“Səyavuş
Aslandan ancaq yaxşılıq görmüşəm”
Nuriyyə Əhmədova: “O, həmişə
mənə deyirdi ki, səninlə bir faciə oynayarıq”
Bu il Azərbaycan mədəniyyətinə
bir neçə ağır itki üz verdi.
Onlardan biri də Azərbaycan mədəniyyət sahəsində
adı qızıl hərflərlə yazılan sənətkar
Səyavuş Aslandı. Tamaşaçı sevgisinə nail olub, sənətkar
adını qazananların itkisi tək ailəsini,
yaxınlarını deyil, bütün
sevənlərini kədərləndirir. Səyavuş
Aslanın da itkisi hər
kəs üçün ağrılı oldu. Yaşasaydı xalq artistimiz bu gün
78 yaşını qeyd edəcəkdi. Sənətkarı
doğum günündə xalq
artisti Nuriyyə Əhmədova “Üç nöqtə”ylə birlikdə
xatırladı. Bildirdi ki,
Səyavuş Aslanın onun həyatında
rolu başqa olub: “Səyavuş Aslanla Musiqili Komediya Teatrına gələn
gündən tanışıq. Daha sonra biz ailəvi dost olduq. Səyavuş
Aslanın mənim həyatımda ayrıca rolu
olub. Mən həmişə onlara gedirdim. Ofeliya xanımla maraqlı söhbətlərimiz
olurdu. Yaradıcılıq cəhətdən
mən Səyavuş Aslangilin evində
böyümüşəm. Balaca bir əsər olanda gedib onlarda məşq edirdik. Çox səmimi
ailə idi. Səyavuş ailəsinə,
övladlarına qarşı çox diqqətli,
mehriban, vəfalı, sədaqətli idi. Mən bunu öz gözlərimlə görmüşəm.
Ona görə bu kəlmələri
ürəkdən deyə bilirəm. Mən onunla
birlikdə səfərlərə getmişəm. Ofeliya xanımla Səyavuşun itkisi mənə çox
ağır gəlir. Mən gənc qız idim.
Onların da mənə bacı münasibəti
göstərməsi xoş idi. Həmişə deyirəm ki,
Səyavuş Aslanın ailəsi nümunəvi ailələrdən
idi. Hələ onlardan
mən pis bir söz eşitməmişdim. Bir-birilə
danışanda can, haycanla
danışırdılar. Mən Musiqili Komediya Teatrından çıxdıqdan sonra o qədər də bir yerdə ola bilmirdik”. Nuriyyə Əhmədova deyir ki, Səyavuş
Aslanın son arzularından biri birlikdə tragediya oynamaq olub: “Səyavuş
Aslanın sənəti haqda heç nə deyə bilmərəm. Çünki onun sənəti
göz qabağındadır. Bircə onu deyə bilərəm
ki, sənət aləminə Səyavuş
Aslan kimi ikinci bir adam
gəlməyəcək. Çünki o həm komik aktyor idi, həm də tragediya oyanyırdı. Səyavuş həmişə
mənə deyirdi ki,
Nuriyyə səninlə bir faciə
oynayarıq. Dedi elə bilirəm sən
də belə bir rol oynamaq istəyirsən. Allah
qoysa çəkilərik. Amma
qismət olmadı”.
Nuriyyə xanım deyir ki, xəstəxanada olanda Səyavuş Aslana baş çəkə bilməyib: “Hamı bildi ki, həmin ərəfələrdə
mənim də səhhətimdə problemlər var idi. Xəstəxanada olan vaxtı onu ziyarətə
getmək mənə çox ağır
gəlirdi. Həm də biz sənət aləminin
bir çox sevilənlərini
itirə-itirə gəlirik. Bütün bunlar bir sənət
adamı kimi çəni çox
üzür. Mən onlardan
ancaq yaxşılıq görmüşdüm.
Sənəti də ki göz
qabağındadır”.
Aygün Asimqızı
Üç nöqtə.-2013.- 5 sentyabr.-
S. 13.