“Gecələr
Bahar deyə xatırlanacam”
Bahar Lətifqızı: “Məni
gözüyumulu dinləyəndə Bahar Lətifqızı
olduğunu bilirlər”
Səhnə fərqlilik, özünəməxsusluq tələb edir. Çünki tamaşaçı səsi, görünüşü, hərəkətləri ilə fərqlənən, nümunə göstəriləcək sənətçiləri yaddaşda saxlayır. Bu dəfə “Şənbə qonağı”mız səsi, sənəti ilə digər müğənnilərdən seçilən müğənni Bahar Lətifqızıdır. Ənənəmizə sadiq qalaraq qonağımızın redaksiyaya gələcəyi vaxtı öncədən müəyyən edib internetdə elan verdik. Tamaşaçılar da müğənniyə olan suallarını “Facebook”da (F) “Ucnoqta.az şənbə qonağı” səhifəsində yazdılar, ya da qonaq redaksiyamızda olan vaxt telefonla (T) zəng edib birbaşa özünə verdilər. Müğənninin ona ünvanlanan müxtəlif mövzulu sualları cavablandırdığı müsahibəsini sizlərə təqdim edirik.
- Sizə ən çox yazılan sual “Haralardadır”, “Niyə görünmür” kimi səpkidə olanlardı….
- Görünürəm. Nə qədər az olsa o qədər yaxşıdı. Kərə yağının reklama ehtiyacı yoxdu.
Məlahət Əhədova (F): Bahar xanımı sənəti ilə yanaşı, xanımlığına görə sevirəm. Amma yeni işləri çox gec-gec olur. Sualım budur ki, özü gec görünməyə üstünlük verir, yoxsa vaxt edib işlərini görə bilmir?
Bahar Lətifqızı: Belə deyək də bir az təmbəllik olur. Başım çox vaxt övladıma qarışıq olur.
Vasif Məhərrəmov (F): Səhnəyə gəlişi neçənci illərə təsadüf edir?
B.Lətifqızı: 6 yaşımda Sumqayıtda mədəniyyət evində başlamışam. Professional səhnəyə isə ilk dəfə 20 yaşımda Aztv-də çıxmışam.
- Bəs
6 yaşdan sonra arada fasilə verdinizmi?
-
Çox oldu. İnsanda ruh
düşkünlüyü olanda hər şeydən bezir.
Bir ara bezdim. Bir il
heç nə oxumadım. Amma elə də uzun
fasilə verməmişəm.
Vasif Məhərrəmov
(F): Səsi olduğu üçün səhnəyə gəlib,
yoxsa həvəs onu səhnəyə gətirib?
B.Lətifqızı:
Səsim olmasaydı oxumağa utanardım. Mən
ümumiyyətlə utancaq insanam. Görsəm
ki, nə isə mənə yaraşmır özümü
çox narahat hiss edirəm. Ola bilsin kənardan
baxanlar deyəcək ki, yaraşmır. Amma
mən yaraşdığını
düşündüyüm üçün rahat oluram.
Ayşən
Eldarova (T): Bahar xanımı səhnədən getməyə
nə vadar edə bilər?
B.Lətifqızı:
Bir şey ola bilər. Onu da
demək istəmirəm. Amma qalan heç
nəyə görə səhnəni tərk etmərəm.
Ruhəngiz
Ələsgərova (F): Bahar xanım olduğu yer
üçün kimə borcludu?
B.Lətifqızı:
Müəllimlərimin mənim bu yerə
çatmağında böyük əziyyəti olub. Sumqayıt şəhərində Sədulla müəllimim
var idi. 10 il mənimlə sərasər
məşğul olub. Bundan sonra Sevinc
Sarıyeva, Sabir Abdullayev, Canəli Əkbərovdan dərs
almışam.
Ədalət
Vəlizadə (F): Bildiyimə görə Bahar xanım
uşaqlar evində böyüyüb. Valideynlərindən
xəbəri varmı?
B.Lətifqızı:
Nəinki valideynlərimi, hətta bütün nəslimdən
xəbərim var. 2 ildir hamısını axtarıb
tapmışam. Ana tərəfi bilirdim, atam tərəfi
yox. Əlaqəmiz də
yaxşıdı. Atam rəhmətə
gedib. Anamın isə bu yaxınlarda 60
illiyini qeyd edəcəyik. Atamın birinci
həyat yoldaşından 3 övladı olub. Əlaqəmiz var. Biri rəhmətə gedib, dəfnində
də iştirak elədim. Amma ümumilikdə
götürəndə həmişə deyirəm ki, mənə
ata olacaq bir qardaşım var. Çünki mən hər
zaman qardaşımla bir yerdə olmuşam.
Vəsilə
Quliyeva (T): Sizcə tək mahnılarla sənətçi
gündəmdə qala bilər?
B.Lətifqızı:
Hə qala bilər. Mənə
gördüyüm işlərin bu gün deyil, gələcəkdə
qalması vacibdir.
Mehin Kərimova
(F): Tələbələri varmı və onlara ən
çox nəyi məsləhət görür?
B.Lətifqızı:
Evdə hazırlayırdım. İki tələbəm
vokaldan Samir Cəfərovun sinfinə qəbul olundu. Mən demirəm ki, bütün dəsgahları tam
bilirəm. Bildiyimi tələbələrimə
də öyrədirəm. Düzünü deyəcəm
qızlar yanıma oxumağa gələndə deyirəm ki,
gedin özünüzə iş tapın. Mən
həmişə bu fikirdəyəm. Oğlanlara
isə məsləhət görürəm ki, yaxşı səsi
varsa, vətənimizi layiqincə təmsil edə biləcəksə
oxusun.
-
Qızların bu sənətə gəlməsini niyə istəmirsiz?
- Azərbaycanda
xanımın müğənni olmasını istəmirəm.
Hərənin öz fikri var.
-
Müğənni Əkbər də açıqlamasında
dedi ki, “Heç bir xanım sənətçi ilə evlənmərəm.
Çünki onların mətbəxinə
yaxşı bələdəm”. Müğənnilər
haqda niyə bu cür fikir formalaşıb?
- Mən
çətinlik mənasında istəmirəm. Pislər, yaxşılar hər bir sənətdə
var. Pislər olmalıdı ki, yaxşıların qədrini
bilək. Qızların doğrudan
müğənni olmasını istəmirəm.
-
Hansı çətinliklərlə üz-üzə gəlmisiz
ki, bu gün müğənniliyi heç bir xanıma məsləhət
görmürsüz?
- O qədər
çətinliklər olub ki, hansını deyim axı? Hətta adamı tora da salırlar. Ayıq olmaq lazımdır. Ziyandırsa
həmin yolum yarısından qayıtmaq lazımdır.
Kəmalə
Abdullayeva (T): Bahar xanım düşünürmü ki,
zamanında nələrinsə qədrini bilməyib?
B.Lətifqızı:
Yaşadığım heç nəyə görə
peşman deyiləm. Pis, yaxşı nə
yaşayıramsa bu mənim həyatımdı. Bu həyatda mənim öz rolum var və ssenariya
baxıb o rolu oynayıram.
Maya
Muradzadə (T): Necə düşünür, xalq Bahar
xanımı tarixdə necə saxlayacaq?
B.Lətifqızı:
“Gecələr Bahar” deyə xatırlanacam.
Gülzar
Qəhrəmanova (T): Özünüzü hansı cəhətinizə
görə digər sənətçilərdən fərqli
hesab edirsiz?
B.Lətifqızı:
Səs tembrimlə fərqlənirəm. Səhnəmizdə
öz səs tembri ilə fərqlənən sənətçilərimiz
çoxdu. O səs ki, üzünü görməsən
belə səsini eşidəndə bilirsən oxuyan kimdir. O sənətçilərdənəm
ki, gözüyumulu dinləyəndə Bahar Lətifqızı
olduğunu bilirlər. Mənim səsim qədimi
səsdir. Bunu hər kəs bilir. Allah bu səsi mənə çox görməsin.
Bu səsi mənə verdiyi üçün
Allahımdan çox razıyam. Bundan sonra
qarşıma nə çətinliklər çıxarsa da,
heç peşman olmaram ki bu səsin yiyəsi Bahar olub.
Tahirə
Qafarlı (F): Yaxşı oxuyur. Necə edir ki,
qalmaqallardan uzaq olur?
B.Lətifqızı:
Bəlkə də qalmaqal məndən uzaq olur. Ancaq
arada gəlir. Bir az ağıllı
olmaq lazımdır ki, qalmaqalları yaxın buraxmayasan. Bir dəfə səhvən nə isə olmuşdu.
Amma sonradan aydınlaşdı. Bəlkə də mənim xasiyyətimə görədi.
- Dava
adamı deyilsiz?
- Davakaram
özü də necə (Gülür). Hal əhliyəm,
sülhü sevirəm.
- Şou-biznesdəki qalmaqallara sizi cəlb etməyə
çalışmayıblar?
- Bu
yaxınlarda özüm haqda internetdə çox iyrənc bir
söz oxudum. Mən elə sözdən uzaq
adamam. Həqiqətən də o iki kəlmənin
heç biri mənə aid deyildi. Oxudum
peşman oldum. Birinci dəfə idi
özüm haqda elə söz oxuyurdum. 2-3
gün sonra yenə açdım baxdım. Gördüm ki, siliblər.
Sevda
Camalova (T): Bahar xanımın səhnəyə gələn
gündən davam etdiyi yolda əsas məqsədi nə olub?
B.Lətifqızı:
Məqsədim Allahın verdiyi səslə musiqimizə xidmət
etməkdir. Çox demirəm, biz balaca insanlar mən
oxuyanda düşünə bilirlərsə, musiqimlə
insanların qəlbində sevgi yarada bilirəmsə nə
xoş mənə. İstəyirəm məndən
sonra desinlər ki, milli musiqimizi ifa edən bir Bahar Lətifqızı
var idi.
- 6
yaşlı Bahar sənəti ilə bağlı nələr
xəyal etdiklərindən bu gün nələri əldə
edib?
-
Heç nə dəyişməyib. Arzularım
zaman-zaman reallaşdı.
-
Hamısı?
- Hə.
- Bəs
reallaşmayanlar?
-
Olmayanlar da var. Amma hələ o yaşdayam ki, istədiyim bir
çox arzuları yerinə yetirmək üçün
çalışacam. Allah ömür versin,
canımı sağ eləsin, inşallah hələ görəcəyim
çox işlər var.
-
Qızınızın gələcəyi ilə bağlı
nələr düşünürsüz?
-
Arzulayıram ki, bütün övladlar valideynlərinin
üzünü ağ edəcək bir
şəxs olaraq böyüsünlər. Valideynlər,
xüsusən də atalar övladlarına qarşı
düşüncəli davransınlar. Bu mənim
yanıqlı yerimdi. Bu barədə ətraflı
danışmaq istəmirəm. Övladım
əsl Azərbaycan qızı, xanımı olsun.
- Birdən
səsi olsa və müğənni olmaq istəsə…
- Çətin
o bu sənəti seçsin. Evdə müğənniliyi
çox pisləmişəm. O mənada yox ki,
müğənniləri pisdi. Onun da anası
müğənnidi. Sadəcə olaraq
çətinlikləri başa salıram. Qızım
hərdən mənə deyir ki, ana sən yenə gedirsən?
Oxumağa gedirsən? Mənə
pul gətirməyə gedirsən? Deyir ki, mənə ev alacaqsan? Qapısı olacaq?
Mən də qızıma başa salıram ki,
bizim sənət çox çətindi. Tozda,
yayın istisində toylarda oxumaq xanım üçün asan
deyil. Səhnə gözəllik tələb
edir. Dikdaban ayaqqabıda oluruq.
Ayaqlarımız ağrısa belə bunu hiss elətdirmirik. Gecə saat 3-4-də evə gəlirik. Bu xanımı başa düşən övlad, ər,
qardaş, bacı, ailə lazımdır. Buna
görə də o mənada yaxşı deyil. Jurnalistika daha yaxşıdı.
- İlin
əvvəlində konsert verdiniz…
- Bu mənim
ilk konsertim idi. Prodüserim çox gözəl
təşkil elədi. 21 min xərclədim.
Ürəyimdən konsert vermək keçdi mən
də toylardan qazandığım pulu sərf edib
hazırladım. Fikirləşdim ki, mən
Azərbaycanımız, musiqimiz üçün nə edirəm?
Düzdü el şənliklərində, efirlərdə
ifa edirik. Amma tamaşaçı
qarşısında hesabat da verilməlidi. Konsertdə mənə sifariş vermirlər, istədiyim
qədər də mahnı ifa edirəm. Sevinirəm
ki, bu konsert yaxşı keçdi. Allahım
mənə güc versin 121 min xərcəyib daha böyük
konsert verim. Yenə də
başqasının pulu ilə deyil, öz qazancımla.
-
Qarşıda nələr gözlənilir?
-
Qızımın doğum gününə
hazırlaşıram. Onun ad gününə
mahnı hədiyyə edəcəm. Mahnının
musiqisi Fidan Süleymanovaya, sözləri gənc şair Anar Məmmədova
aiddir.
-
Doğum günündə şou nümayəndələri
olacaq?
- Bəli.
- Deyirlər
ki, müğənnilər bir-biri ilə dost ola
bilmir…
- Yox mənim
sənət adamlarından çox yaxşı dostlarım
var. Sənət adamları xoş günlərində
bir-birinin yanında olmalıdır. Hərdən
hansısa bir musiqiyə qulaq asıram. Və
ehtiyacım olur həmin müğənni ilə
danışmağa. Çəkinmədən
zəng edirəm. Deyirəm ki, elə-belə
zəng vurmuşam. Müğənni rəfiqəm
var. Ona tez-tez zəng edirdim. Hər dəfə
də prodüseri cavab verib məni müğənni ilə
danışdırmırdı. Axırda müğənninin
özünə dedim ki, sənin musiqinə qulaq asıram və
musiqi məni uzaqlara aparır. O an
duyğularımı səninlə bölüşmək istəyirəm.
İnsanıq da nə olar ki?
- Sizə
bu qədər təsir edən mahnılar hansılardı?
- O qədər
musiqilər var ki.
- Kimləri
dinləyirsiz?
- Bu
gün ən son radioda sevə-sevə Ayanla Nadirin duetini dinlədim.
Musiqi məni çox uzaqlara apardı. Fərqi
yoxdur kim oxuyur. Hərdən
mənə deyirlər ki, sən milli musiqi
ifaçısısan. Bəs niyə filankəsi
dinləyirsən? İnsanın ürəyinin
zənginliyi bundan bilinir. O hər bir musiqidə
özünü, hər bir musiqinin nəbzini tuta bilirmi? Əgər tuta bilirsə o insanın qəlbi zəngindir.
Hərdən insanın xasiyyətini müəyyən
etmək üçün onun hansı musiqiləri
xoşladığını soruşurlar.
Aygün
Asimqızı
Üç nöqtə.-2013.- 26
oktyabr.- S.13.