbildən olan tədbirlərdir.

İKT ili” üzrə həyata keçirilən işlərə gəlincə, ölkə başçısının 2013-cü il 28 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Rabitə və informasiya texnologiyaları nazirinin 2013-cü il 22 aprel tarixli 65 saylı əmri ilə RİTN-ə aid bəndlər üzrə əlavə “Tədbirlər Planı” təsdiq olunub və tədbirlərin icrası RİTN-in şöbə, birlik və müəssisələrinə tapşırılıb.

Tədbirlər Planı 4 bölmədən ibarətdir. Belə ki, “Təşkilati tədbirlər” bölməsinə 4 bənd daxildir. Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi” bölməsi 5 , “İKT potensialının gücləndirilməsi” 17, “İnformasiya cəmiyyəti və insan potensialının inkişafı” bölməsi isə 26 bənddən ibarətdir. Ümumilikdə Tədbirlər planı 52 bənddən ibarətdir. Tədbirlər planının 23 bəndinin əsas icraçısı digər dövlət qurumlarıdır.

“Tədbirlər Planı”nın icrasına gəldikdə, “Təşkilatı tədbirlər” bölməsi üzrə nəzərdə tutulan işlər çərçivəsində “www.iktili.az” saytı yaradılıb, təşviqat xarakterli məlumatlar hazırlanıb və Bakı şəhərinin bir çox reklam tablolarında, həmçinin təşviqat xarakterli məlumatlar regionlarda rabitə müəssisələrində yerləşdirilib. Eyni zamanda təşkilati tədbirlər çərçivəsində “İnformasiya təhlükəsizliyi problemləri üzrə I Respublika elmi-praktiki konfransı” keçirilib. Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi” bölməsinin bəndlərinin icrası məqsədi ilə RİTN üzrə təsdiq olunmuş “Tədbirlər Planı”na əsasən, “İnformasiya cəmiyyətinin inkişafı üzrə 2013-2020-ci illər üçün Milli Strategiya”nın layihəsi və eyni zamanda iki qanun layihəsi hazırlanıb. Həmçinin “az.” domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə edilməsi də nəzərdə tutulub. Bununla əlaqədar domen adlarının qeydiyyatının onlayn sistemi hazırlanıb və sentyabr ayından etibarən istifadəyə verilməsi nəzərdə tutulub.

I yarımil ərzində İKT sahəsində qəbul olunmuş normativ hüquqi aktlara gəlincə, bunlara “Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında” respublika prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamını, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” prezidentin 2013-cü il 5 fevral tarixli fərmanını, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin 2013-cü il 5 mart tarixli fərmanını, “Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” prezidentin 2013-cü il 2 aprel tarixli fərmanını, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulmaq barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 603-IVQ nömrəli qanununu aid etmək olar.

Azərbaycanın ilk telekommunikasiya peykinin cari ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə çıxarılması da 2013-cü ilin ən mühüm hadisələrindəndir. Azərbaycan ərazisində rəqəmli TV yayımına keçidin təmin olunması işləri çərçivəsində artıq Milli TV və radio proqramları paketi “Azərspace” peyki vasitəsilə yayımlanır.

Tədbirlər Planının icrası çərçivəsində rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması ilə bağlı işlər də aparılır. Belə ki, telefon rabitəsi üzrə tariflərə yenidən baxılması üçün tarif paketi hazırlanıb. Tarif paketi 20.06.2011-ci il tarixli RİTN-MİŞ-6/1804 saylı məktubla Tarif Şurasına (TŞ) təqdim olunub. Hazırda tarif Şurasında rabitə tariflərinə baxılması üzrə RİTN-lə birgə İşçi Qrupu yaradılb. Həmçinin UPX tariflərinin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması məqsədilə tarif dəyişikliyi üzrə təkliflər paketi hazırlanıb və TŞ-yə təqdim olunub. Hazırda təkliflər şurada baxılmaqdadır. Eyni zamanda rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım tarifləri üzrə təkliflər də hazırlanaraq baxılması üçün Tarif (qiymət) Şurasına təqdim olunub.

Bundan başqa, internetin qiymətinin aşağı salınması məqsədi ilə internetin qiymətlərinin formalaşmasında iştirak edən xərclərin analiz edilməsi üçün həmin xərclərin və internetin tariflərinin (fiber-optik kabel üzərindən evlərə internetin təşkili tarifləri də daxil olmaqla) aşağı salınması üzrə “Aztelekom” İB, BTRİB və özəl provayderlərin təklifləri alınıb. Təkliflər aidiyyəti qurumların və internet seqmentində fəaliyyət göstərən internet servis provayderlərinin (İSP) iştirakı ilə nazirlikdə müzakirə olunub. Hazırda İSP-lərin hazırlanmış təkliflərə rəylərinin öyrənilməsi və yekun təklifin hazırlanması üzrə işlər aparılır.

Tədbirlər Planında “Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması” bəndi də yer alıb. Müvafiq bənd üzrə beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsulları üzrə 2 və İT terminologiya üzrə 2 olmaqla, ümumilikdə 11 milli standart hazırlanıb və onların dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır.

 

 

Üç nöqtə.-2013.- 15 noyabr.- S. 9.