Tünzalə AğayevaMənim Prezidentim”i təqdim etdi

 

    “Bu işin gözəlliyi odur ki, hər kəs layihəyə sevərək yanaşdı

 

Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyiMənim Prezidentimmahnısına çəkilən klip təqdim edildi. Mənim PrezidentimGənclərin Təşəbbüs Qrupunun layihəsi əsasında ərsəyə gələn klipin çəkilişlərində 1000-dən artıq gənc iştirak edib. Klipin təqdimat mərasimində çıxış edən müğənni Tünzalə Ağayeva bildirdi ki, klip çəkilişində gənclərdən böyük dəstək görüb: “Gənclərlə çalışmaq mənim üçün maraqlı əyləncəlidir. Hər zaman gənclərin düşüncələrinə hörmətlə yanaşmışam. Gənclərlə ən çox çalışan sənətçilər sırasındayam. Bu kompaniya əziz, cənab prezidentimizə könüllü sevgidən ibarət olduğu üçün biz könlümüzdən gələn layihəyə ilə prezidentimizə dəstək olmaq istədik. Musiqiçinin əlindən dəstək olmaq üçün ona ithaf olunmuş mahnı gələr. Mən bəstəkar kimi mahnını yazdım oxudum. Mahnının sözlərinin müəllifi İsmayıl Dadaşov da bu məsləyə ürəkdən yanaşdı bizim xahişimizi qəbul etdi. Bu işin gözəlliyi odur ki, hər kəs layihəyə sevərək yanaşdı. Bu layihə ilə bağlı kimə müraciət etdiksə hər kəs çəkilişə ürəklə qoşuldu. Sevgi dolu saatlar keçirdik. Əziyyət çəkdik, sevgi ilə yanaşdıq sonunda bilirik ki, bu sevgidən gözəl meyvə əmələ gələcək. Bunun üçün gənclərə təşəkkür edirəm. Klipin içində gördüyünüz simalar adi, könüllü gənclər idi. MənimAzərbaycanlıyammahnım da belə layihələrim sırasında idi. Hara gedirdimsə məndənMən fəxr edirəm ki, azərbaycanlıyammahnısı oxumağımı istəyirdilər. Düşünürəm ki, bu mahnı da onların sırasına qatılar. Gənclərlə çalışmağa hər zaman üstünlük vermişəm. 13 il səhnədəyəmsə onun 10 ilini gənclərlə aktiv şəkildə çalışmışam. Bu mənim üçün böyük dəyərdir. Bu layihə gənclərə bir növ çağırış şəklində yönəlir. Mənim prezidentimmahnısı ilə gənclərə yaxşı mesaj vermək istədim”.

Tanınmış klipmeyker Ülviyyə Könül klip çəkilişlərindən əvvəl qorxduğunu etiraf edərək, 1000 nəfərə yaxın gənclə işləməyin çətin olacağını düşündüyünü, ancaq çəkilişlərdən zövq qaldığını söylədi: “Bu çox maraqlı alındı. Tünzalə xanım, mənə hər zaman yüksək reytinqli təklifi ilə müraciət edir. Mahnın özü , sözləri çox gözəldir. Belə ki, mahnı müasir üslubda yazılıb zövqlə oxunub. Özüm Tünzalə Ağayevanın bəstəkar kimi pərəstişkarıyam. Mənim prezidentimgənclərə yaxın üslubda hazırlanmış mahnıdır. Çəkdiyimiz klipə gəlincə isə bu klipdə işləyənlər könüllülərdən ibarət aksiya hesab etmək olar. Başda Tünzalə xanım olmaqla klipdə kifayət qədər könüllü iştirak edirdi. 1000 nəfər insanın qarşısında klip çəkmək asan olmadı. Çox adrenalin yaşadım. Klipi böyük həvəslə çəkdim. Nəticəsi düşünürəm ki, yaxşı klip alındı. Klipdə professional, rəqqas, hansısa teatrın kollektivi deyil, adi insanlar idi. Onların rəqsdən heç bir xəbərləri yox idi. Mənimlə 3 operator işlədi. Mən kütləvi səhnədən qorxurdum, çəkiliş meydançasına gələndə hava mənim istədiyim kimi olmadı. Əslində belə layihələr rejissordan böyük məsuliyyət tələb edir. Ən əsası odur ki, təşkilat o qədər yüksək səviyyədə idi ki, heç bir əziyyət çəkmədim”.

Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov bildirib ki, “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaqdır.

 

Aygün

 

Üç nöqtə.-2013.- 17 sentyabr.- S. 13.