Beynəlxalq Musiqi
Festivalı keçirilir
Festival çərçivəsində
ABİ-də “Türk
xalqlarının musiqisi”
adlı konfrans təşil edildi
Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi
Festivalı keçirilir. 18-28 sentyabr tarixinlərində keçiriləcək
möhtəşəm festivalın açılışı
5-ci ildir ki, 18 sentyabr “Musiqi Günü”nə
təsadüf edir. Fetsival çərçivəsində
respublikamızın müxtəlif mədəniyyət
ocaqlarında tədbirlər keçirilir.
Ötən gün həmin tədbirlər
silsiləsindən Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) “Türk
xalqlarının musiqisi” adlı elmi konfrans və konsert keçirildi. Tədbiri giriş sözü ilə açan
ABİ-nin sədri, xalq
artisti Firəngiz Əlizadə
festivalın əhəmiyyətindən, Üzeyir
Hacıbəyli irsindən, xüsusən də türk xalqlarına olan
münasibətdən danışdı. Qeyd
etdi ki, prezident İlham
Əliyevin türk xalqlarının mədəniyyətinə,
tarixinə böyük diqqəti var. Musiqi sahəsində
görülən işlər də məhz bu
diqqətin nəticəsidir. Daha sonra Bakı Musiqi
Akademiyasının elmi işlər
üzrə prorektoru, əməkdar incəsənət
xadimi Gülnaz
Abdullazadə “Türkiyə bəstəkarlıq məktəbinə
bir nəzər”, ABİ-nin
katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Lalə
Hüseynova “Müasir
dünyada türk
xalqlarının musiqisi
tədqiqat və təbliğat obyekti kimi”, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Xatirə Həsənzadə
“Türk xalqlarının
mahnılarında arxaik intonasiyaların
izləri”, Mədəniyət və İncəsənət Universitetinin baş müəllimi
Gülnar Qasımova “Özbək ənənəvi
musiqisi və müasir
dövr” mövzusunda
məruzələrlə çıxış etdilər. Tədbirdə iştirak edən
ABİ-nin üzvü,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Sədət
Təhmirazqızı konfransla
bağlı təəssüratlarını “Üç
nöqtə”ylə bölüşdü.
Bildirdi ki, festival çərçivəsində
ABİ-də konfransın keçirilməsi böyük
əhəmiyyət kəsb edir: “Bu festivalın keçirilməsi artıq ənənə
halını alıb. Üzeyir Hacıbəyli
adına V Beynəlxalq Musiqi Festivalı
çərçivəsində respublikamızın mədəniyyət
ocaqlarında tədbirlər keçirilir.
Dünyanın 15-dən çox
ölkəsinin musiqiçiləri bu tədbirlərə
qatılıblar. Üzeyir bəyinin doğum gününün
qeyd olunması, bu tarixin bir musiqi
bayramı kimi yadda
qalması, festivala dünyanın müxtəlif
ölkələrindən musiqiçilərin qatılması çox önəmlidi. Festival
həm də bizim musiqiçilərlə
dünya musiqiçiləri arasında sanki körpü
yaradır. Tədbirlərin proqramı hərzamankı kimi rəngarəngdi. Festivala
Üzeyir Hacıbəylinin doğum günündə sənətkarın
adını daşıyan Bakı Musiqi
Akademiyasının qarşısında start
verildi. Festival çərçivəsində
Bəstəkarlar İttifaqında da bir çox tədbirlər
keçirilməsi nəzərdə tutulub.
Onlardan biri artıq baş tutdu. “Türk Xalqlarının Musiqisi”
adlanan elmi konfrans çox maraqlı
nüasnları ilə yadda qaldı. Tədbirdə
Azərbaycanın tanınmış musiqişünasları iştirak etdi”. Konfransdan sonra keçirilən
konsert haqda
danışan musiqişünas bildirdi ki, konsert
konfransdakı mövzunun praktiki
davamı idi: “Türk
xalqlarının müasir musiqisindən
ibarət kamera konserti
oldu. Bizim ifaçılarımız türk
və bəstəkarlarının əsərlərini ifa etdilər. Özkan Manav (Türkiyə), Artık Toksanbayev
(Qazaxıstan), Rəşid Kalimulin
(Tatarıstan), Rüstəm Abdullayev
(Özbəkistan), Şəfiqə Axundova
(Azərbaycan), Dadaş Dadaşov
(Azərbaycan), Sərdar Fərəcov (Azərbaycan), Aliyə
Məmmədovanın (Azərbaycan) əsərləri
səsləndirildi. Gənc tarzən Şəhriyar İmanov “Yedii məqam”
adlı kompozisiya ilə
çıxış etdi. Bu
cür layihələri Azərbaycanda
keçirilməsinə dəstək olduğu
üçün millət vəkili,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban
Əliyevaya təşəkkürümüzü bildiririk. Biz də bir musiqi sahəsində
çalışan şəxs kimi əlimizdən
gələni bu işdə əsirgəməyəcəyik”.
Aygün
Üç nöqtə.-2013.- 20 sentyabr.-
S. 13.