Azərbaycanda internet məkanında tənqidi çıxış edənlər təhlükələrlə üzləşmir

 

Elnur Aslanov: “Hakimiyyətin onların fəaliyyətini məhdudlaşdırdığı barədə iddialar heç bir real faktlara əsaslanmır”

 

Azərbaycanda internet məkanında tənqidi baxışlarla çıxış edənlərin təhlükələrlə üzləşdikləri, hakimiyyətin onların fəaliyyətini məhdudlaşdırdığı barədə iddialar heç bir real faktlara əsaslanmır. Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun sözlərinə görə, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür. Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə İKT ili elan olunub. Artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı cənab prezident İlham Əliyevdir. Ölkədə “Elektron hökumət”in qurulması, ASAN xidmətin yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı Prezidentin facebook səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir. Dövlət ünsiyyətin yeni forması kimi sosial şəbəkələrdə məmur-vətəndaş arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi üçün dəstəyini davam etdirəcək. Azərbaycan hakimiyyəti qanun çərçivəsində internet məkanında tənqidi baxışlarla çıxış edənlərin fəaliyyətini siyasi mübarizənin normal şərti kimi qəbul edirbundan heç bir narahatlıq keçirmir.

Prezident Aparatı rəsmisi deyir ki, Azərbaycan torpaqları işğal olunub və ölkə Ermənistanla münaqişə vəziyyətindədir. İstisna deyil ki, maliyyə mənbələri şübhəli bəzi “insan haqları müdafiəçi”lərinin vaxtaşırı ortaya atılaraq Azərbaycan Respublikası əleyhinə mənfi rəy yaratmağa çalışması erməni diaspor təşkilatlarının sponsorluğu ilə baş tutur. “Hüquq müdafiəçisi” olaraq 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı səsini ucaltmayan bəzi şəxslərin Azərbaycana qarşı iftiraları da bu qəbildən hesab oluna bilər.

O bəyan edir ki, Azərbaycanda istifadəçilərin internetdə fikir, söz azadlığı bundan sonra da təmin olunacaqqorunacaq.

E.Aslanovun fikrincə, Azərbaycanın İKT sahəsində həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu davamlı olaraq artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır. Tanınmış beynəlxalq təşkilatlarla, şirkətlərlə birgə fəaliyyətimiz genişlənir. Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, UNESCO və digər nüfuzlu beynəlxalq təsisatlarla qurulmuş əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr ölkəmizin İKT üzrə beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiyainformasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılıb, milli şirkətlər region bazarında özlərini tanıda bilib. Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində aparılan siyasət sayəsində bu sektora yeni sabitmobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olub, inkişaf üçün sağlam rəqabət mühiti yaradılıb.

Ölkə telekommunikasiyainformasiya texnologiyaları sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan mötəbər tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. Azərbaycan prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi və digər mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən və Xəzəryanı və Qafqaz regionlarında ən iri İKT sərgilərindən biri olan «BakuTel» deyilənlərə əyani misaldır.

Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət ölkənin beynəlxalq və regional inteqrasiya layihələrində iştirakı üçün zəruri potensial formalaşdırıb.

, ölkəmizdə İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və ümumilikdə cəmiyyətin həyatında aparıcı sahəyə çevrilib. Bütün bunların nəticəsində Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycanda «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilib və artıq bu sahədə müxtəlif istiqamətləri əhatə edən xüsusi tədbirlər planının icrasının həyata keçirilməsinə başlanılıb. Bu tədbirlərin əsas məqsədi – müasir informasiya texnologiyalarının aktiv tətbiqi fikrinin ölkə çərçivəsində daha da geniş yayılması, milli İKT sektorunun potensialının gücləndirilməsi, e-dövlət layihələrinin genişləndirilməsi, gündəlik həyatda İKT vasitələrinin geniş tətbiqinin təmin edilməsi və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına töhfə verilməsidir. Ümid edirik ki, biz bu il də ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafında, xarici şirkətlər və investisiyaların Azərbaycan iqtisadiyyatına, xüsusən də İKT sahəsinə cəlb edilməsində müəyyən uğurlara nail olacağıq.

Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edibbu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Belə ki, «Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları – 2012» («The Global Information Technology Report 2012») hesabatında Azərbaycan «Şəbəkələşmə hazırlığı indeksi»nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir. Həmçinin, Dünya İqtisadi Forumunun «The Global Competitiveness Report 2012-2013» hesabatında «Qlobal rəqabətqabiliyyətlilik indeksi» üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və beləliklə, yenə də MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) İnformasiya Cəmiyyətinin ölçülməsi «Measuring the Information Society – 2012» adlı hesabatında «İKT inkişaf indeksi» (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 «Ən dinamik inkişaf edən ölkələr» qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin gələcək inkişafı ilə bağlı müsbət və optimist fikirlər səsləndirirlər. Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda İKT sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.

 

 

Üç nöqtə.-2013.- 21 noyabr.- S. 9.