Üzeyir bəylə Müslüm Maqomayevi musiqiyə olan sevgi birləşdirib

 

Səadət Təhmirazqızı: “Onlar yaratdıqları gözəl zəngin əsərləri ilə Azərbaycan musiqi tarixini daha da zənginləşdiriblər

 

Azərbaycan musiqisi bu gün tək ölkəmizin deyil, bir çox dünya xalqlarının ölkələrinin səhnələrini fəth etməyi bacarır. Musiqinin dili yoxdur anlamı burda özünü doğruldur. Çünki dilimizi bilməyənlər belə Azərbaycan musiqisinin heyrətamiz olduğunu deyirlər. Təbii ki, bu cür gözəl musiqilərin yaradılmasında bir çox gözəl sənətkarların böyük rolu olub. Onlar çox olsa da biz bu gün doğum günü olan iki böyük dahi sənətkar haqda danışacağıq. Onların hər ikisi 1885-ci ilin sentyabrın 18-də dünyaya göz açıb. Həmin sənətkarlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevdi. Onları birləşdirən tək musiqimizdoğum günlərinin bir olması deyil. Hər iki sənətkarımız haqdaÜç nöqtə”yə danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı onları birləşdirən daha bir neçə nüansların olduğunu dedi: “Bəzən həyatda elə hadisələr olur ki, bəlkə də tanrının bir qismətidi. Eyni ildə və eyni gündə iki böyük sənətkar dünyaya gəlib. Müxtəlif mühitdə böyüsələr də, onları musiqiyə olan sevgi birləşdirib. Hər ikisi Qori Müəllimlər Seminariyasında dərs alıblar. Tanışlıqları da ordan başlayıb. Bəzən onları Azərbaycan musiqisinin qoşa qanadı da adlandırırlar. Çünki əsas ideyaların Üzeyir bəydən gəlməsinə baxmayaraq, Müslüm Maqomayev onun yaxın silahdaşı kimi, həmişə onun ənənələrini davam etdirib. Onlar sənətdən əlavə həyatda da çox yaxın olublar. Onlar həm də yaxın qohum olublar. Terequlovlar ailəsinin iki qızı bu insanlara nəsib olub. Üzeyir bəy zarafatyana bir məclisdə deyib ki, hara ayaq qoyuramsa Müslüm də məndən sonra gəlir. Mən opera yazdım o da yazdı. Mən Terequlovların qızı ilə ailə qurdum, o da o biri bacısı ilə evləndi. Bu zarafatyana deyilsə də, amma həqiqətdir. Üzeyir bəy Şərqdə Muğam operasının əsasını qoydu. Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah AbbasXurşidbanu”, “HarunLeylakimi əsərlərindən sonra Müslüm MaqomayevŞah İsmayıl operasını yazdı. Bu da muğam köklü bir əsərdi. Yalnız bununla deyil, onlar ümumən mədəniyyətimizin inkişafında həmişə çiyin-çiyinə çalışıblar. O vaxtı radio komitə yaranada Üzeyir bəyin təşəbbüsü ilə həmin komitədə musiqi rəhbəri kimi Üzeyir bəy “Radio Marşı”nın yazılmasını Müslüm Maqomayevə təklif edir. Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranmasında bu iki sənətkar birgə çalışıblar. Buna bənzər bir çox faktları misal çəkmək olar”.

Hər iki sənətkarın Azərbaycan musiqisi üçün bir çox işlər görməsinə baxmayaraq Üzeyir bəyin adı daha çox təbliğ olunmasına gəlincə musiqişünas bildirdi ki, bu cür düşünmür: “Üzeyir bəyin adı birinci ona görə çəkilir ki, o Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilklərdəndi. Təbii ki, Müslüm Maqomayev Üzeyir bəyin ənənələrini sanki onun ardınca gedərək davam elətdirən bir sənətkardı. Amma onun da özünəməxsus xidmətləri olub. Birgə fəaliyyətlərindən onu deyə bilərəm ki, 1927-ci də onlarTürk el nəğmələri” adlı bir toplu hazırlayıblar ki, bax orda da onların birgə fəaliyyətidir. Onlar bizim bir neçə el mahnımızı nota köçürüb, həmin not əsasında bu toplunu hazırlayıblar. Onlar daim birgə çalışıb, Azərbaycan mədəniyətinin inkişafına öz töhfələrini veriblər. Əlbəttə belə sənətkarlarımızı xalqımız hər zaman yad edir, yaşadır. Çünki onların yaratdıqları əsərlər əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə gedəsi sənətdi”.

Səadət  xanım əlavə etdi ki, Üzeyir bəyin doğum günü ümumilli liderimiz Heydər Əliyevin sərəncamına əsasən, xalqımız tərəfindən Musiqi günü kimi qeyd olunur: “Heydər Əliyev fondunun dəstəyi ilə hər il 18 sentyabr tarixində Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalına start verilir. Fetsival çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər həm öz ölkələrinin bəstələrini həm də Azərbaycan musiqilərini ifa edəcəklər. Üzeyir bəyin həm də bu il “Arşın mal alanmusiqili operettasının 100 illik yubileyi qeyd olunur. Həm Müslüm Maqomayev həm də Üzeyir bəy yaratdıqları gözəl və zəngin əsərləri ilə Azərbaycan musiqi tarixini daha da zənginləşdiriblər”.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 18 sentyabr.- S. 13.