Azərbaycanda
internet azaddır
Əli Abbasov: «Hər hansı daxili və ya xarici informasiya
resurslarının istifadəsinə
məhdudiyyət qoyulmur»
Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Bunu nalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir. “Hazırda ölkə əhalisinin təxminən 70 faizi internet istifadəçisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə “Evlərə optika” layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib”, deyə Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır. “İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur”, deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın. “Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilmişdir. Ayrı-ayrı şəxslərin hər-hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir”,- deyə nazir bildirib.
Abbasov bildirib ki, Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir: “Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir”.
İnternetdə şərəf və ləyaqətin təhqir olunması ilə bağlı halların artmasına da nazir münasibət bildirib. Onun sözlərinə görə, bu Azərbaycanda hüquqi nizamasalma tələb edir və internet şəbəkəsinin yayıldığı bir çox ölkələrdə hüquqi nizamasalma məsələsi kəskin şəkildə qoyulur.
“Bu gün virtual mühit bir növ maliyyə və kommersiya strukturlarının öz fəaliyyətlərini həyata keçirdikləri meydançadır. İnternetdən təhsildə və Azərbaycan iqtisadiyyatının başqa sahələrində geniş istifadə olunur”, – Abbasov bildirib.
Lakin onun sözlərinə görə, neqativ halların böyük əksəriyyəti insanların bir-birlərini təhqir etdiyi social şəbəkələrdə baş verir: “Əgər dünya statistikasına nəzər salsaq görərik ki, bu gün nikahların pozulması hallarının 5-10 faizi internetdə neqativ təsirin hesabına baş verir”.
Bu gün cinayətlərin baş verməsində də internetdə baş verən təhqir və böhtanların rolu az deyil.
Azərbaycanda qanunvericilikdə internet informasiya vasitələrində yayılan böhtana görə cinayət məsuliyyətinə cəlb olunması fikir azadlığının məhdudlaşdırılması deyil. Bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. PA rəsmisinin sözlərinə görə, burada qətiyyən fikir azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz: “Söhbət, sadəcə olaraq internetin milli seqmentin normalarına uyğunaşdırılmasından gedir. Əgər kimsə tənqid deyil, təhqir edirsə, bu cəzasız qala bilməz, əks halda bu anarxiyaya gətirib çıxara bilər”.
Aslanov qeyd edib ki, burada söhbət qətiyyən nəzarətdən deyil, tənzimləmədən gedir ki, bu da bir çox dövlətlərdə mövcuddur: “Bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, internetdə, İKT-də xüsusi nəzarətdən danışmaq çox çətindir. İstənilən halda rasist, millətçi, gənc nəslin mənəvi tərbiyəsinə ziyan verən məlumatların yayılması bütün sivil və inkişaf etmiş ölkələrdə məhdudlaşdırılır. ABŞ-da 1966-cı ildən kommunikasiyalarda əxlaq normalar qanunu müzakirə edilir, Avropa İttifaqı ölkələrində də bu məsələlərlə bağlı müəyyən qanunlar mövcuddur”.
O qeyd edib ki, internet çox sürətlə inkişaf edən bir məkandır, informasiya və kommunikasiya texnologiyaları günbəgün dəyişən bir sahədir: “Bu baxımdan, heç bir dövlət onu müəyyən mənada tənzimlənməmiş buraxmaq istəmir”.
Qeyd edək ki, Azərbaycanda internet portallarında şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdirilib. Milli Məclisin keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, internet portallarında da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdirilib. Dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq.
Bu qanun pozuntusuna görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
“Məcəllələrə dəyişikliklərin əsas məğzi internetdə yazı dərc edənləri mədəniyyətə çağırışdır”.
Unutmaq olmaz
ki, internet vasitəsiilə
dövlətin cəmiyyətin bütün
struktur və institutlarına (ictimai qruplar və təşkilatlar,
fəal vətəndaşlar, biznes, təhsil
və elmi-tədqiqatinstitutları və s.)
qarşılıqlı təsirinə əsaslanan yeni idarəetmə paradiqması
formalaşır. Göründüyü kimi internetdən istifadə edənlərin
dairəsi genişdir. Ona
görə də, təhqir və böhtanın
qarşısı alınmalı və bu kimi halların qarşısı vaxtında
alınmalıdır.
Üç nöqtə.-2013.-3 oktyabr.-S.9.