Aqşin Tariyeloğlu “Yanıq Kərəmi”ni fərqli formada təqdim etdi

 

          Ramiz Quliyev: “Bu klipdə qədimliklə müasirlik sintez olunub

 

Saz ifaçısı Aqşin Tariyeloğlu “Yanıq Kərəmi” adlı albomunueyni adlı diskinin təqdimat mərasimini keçirdi. Tədbirdə tanınmış tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar artistlər Aybəniz Haşımova, Ədalət Şükürov, müğənnilərdən İzzət Bağırov, Aynişan Quliyeva, Vasif Məhərrəmli, əməkdar jurnalist İlyas Adıgözəlli və media nümayəndələri iştirak edirdi. İlk öncə qonaqlar üçün klip nümayiş edildi. “Yanıq Kərəmi”ni yeni aranjemanda təqdim edən Aqşin Tariyeloğlu bu musiqiyə müraciət etməsinin səbəblərini açıqladı: “Başda müəllimim Ramiz Quliyev olmaqla gələn hər kəsə təşəkkürümü bildirirəm. Nəyə görə “Yanıq Kərəm” deyə sual edə bilərlər. Çünki saz deyəndə bu musiqi hər zaman yada düşür. Mən də düşündüm ki, yeri aranjemanda bu musiqini tamaşaçılara təqdim edim. Klipi Aleks Anisenko ekranlaşdırıb. Ümid edirəm ki, bəyənərlər”. Tələbəsini təbrik edən Ramiz Quliyev dedi ki, klip onu 20-22 il öncəyə aparıb: “Bəşər mədəniyyətinin sənət incilərindən birisaz musiqi alətidi. Saz dünyaya təqdim ediləcək səsə malik musiqi alətidi. Klip çəkdirmək artıq müasir dövrün tələblərindən birinə çevrilib. Bu klipdə qədimliklə müasirlik sintez olunub. Klipdə Aqşin 7-8 libasda sazı övlad kimi sinəsinə basıb. Bu klipdə sanki keçmişimizi, bu günümüzü və gələcəyimizi gördüm. Azərbaycanın sazı artıq YUNESKO səviyyəsində qorunur. Dövlətimiz və Heydər Əliyev fondu tərəfindən də bu alətə böyük diqqət və qayğı var. Ümumilikdə sazı nənələrimizin gördüyü kimi çox adam ifa edə bilir. Əgər Aqşin “Yanıq Kərəmi”ni Aşıq Ədalətdən öyrəndiyi kimi ifa etsəydi mən onu tənqid edərdim. Çünki nə qədər gözəl ifa etsə də Aşıq Ədalətdən gözəl alınmayacaq. Ancaq Aqşinin köhnə mahnını bu şəkildə ifa etməsini aşıq sənətində yenilik kimi qiymətləndirirəm. Xəbəriniz olsun ki, saz ifaçılarının çox az hissəsi ali təhsil sahibdirlər. Aqşin isə bu sənətin bakalavrı təhsili ilə bərabər, həm də magistr pilləsini də başa vurub. Mən Aqşinin kafedra müdiri kimi hər zaman onun yaradıcılığı izləmişəm. Aqşin bu sənəti onun ustalarından öyrənib. Arzu edərdim ki, o bu mahnını Cəbrayılda, öz torpağında ifa etsin ”.

Tədbirdə çıxış edən teleaparıcı Zaur Baxşəliyev isə bildirdi ki, ilk dəfə olaraq “Yanıq Kərəmi”ni dinləyərkən ürəyindən oynamaq keçmir: “Bəlkə də klipin tərzi məni oynamağa deyil, düşünməyə vadar edir. Çox gözəl ərsəyə gəlib. Təbrik edirəm”.

İfaçının etdiyi yeniliyin tənqid olunmasına münasiəbt bildirən nüğənni Vasif Məhərrəmli dedi ki, yenilik hər zaman tənqid atəşinə tutulur: “Lakin zaman keçdikdən sonra işin əsl mahiyyətinə varıldıqdan sonra qiymət verilib. Aqşin bu mahnını klassik rok şəklində aranjeman etdirib. Çox gözəl də alınıb. Hər kəsin iradı ola bilər. Mənim də bir iradım var. Klipin sonunda Aqşin Aşıq Ədalətlə salamlaşması əvəzinə onun əlindən öpsə daha yaxşı olardı. Çünki Aşıq Ədalət əlindən öpüləsi ustad sənətkarımızdı”.

Aybəniz Haşımova deyir ki, illər keçsə də, Aqşinin bu ifası yenilik kimi tarixin yaddaşına yazılacaq: “Aqşini körpə yaşlarından tanıyıram. Nəzərinizə çatdırım ki, Bülbül adına musiqi məktəbində aşıq sinfi məhz Aqşinə görə mənim təşəbbüsü ilə fəaliyyətə başladı. Bu gün də həmin sinif fəaliyyət göstərir. Son vaxtlar aşıq musiqisini kənara qoyub, əcnəbi mahnılara meyl edən gənclərimiz çoxluq təşkil edir. Aqşin isə özü istəyi ilə bizim milli mahnılarımız müraciət edir. Onu buna məcbur edən də yoxdur. Bunun nəyi pisdir axı. Bu Azərbaycan musiqinin inkişafı deməkdir. İnanıram ki, zaman gələcək ki, Aqşin Tariyeloğlu Aşıq Ədalətin yolunu davam etdirəcək. Onun bu yolunda ona uğurlar arzulayıram”.

Ədalət Şükürov bildirdi ki, artıq sintez olunan mahnılar gənclərin diqqətini daha çox cəlb edir: “Mahnı Aqşinin ifasında gözəl alınıb. İndiki zəmanə ilə uyğunlaşmaq lazımdır. Vaxtında mən də bu mahnıya müraciət etmişdimböyük reytinq qazanmışdı. Onu da qeyd edim ki, digər saz ifaçıları heç bunu da etməyib. Ona görə də Aqşini təbrik edirəm”.

Tədbirdə xalq artisti İlhamı Quliyevanın da gələcəyi deyilsə də xalq artisti tədbirdə iştirak etmədi.

 

Aygün Asimqızı

Üç nöqtə.-2013.- 23 oktyabr.- S.13.