İnformasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə çevrilib
Mübarizə aparmaq üçün
bütün dünya birliyinin fəal səylərini birləşdirmək,
yeni strateji yanaşmanın formalaşması
zəruridir
İnformasiya
anlayışının ən mühüm
alt anlayışlarından biri də informasiya sistemləridir.
Kompüterlərin və digər əlaqə
vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya
texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı)
geniş istifadə olunur.
Ümumi halda sistem anlayışı qoyulmuş
məqsədə çatmaq üçün vahid bir tam kimi
fəaliyyət göstərən, qarşılıqlı əlaqədə
olan elementlər kompleksini
özündə birləşdirir. Sistemin struktur, element funksiyası
və elementin və sistemin özünün girişi
və çıxışı
kimi komponentləri
var. Bundan başqa hər bir sistemin
alt sistemə bölünmək
imkanı da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını
və istifadəsini asanlaşdırır. İnformasiya sistemləri tətbiq
sahəsinə aid informasiyaların
toplanmasını, saxlanmasını,
emalını və istifadəçilərə çatdırılmasını
təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem müxtəlif istifadəçilərin müəyyən
mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatının ödəyir.
Onun yaranmasının səbəbi
də budur. İnsanlarının tələbatlarının ödənilməsində iki
cəhəti nəzərə
almaq lazımdır.
Birincisi tətbiq sahəsinin sərhədlərinin təyin
olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi, ikicisi istifadəçilərin sorğularına
tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılmasıdır.
Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi
informasiyayla təmin edilməli, ikinci halda isə sorğuların tipləri
və növləri təhlil edilməli, sorğuların tələblərinə
uyğun və əlverişli şəkildə
cavab verilməlidir.
Bu sistem həm
ayrılıqda, həm
də hər hansı avtomatlaşdırılmış
sistemin tərkibində
layihə edilə bilər. Birinci halda o, informasiya-sorğu
sistemi kimi, əsasən, ayrı-ayrı
şəxslərin və
ya kollektivlərin informasiya tələblərini
ödəmək üçün
istifadə olunur.
İkinci halda isə
informasiya sistemi istifadəçilərə informasiya-arayış
xidməti göstərməklə
yanaşı, həmdə
avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır.
Şübhəsiz, informasiya həmişə
ən mühüm resurs olmuşdur, lakin məhz XXI əsrdə bu resurs istər ayrıca dövlətin, istərsə də bütövlükdə beynəlxalq
münasibətlər sisteminin
sabit inkişafının
təmin edilməsi üçün həqiqətən
həyati zərurətə
çevrilib. Digər tərəfdən, bu gün biz hamımız qlobal informasiya mübadiləsinin
iştirakçıları kimi yeni informasiyanı
təhlil etmək, ondan istifadə etmək, onu yaratmaq üçün praktiki olaraq qeyri-məhdud imkanlar qazanmış, onu hamı üçün əlyetərli etmişik.
Əvvəllər tarixdə heç
vaxt bir insan çox böyük sayda başqa insanlarla qarşılıqlı informasiya
təsiri imkanına malik olmayıb. İnternetlə əlaqədar, xüsusən
onun çoxistifadəçili
interaktiv forması və ya sadə
dildə desək, avtomatlaşdırılmış sosial mühit olan və ümumi
maraqların birləşdirdiyi
istifadəçi qruplarını
əhatə edən sosial şəbəkələrlə
əlaqədar yaranmış
yeni imkanlar müxtəlif ölkələrdə
kütləvi etirazlar
zamanı nümayiş
etdirilmiş, mahiyyət
etibarilə müasir informasiya texnologiyalarını
çaylaq daşı
və “Molotov kokteyli” kimi siyasi silaha
çevirilib. Buna görə də “Freedom
House” kimi təşkilatların
guya internetdən istifadəyə məhdudiyyətlər
olan ölkələrdəki
istifadəçilər üçün
internetdən istifadə
metodlarını hamının
görə biləcəyi
şəkildə nümayiş
etdirməsi təəccüb
doğurur. Bu halda onlar unudurlar
ki, terrorçular da eyni metodlardan
istifadə edirlər,
halbuki ABŞ və antiterror koalisiya üzrə onun tərəfdaşları terrorçulara
qarşı mübarizəni
özlərinin prioritet
vəzifəsi hesab edirlər. Bundan əlavə, dünyada
son vaxtlar baş vermiş hadisələrin
qiymətləndirilməsində ikili standartlar nümayiş etdirilir.
Bu hadisələrə təkan verən də elə həmin sosial şəbəkələr olub.
Məsələn, bəzi
hallarda deyirlər ki, internet azadlığından
söhbət gedir, bu azadlığın məhdudlaşdırılması söz azadlığının
məhdudlaşdırılması deməkdir, başqa hallarda isə dözümsüzlük göstərərək
“sıfır tolerantlıq”
prinsipini əsas götürənlər söz
azadlığından dəm
vuranlar tərəfindən
heç bir tənqidə məruz qalmırlar. Təbii ki, kompyuter texnologiyaları özlüyündə
prinsip etibarilə nə siyasəti, nə də beynəlxalq münasibətlər
sistemini transformasiya etmir. Bununla bərabər, aşkardır
ki, beynəlxalq informasiya təhlükəsizliyini,
ilk növbədə informasiya
texnologiyalarından düşmənçilik
məqsədilə istifadə
edilməsi təhlükəsinin
azaldılması hesabına
möhkəmlətmədən milli və qlobal
təhlükəsizliyin səmərəli
təmin edilməsi mümkün deyildir.
Lakin təəssüf ki, informasiyanın qəsdən
təhrif edilməsi, yanlış informasiya verilməsi, məlumatların
saxtalaşdırılması, müasir informasiya texnologiyalarından müxtəlif
cinayətlər, məqsədyönlü
qanunsuz əməllər
törədilməsi üçün,
o cümlədən terror məqsədi
ilə istifadə edilməsi bu gün adi hala
çevrilir. Təbii ki,
vəzifələrdən söhbət
gedəndə, ilk növbədə,
beynəlxalq münasibətlər
sisteminin ənənəvi
aktorlarını – milli
dövlətləri yada
salmaq lazımdır.
Qeyd etmək
lazımdır ki, hər bir müasir
dövlət kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının
inkişafına böyük
diqqət yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının
prioritet istiqaməti elan edilib. Biz informasiya təhlükəsizliyi
məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla
fəal qarşılıqlı
əlaqə saxlayırıq.
2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik
cinayətkarlıq haqqında
Konvensiya”sını imzalamışdır.
Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının tövsiyəsi
ilə ölkəmiz
2010-cu ildən Beynəlxalq
Elektrik Rabitəsi İttifaqının üzvü
olan 192 ölkədən
136-sını birləşdirən beynəlxalq çoxtərəfli
tərəfdaşlıq (İnternational
Multilateral Partnership against Cyberthreats –
İMPACT). çərçivəsində
əməkdaşlıq edir.
Azərbaycan həm də
“Şərq tərəfdaşlığı
– Avropa Şurası mexanizmi” proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən
kibernetik cinayətkarlığa
qarşı mübarizə
sahəsində əməkdaşlıq
layihəsində iştirak
edir. Bu layihənin
həyata keçirilməsi
gedişində Avropa və beynəlxalq normativ vasitələrindən
və praktikadan istifadə edilməklə
kibercinayətkarlığa qarşı mübarizə
sahəsində əməkdaşlığın
səmərəli həyata
keçirilməsi üçün
potensialın möhkəmlənməsi
üzrə məsələlər
həll edilir. Növbəti regional konfransın Bakıda keçirilməsi
planlaşdırılır.
Hamıya məlumdur ki, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün
ölkələrində baş
verir. Azərbaycan da informasiya
təhlükəsizliyinə təhdidlərlə üzləşir.
Bu baxımdan qeyd edə bilərək
ki, son bir ildə ölkəmizin dövlət orqanlarının
və digər müəssisələrinin kompyuter
sistemlərinə haker
hücumlarının sayı
artıb. İnformasiya təhlükələrinin təşviş
əhval-ruhiyyəsinin yayılması,
dövlətin ərazi
bütövlüyü haqqında
informasiyanın təhrif
edilməsi, terrorçu
və separatçı
radikal-dini fəaliyyətə
təhrikçilik kimi
formalarını da xatırlatmalıyıq. Bu
gün informasiya təhlükəsizliyinə təhdidlər
təhlükəli amilə
çevrilib. Ona qarşı
mübarizə aparmaq üçün bütün
dünya birliyinin fəal səylərini birləşdirmək, habelə
müasir təhdidlərin
aradan qaldırılması
və qarşısının
alınması probleminə
əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir.
İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı
informasiya təsiri proseslərinin tənzimlənməsinin
təmin olunması üçün dövlətin
fəal müdaxiləsini
tələb edir.
Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı
artıq bu gün cəmiyyətin həyatının demək
olar bütün sahələrində genişmiqyaslı
mənfi nəticələr
doğurur. Son olaraq
qeyd etmək istərdim ki, qlobal informasiya əsrində informasiya döyüş meydanı
sürətli nüvə
silahlanması ilə müqayisədə qat-qat
artıq dərəcədə
xaotik ola
bilər, çünki
bu döyüşdə
çoxsaylı xırda
iştirakçılar və
qeyri-dövlət oyunçuları
vardır. Onların ciddi təhlükə
yaratması üçün
cəmi bir kompyuter və ya qlobal şəbəkəyə
qoşulmuş adi mobil telefon kifayətdir.
Mövcud təhlükələr müasir dövrün bu cür çağırışlarına
ən yaxın müddətdə münasibət
bildirməyin zəruriliyini
şərtləndirir.
Üç nöqtə.-2013.- 29 oktyabr.-
S. 9.