İntiqam Soltan Meydan Teatrları
Festivalında iştirak
edib
“Azərbaycanda da meydan teatrları
yaradılmalıdır”
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan İranda keçirilən VIII Beynәlxalq Meydan Teatrları Festivalında iştirak edib. Təəssüratlarını
“Üç nöqtə”
ilə bölüşən
İntiqam Soltan bildirdi ki, “Dramatic arts
center of İran”ın dəvəti
ilə festivala qatılıb: “Dramatic arts center of İran” bir çox meydan teatrlarını özündə
birləşdirən təşkilatdı.
İranda artıq 10 ildir
ki, bu festival keçirilirdi. 8-ci dəfədir ki, festival beynəlxalq səviyyədə
baş tutur. Festivala İranın Kürdüstan vilayәtinin, Mәrivan şәhəri ev sahibliyi edir. Şəhərin əhalisi nəinki türk dilində, hətta bəziləri fars dilini
belə bilmirlər. Amma buna baxmayaraq, festivala maraq çox böyük idi. Küçə ilə gedən
hər kəs tamaşaları görən
kimi ayaq saxlayıb sonadək izləyib gedirdilər.
Məni festivala ustad dərsləri keçmək
və Azərbaycan teatrları haqqında danışmaq üçün
dəvət etmişdilər.
Festivala
27 ölkədən təxminən
200-ə yaxın tamaşa
təqdim olunmuşdu.
Və hər ölkədən bir tamaşa seçilib nümayiş etdirildi. Festivala gedəndə gördüm
ki, haqqımda geniş məlumat var. Orda mənim sənətimə hörmət
və səmimi münasibət gördüm.
3 gün ərzində
20 tamaşaya baxa bildim. Festivalın bağlanışında iştirak edə bilmədim. Hər bir tamaşa
gün ərzində şəhərin müxtəlif
yerlərində bir neçə dəfə nümayiş olundu. Eyni vaxtda 10 yerdə göstərilirdi. Tamaşalar ən
çoxu 25-30 dəqiqəlik
olurdu. Amma tamaşaların bir çoxunda nöqsan var idi. Məşqlər zamanı onlara
mənim üçün
maraqlı olan bir sual verdim.
Dedim kim
deyə bilər ki, mənim tamaşam səhnədə
oynanılması mümkün
olmayan tamaşadı?
Heç kim
cavab vermədi. Çünki həmin tamaşaların
90-95 faizi səhnədə
oynanılması mümkün
idi. Deməli onlar sırf
meydan tamaşaları
deyildi. Amma festivalın müsbət
tərəfləri də
çox idi. Festivalda güclü tamaşaçı
ordusu gördüm”.
Azərbaycanda meydan tamaşalarının
olmamasını təəssüf
hissi ilə qeyd edən İntiqam Soltan bildirdi ki, Azərbaycan
Meydan Teatrı yoxdu: “Təəssüflənidirci
məqamlardan biri də odur ki,
Azərbaycanda meydan teatrları yoxdu. Nadir Ağayev 1989-91-ci illərdə meydan teatrı yaratmışdı.
Amma bu da çox
uzun sürmədi.
Mən bildiyim qədəri ilə o da heç
vaxt meydanda tamaşa göstərməyib.
Mən təkidlə bu məsələni qaldıracam
ki, Azərbaycanda da meydan teatrları
yaradılmalıdır. Üstəlik özəl teatrlara
da yer verilmədliri
ki, dövlət teatrları həmin teatrlardan güzgü kimi istifadə edib yaradıclıqlarında
dönüş etsinlər.
Azərbaycanda teatrla bağlı
festivalların sayı
çox azdı.
Keçirilənlər isə çox
ağır şəkildə
keçir. Festivalı
izəyəndə adam qorxur ki, bunu təkrar
keçirmək çox
çətin olacaq. Festivalı rahat bir şəkildə
keçirmək də
olur. Bunu mən təcrübələrdə
də görürəm”.
Teatr direktoru onu da
bildirdi ki, qarşıda bir çox səfərləri
gözlənilir: “Bir çox festivallarda iştirakımız gözlənilir.
Təkcə uşaq tamaşaları
ilə deyi, eyni zamanda böyüklər
üçün nəzərdə
tutulan tamaşalarla da. Hər kəsə məlumdur
ki, bizim tamaşalarımızın 35-40 faizi böyüklər üçün nəzərdə
tutulub. Həmin tamaşalar isə
daha çox maarifləndirici xarakter daşıyır. Ətraf mühitin
mühafizəsi, narkomaniya
kimi mövzularda olan tamaşalarımız
da var ki,
onlar həm böyüklər, həm
də uşaqların
maarifləndirilməsi üçün
əhəmiyyətlidir”.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-8
oktyabr.-S.13.