Kompüter biliklərinin əsası orta məktəbdə qoyulmalıdır

 

İnformasiya-kommunikasiya texnologiyaları məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Milli Strategiyanın qəbulundan keçən dövr ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın həyata keçirilməsi nəticəsində ölkəmizin ümumtəhsil məktəblərində informasiyakommunikasiya texnologiyalarının tətbiqi sahəsində böyük işlər görülmüşdür. Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” ölkəmizdə müasir İKT-ni geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi güdür.

Qarşımızda duran əsas vəzifələrdən biriyeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. Düzdür, respublikamızda fəaliyyət göstərən bəzi özəl məktəbəqədər müəssisələrdə kiçikyaşlı uşaqlar kompüterlə tanışlığa başlayır, onların təlimində kompüter vasitəsilə aparılan məntiqi oyun və tapşırıqlarla rastlaşırıq. Amma fikrimizcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir.

İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardıronların mənasını qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu ya digər mövzunun məzmunu aydındırsa, onun sualı yarana bilər: məhz üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.

Aparılan sorğular da tədrisdə İKT-nin istifadənin şagirdlərdə özünə inamı fənnə marağı artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından müəllimdən utanaraq cavab verməkdən imtina edir bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur nəticədə özünə inamı artır. Fərdi kompüterdən istifadə etdikdə hər bir şagird verilən mövzunu başa düşmədikdə izahatı təkrar izləmə imkanı əldə edir onu dərk edənə qədər təkrarlayır.

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video ya animasiyalar formasında olan tapşırıqların yaxşı mətn gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. İKT-nin təlimdə istifadəsi təhsil şəbəkələrinin yaradılması təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd vəzifəsini daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim şagirdlər bilavasitə sinifdə dərs zamanı virtual rejimdə birgə işləyə ünsiyyətdə ola bilərlər.

Fənlərarası əlaqələrin bütün imkanları tam aşkar edilməmişdir. Məhz buna görə fənlərarası əlaqə prosesini öyrənmək, fənlərin əlaqəli tədrisinin metodikasını təkmilləşdirmək həyata keçirmək vacib məsələlərdən biri hesab edilir. Orta məktəbdən başlayaraq şagirdlərin müxtəlif fənlərə olan maraqlarını artırmaq, məlumatı tez effektiv mənimsəmələri üçün informatika digər fənn müəllimləri hər hansı ümumi mövzunu iki bəzi hallarda üç fənni birgəinteqrativ dərs formasında keçmələri məsləhətdir. Məsələn, müasir özəl məktəblərin ibtidai siniflərində tədris olunan əyləncəli riyaziyyat, həndəsənin elementləri s. fənlərindəki bəzi mövzuları həmin fənləri tədris edən müəllim informatika müəllimi birgə tədris edə bilərlər. Şagirdlərin biliklərinin dərinləşdirilməsində informatika informasiya texnologiyaları fənninin digər fənlərlə əlaqəli tədrisi çox böyük imkanlara malikdir. Bunun üçün ayrı-ayrı siniflərin fənlər üzrə proqram dərslikləri hazırlanarkən həmin sinfin informatika informasiya texnologiyaları fənni nəzərə alınmalı, bu proqramlarda inteqrativ dərslər üçün saatlar ayrılmalıdır. Bir sıra fənn müəllimləri fənlərarası əlaqə probleminə lazımi qədər əhəmiyyət vermirlər. Təcrübədən məlumdur ki, öz fənni ilə yanaşı, digər yaxın fənləri müəyyən səviyyədə bilən müəllimlərin təlim nailiyyətləri daha yüksək olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin öz dərslərini sanki bir neçə fənn müəllimi kimi tədris etməsidir.

İnformasiya kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin kimya fənninin tədrisində tətbiq olunmasına da xüsusi maraq vardır. Orta məktəblərdə kimyanın tədrisi zamanı kompüter texnologiyalarından istifadə olunması belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik istifadə olunsun.

Kompüter proyektordan istifadə edilərək sinfin fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular s. şəkildə soruşula, problemin nədən ibarət olması, onun ətrafında tədqiqatların aparılması, hər bir şagirdin problem ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə izahat isə slaydlar vasitəsilə həyata keçirilə bilər.

Aparılan analiz isə onu göstərir ki, real laboratoriya işlərinin informasiya texnologiyaları ilə tam əvəz olunması mənfi nəticələrə səbəb olur. Amma bu o demək deyil ki, informasiya texnologiyaları ilə kimyəvi təcrübələr nümayiş olunmasın. Yaxşı olar ki, belə əvəzləmələr yalnız praktik mümkün olmayan ya orta məktəb laboratoriyaları şəraitində təhlükəsizlik texnikasının tələblərinə görə aparıla bilməyən reaksiyalar halında olsun. Bəzi hallarda isə eyni bir kimyəvi prosesin həm real aparılması, həm kompüterdən istifadə olunaraq nümayiş olunması daha effektli olur. Şagirdlərdə hansı qabiliyyətin inkişaf yoxlanılmasından asılı olaraq, bir-birini tamamlayan bu iki prosesi müxtəlif ardıcıllıqla vaxtlarda aparmaq olar. VIII-X sinif şagirdləri üçün hazırlanmış interaktiv kimya dərsliyində (www.derslik.az) kimyəvi oyunlar, animasiyalarla yanaşı, çoxlu sayda laboratoriya işlərinin videoyazısı verilmişdir. Bu laboratoriya işlərinin bəziləri sinifdə real nümayiş etdirilir ev tapşırığı kimi bu proseslərə evdə diskdə yenidən baxılması, oxşar fərqli anları tapmaq tapşırılır. Bu halda şagirdlərdə yeni məlumatın qavranılması, onlarda müqayisə, diqqət uzunmüddətli yaddaşın inkişaf etdirilməsi məqsəd kimi qarşıya qoyulur. Dərs prosesi zamanı müəllim interaktiv dərslikdən, fərqli kimyəvi reaktivlərdən istifadə edə bilər.

Laboratoriya işlərinin kompüter vasitəsi ilə nümayiş olunmasının bir sıra üstünlükləri vardır. İlk növbədə adi məktəb laboratoriyalarında aparılması təhlükəli olan, qiymətli maddələrin istifadəsini tələb edən, aparılmasına uzun müddət tələb olunan, yəni kiçik sürətlə gedən reaksiyaların kompüterlə nümayişi əvəzsizdir. Vaxt baxımından və reaktivlərin sərf olunmasına görə real təcrübə bir dəfə aparılır. Kompüterdə isə təcrübələri dəfələrlə təkrar etmək, istənilən anda saxlamaq və evdə də təkrar baxmaq olar.

 

 

Üç nöqtə.-2013.- 30 oktyabr.- S. 9.