İnformasiya cəmiyyəti iqtisadiyyatın
formalaşmasına imkan yaradır
Bu, mövcud resurslardan daha səmərəli və effektiv istifadə edilməsinə səbəb
olur
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin
səviyyəsi hər bir ölkənin intellektual və elmi
potensialının, dövlət idarəçiliyində
şəffaflığın, demokratiyanın
inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron
ticarətin rolunun artdığı
müşahidə olunur və ümumilikdə,
hazırda ölkələrin iqtisadi rəqabət
aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadəsindən əhəmiyyətli dərəcədə
asılıdır. Bu sahənin inkişaf etdirilməsi üçün
ardıcıl addımlar atılıb, bu
istiqamət dövlət siyasətinin prioritetlərindən
birinə çevrilib. Son illər
istifadə olunan qabaqcıl texnologiyalardan biri COBIT (Control Objectives for Information Related
Technology – İnformasiya və
Əlaqəli Texnologiyalar
üçün Nəzarət
Məqsədləri) standartlarıdır. Bu standartlar, biznes və informasiya texnologiyalarının idarə
edilməsi, biznes təhlükəsizliyinin təmin
olunması və auditin aparılması üçün istifadə
olunan əsas standartlardandır. Standartların əsas məğzini müəssisənin strateji
məqsədləri ilə
informasiya texnologiyalarının
məqsədlərinin uzlaşdırılması
təşkil edir.
Belə ki, müəssisənin informasiya texnologiyaları elə fəaliyyət göstərməlidirlər ki,
biznes məqsədlərinə
mövcud resurslardan daha səmərəli və effektiv istifadə edilməklə
nail olunsun. COBİT standartlarının
tətbiqində ən
çətin məqamlardan
biri top menecmentin korporativ dəyərlərə
yanaşması, habelə
informasiya texnologiyaları
və təhlükəsizliyi
məqsədlərini biznes
strategiyaya uyğun inkişaf etdirmək niyyətinin olmasıdır.
O cümlədən, rəhbərliyin
hərtərəfli dəstəyi,
komanda işi, əlavə resurslarla səmərəli təmin
edilmə, adekvat bilik-bacarıqların və
güclü iradənin
olması mühüm
amillərdəndir. Bir çox
hallarda digər maneələrdən biri müəssisə və təşkilatlarda mövcud
İT əməkdaşlar və
infrastrukturdur. Belə ki,
əksər hallarda onlar müəssisənin biznes məqsədlərinə
inteqrasiya olunmuş şəkildə deyil, əlahiddə fəaliyyət
göstərirlərmiş kimi, ancaq “öz”
sistemləri, “öz” xidmət və idarəetmələri haqqında
fikirləşirlər. Tətbiq zamanı sinxronlaşdırılmış
münasib hüquqi mühitin böyük rolu vardır. Belə ki, İSO, SOX (Sorbanis Oksli), COSO və digər normativlərin, standartların tətbiqi biznes proseslərinin idarə edilməsini asanlaşdırır. Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikasında
“Elektron hökumət”in
tətbiqi, dövlət
orqanlarının və
kommersiya qurumlarının
vətəndaşlara, istehlakçılara
təqdim etdiyi xidmətlərin keyfiyyətinin
yaxşılandırılmasına yönəldilib. Hesab edirik
ki, bu işlərin
daha da səmərəli
həyata keçirilməsi
üçün beynəlxalq
standartlardan, o cümlədən
Cobit standartlarından
istifadə etmək məqsədəuyğundur. Bu yüksək texnologiyaların
inkişafı istiqamətində
həyata keçirilən
işlərlə bağlı
“Elektron hökumət”
portalının yaradılması,
monitorinqi, həmçinin
elektron xidmətlərə
çıxışın təmin olunması, “Elektron hökumət”in, onun istifadəçilərinin
və milli informasiya təhlükəsizliyi
sisteminin fəaliyyətini
tənzimləyən normativ-hüquqi
bazanın formalaşdırılması,
dövlət idarəetməsinin
bütün səviyyələrində
inzibati reqlamentlərin
standartlaşdırılması, biznes, təsərrüfat
subyektlərinin, vətəndaşların
və dövlət orqanlarının fəaliyyətinin
bütün sahələrini
əhatə edən müxtəlif xidmətlərinin
inkişafı, milli informasiya təhlükəsizliyi
sisteminin monitorinqi və idarəedilməsi işlərinin təşkilində
bu standartlardan yararlanmaq mümkündür.
Standartlardan istifadə
dövlət orqanları
və təşkilatlarının
fəaliyyətinin yeni
şəraitə daha
asan transformasiyası,
E-biznes, E-bankçılıq,
E-təhsil, və s. kimi layihələrin həyata keçirilməsi
də daxil olmaqla informasiya cəmiyyətinə keçidin
formalaşdırılması və inkişafını
təmin edəcəkdir.
Xatırlatmaq lazımdır
ki, ulu öndər
Heydər Əliyevin siyasi qətiyyəti sayəsində 1994-cü ilin
sentyabrında “Əsrin
müqaviləsi”nin imzalanması ölkənin
yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi
üçün zəruri
əsaslar formalaşdırmaqla
yanaşı, müasir
rabitə və informasiya texnologiyalarının
sürətlə tətbiqində
də böyük canlanma yaratmışdır.
Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla
investisiya yatıran Qərb şirkətləri
ölkədə informasiya
cəmiyyətinin bərqərar
olması prosesində
yaxından iştirak etməyə başlamış,
bu məqsədlə Azərbaycana ən yeni və zəngin
resurslara malik texnologiyalar gətirilmişdir.
Bu mərhələdən etibarən
ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini
qoyduğu siyasətin
əsas məqsədlərinə
İKT sahəsində hüquqi
əsasların yaradılması,
insan amilinin inkişafı, vətəndaşların
məlumat almaq, onu yaymaq və
istifadə etmək hüquqlarının genişlənməsi,
elektron hökumətin,
elektron ticarətin formalaşması, ölkənin
iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan,
rəqabətə davamlı
iqtisadiyyatın qurulması
kimi fundamental məsələlər
daxildir. Həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda
mobil telefon rabitəsi, o cümlədən
internet dinamik inkişaf
etməyə başlayıb,
rəqəmsal sistemin
tətbiqi böyük
vüsət alıb, yeni texnologiyaların geniş yayılması üçün böyük
investisiya sərf olunub. Ümummilli liderin 2003-cü il
17 fevral tarixdə imzaladığı “Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə
(2003-2012-ci illər) Milli
Strategiya” 10 ilə yaxın müddətdə
müasir informasiya texnologiyalarının Azərbaycanda
tətbiqi sahəsində
prioritet vəzifələr
müəyyənləşdirmişdir. Qloballaşma
dövrünün reallıqları
nəzərə alınaraq
çevik və təkmil idarəetməni
təmin edəcək
“elektron hökumət”in
yaradılması da sənəddə vacib məsələlərdən biri
kimi önə çəkilib. Azərbaycan
Prezidenti İlham Əliyevin 2005-ci il
22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2005-2008-ci illər üçün
Dövlət Proqramı
(Elektron Azərbaycan)”
isə rabitə və informasiya texnologiyalarının geniş
tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş
yayılmasını təmin
edən mükəmməl
fəaliyyət konsepsiyası
olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının
inkişafı sahəsində
ümumdünya orta göstəricilərinə çatmış,
bu sektorun inkişafına 150 milyon
ABŞ dolları yönəldilib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Xüsusi iqtisadi zonaların yaradılması
haqqında” 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun
inkişafına münbit
zəmin yaradır. Bu
fərmanda müəyyən
edilən məqsədlərin
reallaşdırılması ölkədə texnoparkların,
texnopolislərin, innovasiya
mərkəzlərinin yaradılmasına,
alim və mütəxəssislərin elmi-texniki
potensialından daha səmərəli istifadə
etməyə, rəqabətədavamlı,
elmtutumlu məhsulların
istehsalına, nəticə
etibarilə, informasiya
cəmiyyətinin əsasını
təşkil edən biliklər iqtisadiyyatının
formalaşmasına imkan
yaradır. Digər mühüm addım
kimi Azərbaycanın
yerətrafı orbitə
peyk çıxarmasıdır.
Bu peyk ölkəmizin
qlobal informasiya cəmiyyətinə inteqrasiya
olunmasında, Qərblə
Şərq arasında
informasiya fərqinin aradan qaldırılmasında
və regionun aparıcı dövlətlərindən
birinə çevrilməsində
əhəmiyyətli rol
oynayır. Prezident
İlham Əliyevin
2008-ci il 11 avqust tarixli “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2010-2012-ci illər üçün
Dövlət Proqramının
(Elektron Azərbaycan)”
təsdiq edilməsi haqqında sərəncamı
da bu sahədə
həyata keçirilən
dövlət siyasətinin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu göstərir.
Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya”nın
(2003-2012-ci illər)” həyata
keçirilməsini təmin
etmək məqsədi
daşıyır. “Azərbaycan
Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı” respublikanın
informasiya cəmiyyətinə
keçidinin təmin
edilməsi, İKT-nin
inkişafını və
geniş tətbiqini təmin etmək yolu ilə informasiya
və biliklərə
əsaslanan, rəqabətə
davamlı iqtisadiyyatın
qurulması və inkişaf etdirilməsi üçün zəminin
formalaşdırılması, dövlət idarəetmə
mexanizmlərinin səmərəliliyinin
artırılması və
qərarların qəbulu
prosesində vətəndaşların
və sosial institutların iştirakı
imkanlarının genişləndirilməsi,
cəmiyyətin informasiya
məhsulu və xidmətlərinə olan tələbatının dolğun
ödənilməsinin təmin
olunmasında mühüm
rol oynayıb
Üç nöqtə.-2013.- 26 oktyabr.-
S. 9.