Təhsil müəssisələri Təhsil
Şəbəkəsinə qoşulur
Şəbəkəyə qoşulmuş məktəblər “Vebsens”
proqramı vasitəsilə
internetdə olan zərərli informasiyalardan
qorunur
Təhsil
müəssisələrinin informasiya-kommunikasiya
üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər
zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması
istiqamətində aşağıdakı işlər görülmüşdür:
İstifadəçiləri
və Proqramları bir mərkəzdən
idarə etmək üçün Təhsil
Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi nəzdində
MRM yaradıldı. Azərbaycan Təhsil Şəbəkəsinə
(ATŞ) İnternetə “giriş və
çıxış nöqtəsi” olmaqla
yanaşı, MRM, həmçinin təhsilə aid informasiya resurslarının
toplandığı yerdir. Mərkəzdə xüsusi
təhlükəsizlik qəfəsi qurulmuş,
bütün avadanlıqların 24 saat və rezervli
çalışması üçün
hər cür texniki imkan yaradılmışdır.
Xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı
mərkəzə qoşulmuş məktəblərdəki
kompüterləri avtomatik olaraq
yeniləşdirir. Mərkəzə qoşulmuş
məktəblərdəki kompüterlər birbaşa
mərkəzdən idarə olunur ki, bu da
kompüterlərin texniki xidmətinin səviyyəsini
əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda xüsusi
filtrasiya sistemi məktəblərə
verilən İnternetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni
həyata keçirir.
“2008–2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” çərçivəsində həyata keçirilmişdir.
Dövlət
proqramı çərçivəsində təhsil müəssisələrinə
5565 ədəd stolüstü kompüter, 1640 ədəd noutbuk
və 1576 ədəd proyektor
paylanmışdır. Hal hazırda
ölkə üzrə ümumtəhsil məktəblərində
5-11 siniflərin sayına görə şagird
kompüter nisbəti 1:16-ya
çatdırılmışdır. Eyni zamanda Məlumat və Resurs
Mərkəzi , o cümlədən 1700 təhsil
müəssisənin təxminən 17 000 sinif
otağı şəbəkə avadanlıqları ilə təchiz
olunmuşdur. Təhsil müəssisələri
“Mimio”, “Promethean” və
“Smart” şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv
lövhələr ilə təchiz edilmişdir.
“2008–2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” çərçivəsində təhsil müəssisələri
şəbəkə avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda dövlət proqramı çərçivəsində
Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində,
habelə 60-a yaxın rayonda yerləşən
təhsil müəssisələrində kompüterlərə
texniki dəstək xidməti göstərilmişdir.
Təhsil müəssisələrində
yerləşən kompüter
avadanlıqları 32 000 lisenziyalı proqram
(MS Windows, MS Word) və
15 000 ədəd kompüter lisenziyalı antivirus paketi ilə təmin
olunmuşdur.
Hazırda 1700 təhsil
müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə
(ATŞ) və internetə qoşulmuşdur.
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblər “Vebsens” proqramı vasitəsilə internetdə
olan zərərli informasiyalardan
qorunur.
Pedaqoji heyət hazırlayan ali təhsil
müəssisələrinin və pedaqoji
ixtisasartırma institutlarının informasiya-kommunikasiya
üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər
zəruri rəqəmsal avadanlıqla təminat işinin
yaxşılaşdırılması, təhsil müəssisələrinin
korporativ şəbəkə infrastrukturunun və
intranet xidmətlərinin işlənilməsi
və İnternet şəbəkəsinə
çıxışının təmin olunması məqsədilə
Azərbaycan Pedaqoji Universitetində
kompüterlər quraşdırılaraq İnternetə
çıxışla təmin edilmişdir.
Eyni zamanda Təhsil
Problemləri İnstitutunda, Azərbaycan
Müəllimlər İnstitutunda,
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda kompüter
şəbəkəsi qurulmuş,
İnternetə çıxış ilə təmin olunmuş və şəbəkə
avadanlıqları ilə təchiz olunmuşdur.
Gəncə Dövlət Universiteti fiber-optik kanal vasitəsilə
Təhsil Sisteminin İnternet
və intranet şəbəkəsinə qoşulmuş, Azərbaycan Dillər
Universitetində isə videokonfranslar
keçirilməsi məqsədi ilə Tandberqlə təmin olunmuşdur.
2009-cu ildən
reallaşdırılmasına başlanmış “Elektron məktəb” layihəsinə
hazırda 50 təhsil müəssisəsi cəlb edilib. Bunlardan 43-ü
ümumtəhsil müəssisəsidir. Bu
layihənin məqsədi informasiya- kommunikasiya texnologiyalarının tədris
sistemində geniş və hərtərəfli
istifadəsi, o cümlədən əldə
edilmiş müsbət nəticələrin
Azərbaycanın digər tədris müəssisələrində
tətbiqidir. Layihə çərçivəsində pilot məktəblərin müəllimləri
İKT biliklərinin tədrisdə istifadə üzrə təlimlərdən
keçmişdir. Həmin məktəblərdə
elektron tədris resursları dərslərdə
geniş tətbiq olunmaqdadır. Həmçinin
“Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə
məktəblərin daxili idarəetməsi
həyata keçirilir, şagirdlərin
qiymətləndirilməsi üçün
elekton jurnallardan
istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya
SMS-lər vasitəsilə izləyə bilir.
Pilot təhsil müəssisələri Cisco şəbəkə avadanlığı
ilə təmin olunmuş və Azərbaycan
Təhsil Şəbəkəsinə fiber-optik
xətt vasitəsilə qoşulmuşdur.
Eyni zamanda layihədə
iştirak edən bütün
məktəblərin hər bir sinif otağı İnternet,
bir noutbuk və bir proyektorla təmin olunur.
“2008–2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” çərçivəsində “1 şagird : 1 kompüter” layihəsinin
pilot tətbiqi başlamışdır. İlkin sınaq üçün
layihəyə 15 pilot məktəb
(Bakıdan 12 məktəb, Sumqayıtdan 2 məktəb və Xaçmazdan 1 məktəb) cəlb edilmişdir. Bu məktəblərə
toplam olaraq 2277 təhsil
üçün nəzərdə tutulmuş netbuklar
paylanmış və məktəblərdə simsiz
İnternet şəbəkəsi qurulmuşdur. Layihə çərçivəsində
şagirdlərə verilən netbuklar
genişzolaqlı simsiz İnternetə
çıxış əldə etmək üçün
təmənnasız olaraq 2277 ədəd USB
tipli modem ilə təmin
olunmuşdur.
Distant təhsilin inkişaf
etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını
artırmaq məqsədi ilə “Elektron təlimləndirən
sistemlər” adlı layihənin icrasına
başlanmışdır. Layihə çərçivəsində
60 şagird və 10 müəllim heyətinə
ən yeni texnologiya və
proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin
evinə İnternet xətti çəkilmiş,
şagirdlərin dərs prosesinin idarə
edilməsi məqsədilə 20 nömrəli məktəbdə
Distant Təhsil Mərkəzi yaradılmış,
Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik İnternet və
intranet bağlantıları
quraşdırılmışdır. Həmçinin müəllim,
şagird və valideynlərin təhsil
prosesinə cəlb olunması üçün
www.mesafedenmekteb.edu.az portalı
yaradılmışdır.
Yeni layihəyə cəlb olunanlar
kompüter, tədris üçün
zəruri aksesuarlar, o
cümlədən qrafik planşet
və eyni zamanda qüsuru olanlar, əli ilə
kompüterdən istifadə edə bilməyənlər “Traxus Roller Plus
Joystick” avadanlıqları ilə təchiz
olunur.
Azərbaycanda kosmik sənayenin inkişaf
etdirilməsi məqsədlə Yerüstü
İdarətemə Mərkəzinin tikilməsi, bu ilin fevral
ayında orbitə ilk süni
peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi
perspektivdə olan layihələrdəndir.
Hesablamalara görə, 2020-ci ildə Azərbaycanda
təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcək.
İxracyönümlü, yeni
və yüksək texnologiyalara əsaslanan
məhsul və xidmətlərin istehsalı üçün
hökumət gələcəkdə investisiyaların həcmini
artırmağı da
planlaşdırır və bunun üçün
2020-ci ilə qədər təxminən 3,6 milyard
dollar xərclənməsi nəzərdə
tutulur. Həmçinin, biz
sektorun inkişafına birbaşa
xarici investisiyalar və
özəl sektordan təxminən eyni miqdarda investisiyanın
yatırılması gözlənilir.
Üç nöqtə.-2013.-12 sentyabr.- S.9.