Qlobal missiyalar yeni texnologiyalarla həyata keçirilir
Hazırda bu texnologiyaların
nüfuz dairəsindən
kənarda heç bir sahəni təsəvvürə belə
gətirmək mümkün
deyil
“Elm və texnologiyalar
əsri” adlandırılan
XXI əsrdə hər
bir dövlət yüksək texnologiyaların
qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox
gözəl anlayır. Məhz bu
mövqeyinə görə
bu gün ən qlobal missiyalar, ən güclü layihələr
texnologiyalara söykənilərək
həyata keçirilir.
Hazırda bu texnologiyaların
nüfuz dairəsindən
kənarda heç bir sahəni təsəvvürə belə
gətirmək mümkün
deyil. Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən
texnologiyalar dünyanın
ən aparıcı dövlətlərinin həyata
keçirdikləri siyasətlərdə
əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan
informasiya və kommunikasiya texnologiyaları
və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi
həyatına birbaşa
təsir göstərməkdədir.
Təsadüfi deyil ki, artıq dövlətlərin
iqtisadi üstünlüyü
də məhz texnologiyalara yiyələnmə,
onları mənimsəmə
gücünə əsaslanır.
Bir sözlə, iqtisadi qüdrəti müəyyən
edən meyarların, qazanılan makro və mikro iqtisadi
göstəricilərin önündə
bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya
texnologiyalarının tutduğu
yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların
insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq,
yenilik baxımından
müasir dünyamızın
əsas tələbinə
çevrildiyi belə
bir mühitdə ölkəmiz də qlobal çağırışlardan
kənarda qalmayıb.
Bu reallıqları əsas
tutaraq, respublika prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edib. Bununla
bağlı verilən
sərəncamla Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
2013-cü ilin Azərbaycan
Respublikasında “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsinə dair “Tədbirlər Planı”nı hazırlayıb, bir ay müddətində Azərbaycan
prezidentinə təqdim
etmək tapşırılıb.
Sərəncamın icrasından dərhal
sonra nazirlikdə bu istiqamətdə işlərə başlanılıb.
Belə ki, sərəncamdan irəli gələn vəzifələrin icrası
məqsədilə rabitə
və informasiya texnologiyaları nazirinin əmri ilə yaradılmış İşçi
Qrup artıq fəaliyyətdədir. Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti üzvlərinin
daxil olduğu İşçi Qrupun ilk iclası da keçirilib. Hazırlanacaq “Tədbirlər Planı”nda
əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi
zamanı dövlət
və qeyri-dövlət
qurumlarının, ictimai
təşkilatların və
vətəndaşların rəy
və təkliflərinin
nəzərə alınması
əsas prinsip götürülüb. Artıq bununla
bağlı təkliflərin
verilməsi üçün
bu sahədə çalışan müxtəlif
qurumlara nazirlik tərəfindən məktubla
müraciət olunub, vətəndaşlardan təkliflərin
toplanılması üçün
nazirlikdə “qaynar xətt” yaradılıb.
Təkliflər toplanılaraq
İşçi Qrup tərəfindən müzakirə
edildikdən sonra məqsədəuyğun hesab
edilən təkliflər
“Tədbirlər Planı”na daxil ediləcək və hazırlanmış yekun layihə müvafiq qaydada təqdim olunacaq.
Bu arada jurnalistlərə açıqlama verən Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının (TQDK) sədri
Məleykə Abbaszadə
deyib ki, “Elektron imza” haqqında qanun kütləvi şəkildə
tətbiq olunandan sonra abituriyentlərin ali məktəblərə
sənəd verməsi
prosesi daha da asanlaşacaq.. TQDK sədrinin sözlərinə
görə, hazırda
ali məktəblərə
qəbul imtahanlarında
iştirak üçün
sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra öz ərizələrini
müvafiq Sənəd
Qəbulu Komissiyalarında
(SQK) təsdiqlədirlər. “Elektron imza”nın
tətbiqindən sonra
isə abituriyentlərin
SQK-da öz ərizələrini təsdiqlətməsinə
ehtiyac qalmayacaq. Bu proses tamamilə elektronlaşacaq.
Bu arada İKT ili
tədbirlərindən olan
Bakıda intellektual idarəetmə sisteminin tətbiqi istiqamətində
işlər davam edir. Layihə nəinki sərnişin
daşıyan nəqliyyat
vasitələrinin işini
tənzimləyəcək, həmçinin, yollarda təhlükəsizliyin təmini
baxımından da müstəsna rol oynayacaq.
Sistem vasitəsi
ilə tıxac problemi aradan qaldırılmaqla yanaşı,
avtomobillərin parklama
işini də tənzimləmək mümkün
olacaq. Belə ki, artıq
maşınları harda
gəldi, necə gəldi saxlamaq mümkün olmayacaq.
Qaydaları pozan sürücülərin
dövlət nömrə
nişanları kameralar
vasitəsi ilə mərkəzə ötürüləcək.
Layihə çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq
ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və
avtobusların marşrutlarını
müşahidə etməyə
(peyk vasitəsilə)
imkan verəcək.
Həmçinin, dayanacaqlarda quraşdırılan
tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri
məkanın effektivliyinin,
onun zəruriliyinin və əhali tərəfindən istifadə
olunmasının monitorinqi
aparılacaq. İntellektual sistem 150-yə yaxın
elektron tipli yeni işıqforların quraşdırılmasını da nəzərdə tutur.
Nəqliyyatın intellektual idarəetmə sistemi Heydər Əliyev prospektində yerləşəcək. Artıq binanın
tikintisi sona çatmaq üzrədir.
Biliklər iqtisadiyyatının inkişafı
istiqamətində daha
bir addım Azərbaycanın dünya
iqtisadiyyatına çox
sürətlə inteqrasiya
etdiyi bir zamanda texnoparkların yaradılmasıdır. Azərbaycan
Respublikası Prezidentinin
05.11.2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə yaradılmış “Yüksək
Texnologiyalar Parkı”nın
əsas məqsədi
İKT sektoru üzrə
elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin,
“Yüksək Texnologiyalar
Parkı” innovasiyalı
iqtisadiyyatın inkişafına,
biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasına,
intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və
xüsusilə İKT sektorunun
rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli
məhsulların dünya
bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların
yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına
və insan resurslarının inkişafına
öz töhfəsini
verəcəkdir. Hal-hazırda
“YT Park”ın fəaliyyətinin
təmin olunması istiqamətində işlər
aparılır.
“İKT ili”ndə, həmçinin
qarşıdakı illərdə
insan kapitalının
yaradılması da diqqət mərkəzində
olub ki, konsepsiyada nəzərdə
tutulan istiqamətlərdən
biri də məhz İT sahəsində
kadrların hazırlanması
ilə bağlı tədbirlərdən ibarətdir. Artıq bildiyiniz
kimi, ölkə prezidentinin sərəncamı
ilə İnformasiya Texnologiyaları Universiteti
yaradılıb və
2013/2014-cü tədris ilindən
tələbə qəbulu
olub. Bu, İKT-nin gələcək inkişafı üçün
çox mühüm bir qərardır. Eyni zamanda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”
çərçivəsində də İKT ixtisasları
üzrə kadr hazırlığının genişləndirilməsi
nəzərdə tululur.
Hədəfimiz Azərbaycanın ümumdaxili
məhsulunu qarşıdan
gələn 8 il ərzində 100 milyard manata çatdırmaqdır. Hesablamalara
görə, məqsədə
nail olmaq üçün
bu illər ərzində ÜDM-in orta
illik artım tempi təxminən 6-6,5 faiz ətrafında olmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarını aparıcı, prioritet sahə, həmçinin də ümumi inkişafa təsir edən müsbət bir amil kimi
nəzərdən keçirərək,
qarşımıza böyük
məqsədlər qoymuşuq.
Nazirliyin
bu istiqamətdə apardığı araşdırmalar
göstərir ki, ümumi inkişafa öz töhfələrimizi
vermək üçün
qarşıdakı 8 ildə
İKT sektorunun həcmini
təxminən 4.5-5.0 dəfə
artırmalıyıq. Qeyd etdiyim kimi, artıq
hədəflər müəyyənləşib,
məqsədimiz aydındır.
Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən
inkişafın həcmi
kifayət qədər
böyükdür və
biz bu gözləntilərə
nail olmaq üçün
tam gücümüzlə çalışacağıq.
Üç nöqtə.-2013.- 22 noyabr.-
S. 9.