Azərbaycan genişzolaqlı internetin istifadəsinə görə liderdir

 

Qəsəbə kəndlərdə ən azı 10 mbit/s sürətli genişzolaqlı internet olacaq

 

Elektron xidmətlərdən istifadədə bərabərlik prinsipini əsas götürən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) portala müraciət edənlər arasında sağlamlıq imkanları məhdud, fiziki qüsurlu insanların çoxluğunu da nəzərə alaraq, sosial yönümlü yeni aksiya keçirib. Aksiya hələlik Bakı şəhərini əhatə edib. Belə ki, əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi məqsədi ilə elektron xidmətlərdən istifadə edə bilmələri, portal üzərindən aidiyyəti hökumət orqanları ilə onlayn əlaqə yarada bilmələri üçün onlara zəruri şəraitin yaradılması və minimum biliklərin verilməsi cəmiyyətimizin xüsusi diqqət mərkəzində olmalı və bu şəxslər daim qayğı ilə əhatə edilməlidirlər.

Məlum olduğu kimi, “Elektron hökumət” portalından istifadə zamanı təqdim edilən daxilolma vasitələrinin (sadələşdirilmiş kod parol, elektron imzas.) əldə edilməsi üçün vətəndaşın sosial sığorta kartı, sürücülük vəsiqəsi və ya ümumvətəndaşlıq pasportunun olması şərtdirya vətəndaş müvafiq qeydiyyat məntəqələrinə gedərək fiziki surətdə identifikasiya olunmalıdır. Lakin əksər hallarda əlil vətəndaşlarımızın heç də hamısı bu sənədlərə malik deyillər və qeydiyyat məntəqələrinə getmək onlar üçün əlçatan deyil.

Beləliklə, “Elektron hökumət” portalının verdiyi imkanlardan bərabər hüquqla yararlanma imkanlarının yaradılması üçün MHM tərəfindən xüsusi qeydiyyat bölməsi yaradılır. Evində kompüteriya mobil planşeti, eyni zamanda internetə çıxışı olan, kompüterlə işləmə bacarıqlarına malikya yardımçısı olan əlil vətəndaşlarımız şəxsiyyət vəsiqəsində yer alan məlumatları səhih olaraq müraciət formasında doldurmalıdırlar.

Bundan sonraElektron hökumət” portalı vətəndaşın həqiqətən əlil olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından dəqiqləşdirəcək. Dəqiqləşmədən sonra vətəndaşlarımızla əlaqə saxlayanElektron hökumət” portalının əməkdaşları uyğun vaxt ərzində evlərə gedərək, vətəndaşları identifikasiya etməklə, onlara portala daxil olmaq üçün sadələşdirilmiş kod-parolya mobil İD təqdim edəcəklər.

Eyni zamanda həmin şəxslərə portaldan istifadə qaydaları barədə yerindəcə zəruri biliklər veriləcək.

Məlumat üçün qeyd edək ki, e-dövlətin formalaşması Azərbaycanda informasiya cəmiyyətinin yaradılmasının əsas istiqamətlərindən biridir. Artıq bir neçə ildir ki, bu yöndə məqsədyönlü fəaliyyət aparılır və müsbət nəticələr var. Məlum olduğu kimi, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərinin «bir pəncərə» prinsipi əsasında göstərilməsi məqsədilə «Elektron hökumət» portalı yaradılaraq əhalinin istifadəsinə verilib. «E-hökumət» layihəsi «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)» əsasən işlənib hazırlanıb və «Elektron Azərbaycan» Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə İKT-nin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Məlumat üçün bildirim ki, «Elektron hökumət» portalına qoşulan dövlət orqanlarının sayı 40-a çatdırılıb və portal vasitəsilə 215 elektron xidmətin göstərilməsi təmin edilib. Avropa Birliyi ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün əksəriyyəti Azərbaycanda da tətbiq edilməkdədir. Artıq ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergigömrük bəyannamələr təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilirbu say sürətlə artır. Eyni zamanda, ölkədə elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu qurulubMilli Sertifikat Xidmətləri Mərkəzi yaradılaraq 2011-ci ilin sentyabrından işə salınıb. Elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən dövlәt hakimiyyәti orqanlarına hüquqifiziki şəxslərə ümumilikdə təxminən 12 min elektron imza verilib.

Bundan başqa, elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi, nömrə resurslarının ayrılması, radiorabitə vasitələrinin qeydiyyatı, elektron imzanın verilməsi, internetə qoşulma, telefon çəkilişi, nömrənin dəyişdirilməsi və digər xidmətlərin elektron formada həyata keçirilməsi təmin edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılıb.

Eyni zamanda hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün «Azərbaycanda milli genişzolaqlı internetin inkişafı» layihə həyata keçirilir.

Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə «Hər evə optika» prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulmuşdu.

Layihə çərçivəsində 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində ən azı 10 Mbit/saniyə sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.

«Elektron hökumət» həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 mln. manat təşkil edir. 2014-cü ildən etibarən layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir. Layihə çərçivəsində 18 min km fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur.

Layihə əsasında ölkənin kabel infrastrukturunun kökündən yenidən qurulması gözlənilir. Qeyd edək ki, Azərbaycan son 3 ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə lider mövqedə qərarlaşır.

Ötən il ərzində ölkədə məlumatların ötürülməsi keyfiyyətinin artırılması istiqamətində işlər aparılıb və nəticədə beynəlxalq kanalların tutumu 2,2 dəfə artıb, qiymətlər isə 35% endirilib. Perspektivdə bu tendensiyanı davam etmək planlaşdırılır ki, bu da öz növbəsində internet istifadəçilərinin sayının artmasına və ümumilikdə sektorun inkişafına rəvac verəcək.

 

 

Üç nöqtə.-2013.- 19 noyabr.- S. 9.